/ / Qaradağ rayonunda Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Qaradağ rayonunda Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
25.04.2024 [17:37]
Aprelin 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləridoktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Zərifə xanım Əliyevanın yüksək intelektual səviyyəsi, dərin düşüncəsi, səmimi və xoşinsani keyfiyyətləri onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.Zərifə xanım, eyni zamanda, sədaqətli həyat yoldaşı, qayğıkeşana kimi xalqımızın qəlbində özünə əbədi yer tutmuşdur, həyat yoldaşı Ulu Öndər Heydər Əliyevin yaxın sirdaşı və silahdaşı olmuşdur.
Tədbirdə çıxış edən Lökbatan Tibb Mərkəzinin oftomoloqu Hicran Həşimova Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, Zərifə xanım qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlıyan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla adını tarixə yazdırıb.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirib ki, Zərifə xanım keçmiş sovet dönəmində Azərbaycan qadınlarının əsil ziyalı və yüksək intellektə malik nümayəndəsi olaraq, onların adının İttifaq miqyasında tanınmasında xüsusi roloynayıb. Onun adı Azərbaycana cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan və Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, möhtəşəm uğurları ilə fəxr edərkən, dövlətimizin başçısının bilik və bacarıqlarının təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Zərifə xanımı nalar anası adlandıran YAP rayon təşkilatının sədri onun övladlarının bu gün Azərbaycan adını yüksək tutmasını, xalqımızın xoşbəxt gələcəyi üçün əzmlə çalışmasını hamımız üçün əsil vətəndaşlıq nümunəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin vəçoxcəhətlidir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü iləyaradılıb.
Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardandanışıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin əbədi yaşayacağını vurğulayıb.
Tədbirə yekun vuran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini deyib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

