/ / Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
12.06.2026 [18:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, ərazi partiya təşkilatının üzvləri, Universitetin professor-müəllim heyəti və tələbə kontingenti iştirak edib.
Tədbirdən öncə Universitet ərazisində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində xalqımızın milli özünüdərkini gücləndirərək müasir Azərbaycan dövlətçiliyinin sarsılmaz təməlini qoymuşdur. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin birinci rəhbərlik dövründə formalaşan güclü sənaye və milli kadr bazası gələcək suverenliyimizin bünövrəsini təşkil etdi. Yaradılan nəhəng potensial və güclü milli özünüdərk hissi xalqımızı tarixin sonrakı sərt imtahanlarından uğurla keçirdi. Müstəqilliyin ilk illərində, xüsusən 90-cı illərin əvvəlində Azərbaycan çox ağır və amansız bir böhran yaşayırdı. Ölkənin uçuruma getdiyi 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis olunması xalqın gələcəyə olan inamını yenidən bərpa etdi. Ulu Öndər daxili siyasi dağınıqlığı aradan qaldıraraq milli maraqlara söykənən demokratik idarəçilik modelini qurdu. 1993-cü ilin 15 iyun günü xalqımızın çoxəsrlik tarixində milli qurtuluşun başlanğıcı kimi xüsusi yer tutur. Dahi şəxsiyyətin idarəçiliyə yenidən qayıtması respublikanı parçalanmaq təhlükəsindən və daxili didişmələrdən tamamilə xilas etdi. Bu tarixi addım balanslı xarici siyasətin, nizami ordunun və sarsılmaz milli birliyin bərqərar olmasını təmin etdi. Heydər Əliyev dühasının qurduğu bu ideoloji bünövrə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən qətiyyətlə yaşadılır. Qazanılan şanlı Qarabağ Zəfəri və doğma torpaqlara Böyük Qayıdış proqramı həmin qurtuluş fəlsəfəsinin məntiqi nəticəsidir. Azad edilən ərazilərdə tarixi, mədəni və dini irsimizin sürətlə bərpası işində Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində reallaşan layihələr qədim yurd yerlərimizə milli ruhu və tarixi yaddaşı qaytarır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanı geridə qalmış bir respublikadan güclü sənayeyə, zəngin kadr potensialına və beynəlxalq nüfuza malik qüdrətli bir dövlətə çevirmişdir. Onun dühası tərəfindən irəli sürülən azərbaycançılıq məfkurəsi xalqımızın milli kimliyini qorumaqla yanaşı, bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımızın və bərpa olunan suverenliyimizin ideoloji bünövrəsi oldu. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti ölkəmizin gələcək müstəqilliyinin iqtisadi və intellektual təməlini qoydu. Həmin dövrdə yaradılan güclü infrastruktur və kadr potensialı dövlətimizi sonrakı böyük sınaqlardan uğurla çıxardı. 1990-cı illərin əvvəllərində respublikamız dərin siyasi və iqtisadi böhran dalğası ilə üz-üzə qalmışdı. Belə bir çətin vaxtda, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın xilas ümidinə çevrildi. Dahi rəhbərin strateji zəkası sayəsində pərakəndə siyasi mühit birləşərək mütərəqqi dövlətçilik sistemini formalaşdırdı. 15 iyun 1993-cü il tarixi isə dövlətçiliyimizin xilas və inkişaf yolunun əsas dönüş nöqtəsidir. Ümummilli Liderin xalqın təkidli tələbi ilə qayıdışı ölkəni xaosdan və daxili müharibədən qorudu. Bu mühüm qayıdış həm də azərbaycançılıq ideologiyasının və hüquqi dövlət quruculuğunun başlanğıcı oldu. Müdrik rəhbərin uzaqgörən siyasəti Azərbaycana daxili sabitlik, iqtisadi tərəqqi və yüksək beynəlxalq nüfuz qazandırdı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan strateji kurs məhz bu möhkəm təməl üzərində ucalır. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada aparılan nəhəng quruculuq işləri milli qurtuluş ruhunun bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə azad olunmuş yurdlarımızın dirçəldilməsində müstəsna rol oynayır.
Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 15 İyun-Milli Qurtuluş Günü münasibəti ilə fəxri fərman təqdim edilib.
Tədbirin sonunda 15 İyun-Milli Qurtuluş Günü münasibətilə videoçarx nümayiş edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

