YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
12.03.2015 [12:15]
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. Konfransda Milli Məclisin deputatı Fərhad Qəribov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, partiya fəalları və gənclər iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dövlət gənclər siyasəti sağlam düşüncəli, vətənpərvər, intellektual nəslin yetişməsində əhəmiyyətli rol oynayıb. Qeyd olunub ki, ölkə Prezidenti hər zaman gənclərin təhsilinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, bu istiqamətdə müxtəlif Dövlət proqramları icra olunur.
Hesabat məruzəsi ilə çıxış edən YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarverdiyev bildirib ki, partiya rayon təşkilatının 8160 üzvünün 3625 nəfərini gənclər təşkil edir. Onun sözlərinə görə, partiya üzvü olan gənclər ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Məruzə ətrafında çıxış edən YAP Kürdəmir rayon təşkilatının baş təlimatçısı Məhəmməd Heydərli, rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov və şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Natiqlər bütünlükdə Azərbaycan gəncliyinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. Çıxışında Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol barədə də məlumat verən natiq, həmçinin, bu gün Prezident İlham Əliyevin gənclərə böyük önəm verdiyini vurğulayaraq, bütün ictimai-siyasi proseslərdə gənclərin aktiv şəkildə iştirak etdiyini bildirib.
Daha sonra təşkilati məsələlərə baxılıb. Daşqın Rüstəmov YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Nemət İsmayılov və Elnur Məmmədli isə Gənclər Birliyinin sədr müavinləri seçiliblər. Konfransda, həmçinin, rayon təşkilatının Gənclər Birliyinin 17 nəfər tərkibdə şura üzvləri, 11 nəfər idarə heyəti üzvləri seçilib. Eyni zamanda, konfransda YAP Gənclər Birliyinin IV konfransına 2 nəfər nümayəndə seçilib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46

