Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşünü keçirib
06.02.2020 [09:48]
Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşünü keçirib. Tədbiri açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın qarşıdan gələn parlament seçkilərində də qələbə qazanacağına əmin olduğunu bildirib. T.Tağıyev vurğulayıb ki, YAP parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov YAP-ın namizədi Hikmət Babaoğlunun fəaliyyəti ilə yaxından tanış olduğunu deyərək, onun millət vəkili, politoloq, həmçinin elm adamı kimi fəaliyyətini yüksək qiymətləndirib: “Veteranların seçimi də YAP-ın namizədi olacaq. Biz inanırıq ki, Hikmət Babaoğlu bundan sonra da seçiciləri layiqincə təmsil edəcək, ictimai-siyasi proseslərdə fəal iştirak edəcək. Çünki o, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanı təmsil edir. Veteranlar olaraq ona seçkilərdə xeyir-dua veririk”.
Professor Vilayət Əliyev də çıxışında YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsi olduğunu bildirib. Nərimanov rayonunda böyük quruculuq işlərinin aparıldığını deyən V.Əliyev əlavə edib ki, millət vəkillərinin də bu prosesdə payı var. “Hesab edirəm ki, 19 saylı seçki dairəsindən ən uğurlu namizəd Hikmət Babaoğludur. Biz seçkilərdə YAP-ın namizədi olan Hikmət Babaoğluna uğurlar arzulayırıq. Ağsaqqalların xeyir-duasını alan hər işdə qalib gəlir və Hikmət müəllimin də seçkilərdə qalib gələcəyinə inanırıq”, - deyə o qeyd edib.
Görüşdə həmçinin YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Cəmyar Abdullayev çıxış edərək deputatlığa namizəd Hikmət Babaoğlunun fəaliyyəti haqqında fikirlərini bildirib, onun fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, Hikmət Babaoğlu dövlətçiliyə sadiq, vətənpərvər insandır, Prezident İlham Əliyevin siyasətinin fəal təbliğatçısıdır. Natiqlər Nərimanov rayon seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıblar. Çıxış edənlər seçicilərin YAP-ın namizədinə səs verəcəklərinə və öz növbəsində Hikmət Babaoğlunun da növbəti dəfə seçicilərin etimadını doğruldacağına əminliklərini ifadə ediblər.
Sonra çıxış edən 19 saylı Nərimanov birinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu öncə görüş iştirakçılarını salamlayıb. Məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, yenidən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədinin arxasında nəhəng siyasi güc və 750 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
YAP-ın seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd qeyd edib ki, bu, bir növ xalq qarşısında hesabatdır. Onun fikrincə, bu, o deməkdir ki, Azərbaycan öz hədəflərinin, məqsədlərinin bir hissəsinə çatıb. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafın yeni mərhələsindədir və qarşıda dövlətimizin daha da gücləndirilməsi vəzifəsi dayanır. Hikmət Babaoğlu Azərbaycanın qarşıya qoyduğu bu hədəfə çatacağına da əminliyini bildirib.
Millət vəkili kimi seçicilərin müraciətlərinin həlli ilə bağlı gördüyü işlər haqda məlumat verən Hikmət Babaoğlu həmçinin siyasi, elmi fəaliyyəti, nəşr etdirdiyi əsərlər barədə də görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə 9 fevral seçkilərində YAP-ın namizədlərinin qalib gələcəyinə əminlik ifadə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

