Karantin müddəti uzadılsa da, tələbələr...
20.04.2023 [10:41]
Nicat Dilqəmli
Ölkə ərazisində yoluxma statistikasında müşahidə edilən azalma səbəbindən daha öncə tətbiq edilən məhdudiyyətlərin, demək olar ki, böyük əksəriyyəti aradan qaldırılıb. Buna baxmayaraq, vətəndaşlar arasında hələ də xəstəliyə yoluxanların olması, eyni zamanda, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən epidemioloji vəziyyətlə bağlı verilən açıqlamalar bəzi qorunma tədbirlərinin davam etdirilməsini zərurətə çevirir. Məsuliyyətli dövlət olan Azərbaycan qlobal çağırışlar ilə hər zaman ayaqlaşır.
Məlumdur ki, Azərbaycan koronavirus pandemiyasının əvvəl-əvvəl yayıldığı vaxtdan etibarən lazımi tədbirlərin görülməsi ilə yoluxma hallarının azalması, insanların qorunması kimi mühüm hədəflərinə nail oldu. Vətəndaşların qorunması istiqamətində həyata keçirilən preventiv tədbirlər bu gün də davam etdirilir. Belə ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Bildiyimiz kimi, quru sərhədlərdən tez-tez istifadə edənlər arasında xaricdə təhsil alan tələbələr də var. Bayramlarda, əlamətdar günlərdə ailələrinin görüşünə tələsən gənclər təyyarə biletlərinin əlçatan olmamasına görə bir çox hallarda bu istəklərini gerçəkləşdirməkdə çətinlik çəkirdilər. Hazırda qardaş ölkə Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu səbəbdən də xüsusi karantin rejiminin uzadılmasına baxmayaraq, Türkiyədə təhsil alanların ölkəmizə quru sərhədlər vasitəsi ilə qayıtmalarına imkan yaradılıb. Bu barədə məlumatı səfirlik yayıb.
Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib. Müraciətdə oxuyuruq: “Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib”.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı Musa Qasımlı tələbələr üçün bu imkanın yaradılmasını müsbət qiymətləndirərək bunu dövlətin vətəndaşlara, təhsil alanlara qayğısı kimi dəyərləndirib. O qeyd edib ki, qardaş ölkə Türkiyədə təhsil alan tələbələr və onların birinci dərəcəli qohumları üçün Vətənə qayıtmaqdan ötrü şəraitin yaradılması - quru sərhədlərinin açılması dövlətimizin hər bir vətəndaşına, təhsil alana qayğısını göstərir: “Çünki hələ ölkəmizdə koronavirus pandemiyası ilə bağlı karantin rejimi var. Belə bir şəraitdə hakimiyyətin quru sərhəddimizi açması tələbələrimizin yanında olduğunu göstərir. Heç kimə sirr deyil ki, tələbələrimizin böyük əksəriyyətinin təyyarə ilə uçub gəlmək üçün maddi imkanları yoxdur. Digər amillər də təsirsiz deyil. Belə şəraitdə quru sərhədin açılması yalnız müsbət qiymətləndirilməlidir”
Bu qərar qardaş ölkədə təhsil alan tələbələr tərəfindən olduqca müsbət qarşılanıb. Bunu həmin tələbələrin sosial şəbəkə hesablarındakı paylaşımları bir daha təsdiq edir. Biz də həmin tələbələrdən bəzilərinin fikirlərini öyrənməyə çalışdıq. Romən Hüseynov deyir ki, bu qərarı eşidəndə çox sevinib: “Hər zaman tələbələrə, gənclərə xüsusi həssaslıqla yanaşan dövlətimiz bu gün də bizləri sevindirdi. Tələbə olduğumuz üçün işləmək bir qədər çətin olur, elə ona görə də aylıq xərclərimizi əsasən zəruri ehtiyaclarımız üçün bölüşdürürük. Digər şeylər üçün isə bəzən kifayət etmir. Yol xərci də buraya daxildir. Amma bu qərardan sonra həm yol xərcimiz qat-qat ucuz başa gələcək, həm də Vətənə dönmək istəyimiz gerçəkləşəcək”.
Yaxın vaxtlarda ölkəsinə qayıtmağı planlaşdıran Fuad Əliyev üçün də bu qərar gözlənilməz olub: “Dərslərimizin distant formada keçirildiyinə görə ailəmin yanına gəlməyi planlaşdırırdım. Bunun üçün bilet almağa hazırlaşırdım. Lakin bu qərarın verilməsi ilə artıq buna ehtiyac qalmayacaq. Burada maddi sıxıntıları olan tələbələr də var ki, onlar üçün bilet almaq çox çətin bir məsələdir. Artıq həmin tələbələr də Vətənə qayıdacaqlar. Ümumilikdə isə bu, Türkiyədə təhsil alan bütün tələbələr üçün çox gözəl bir qərar oldu”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54

