Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib
07.05.2024 [17:45]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın7-də Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə rayon ərazisində yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra Səbail rayonunda yerləşən "Şəhidlər" abidə kompleksi ziyarət edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə vəmüasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesabedib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsasideoloji generasiya mənbəyi kimi qəbul edib. Muxtar Nağıyev həmçinin “91-lər”in də xidmətlərini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev deyib ki, Ümummilli lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənib və xalqının, dövlətinin inkişafı üçün yorulmaz fəaliyyət göstərib. Xalqının tələbini geri çevirməyən Ulu ÖndərHeydər Əliyev ən çətin anda ölkəmizə rəhbərlik etmək məsuliyyətini qəbul edib. Çünki Ulu Öndəri xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızılhərflərlə yazan böyük xilaskar, bütün bir xalqı öz ətrafında birləşdirənvə gələcəyə aparan öndər idi.
YAP İdarə Heyətinin üzvü, Azırbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov söyləyib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbiilə yenidən hakimiyyətə gəlməsindən sonra müasir Azərbaycantarixinin şanlı səhifələri yazılmağa başladı. Ümummilli Liderin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətlərAzərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsində mühüm rol oynadı.
Məhşur 91-lərin və YAP Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları Birliyinin sədri, tibb elmləri doktoru, professor Südeyf İmamverdiyev, çıxış edərək vurğulayıb ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərfolunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.
Daha sonra Şəhid Murad Qurbanovun anası, Mehriban xanım Ulu Öndərin Azərbaycan xalqına olan sonsuz və dərin məhəbbətindən, Ümümmilli Liderimizin xalqı üçün durmadan gecə-gündüz çalışaraqsilinməz bir irs qoyduğundan bəhs edib
İkinci Qarabağ müharibəsinin qazisi Ramin Şirinov isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün misilsiz xidmətlərindən bəhs edib. Ramin Şirinov həmçinin 44 günlük müharibədəki tarixi zəfərimizdən bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük və tarixi qələbələrə imza atacağımızdan əminliklə bəhs edib
Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin gənc üzvləri öz musiqi və rəqs ifaları ilə tədbirə rəng qatıb
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulan gənclərə isəüzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

