Bankların qanunsuz “dollar oyunu”
08.01.2022 [00:21]
“Qara bazar”da dollar qıtlığı nədən xəbər verir?
Nicat Dilqəmli
Son günlər cəmiyyətdə dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılmaqdadır. Bəziləri iddia edirlər ki, banklarda ABŞ valyutasının satışı dayandırılıb. Bunu dolların qiymətinin artacağı ilə əlaqələndirənlər də var.
Bəs, reallıq nə deyir? Həqiqətən ölkədəki banklar dolların satışını dayandırıb?
Suallarımıza cavab tapmaq üçün paytaxtdakı bəzi banklara yollandıq. Əvvəlcədən bildirim ki, müraciət etdiyim banklara 17 min manatım olduğunu dedim. İndiki kursla bu qədər pula təxminən 9 min 985 dollar düşür.
Müraciət etdiyim banklarda aldığım cavablar eyni olmadı. Verilən müxtəlif cavabları oxucularımıza olduğu kimi təqdim edirik.
Günay bank (Sahil filialı): “Mən sizə maksimum 1000 dollar verə bilərəm. Daha çox məbləğ üçün Kapital və Beynəlxalq banklarına gedin...”
Elə həmin bank işçisinin məsləhətilə etmədik tənbəllik yollandıq Kapital Bankın 28 May filialına. Eyni sualla müraciət etmək istəyirdim ki, xanım sanki nə soruşacağımı bilirmiş kimi elə ağzımı açmamış “Dollar yoxdur...” dedi...
Unibank (Sahil filialı): “Bəli, satırıq. Növbə götürün, istədiyiniz məbləği sizə verək...”
Banklarla yanaşı, 28 May metro stansiyası yaxınlığındakı “qara bazar”a da yollandıq. Əllərində “Pul dəyişirəm...” deyə qışqırıb, müştəri çağıran valyuta dəyişənlərin bir neçəsinə yaxınlaşıb eyni sualla müraciət etdik.
Yan-yana dayanan iki nəfər pul dəyişən dayı: “Dollarımız yoxdur, qardaş!”
Bir az irəlidə yenə bir nəfər dayanmışdı, ümidlə yollandım onun yanına - başını bulayaraq eyni cavabı verdi.
Biz hazırda mövcud olan vəziyyəti olduğu kimi qələmə aldıq, kimsə dollar almaq istəyirsə, xeyirli olsun!
Necə deyərlər, başqa sözə nə hacət?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan deputat Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın rəsmi məktubu yoxdursa, banklar özbaşına dolların satışını dayandırırsa, bu, qanuna ziddir: “Biz 2022-ci ilin dövlət büdcəsinin müzakirələrində bu məsələlərə toxunmuşuq. Mərkəzi Bankın İdarə Heyətinin sədri deyir ki, dolların bahalaşması üçün heç bir zəmin yoxdur. Neftin qiyməti çox yüksəkdir, 75-80 dollardır, o cümlədən ehtiyatımız da kifayət qədərdir. Yəni manatı istədikləri qədər bu səviyyədə qoruyub-saxlaya bilərlər”.
“Amma bunu uzun müddət saxlamaq qeyri-mümkündür. Ola bilər nə isə problem yarana bilər, elə olduğu halda hansısa dəyişiklik ola bilər. Biz dövlət büdcəsini müzakirə edəndə bu məsələlərə hər zaman baxırıq. Biz istəyirik ki, milli valyuta normal səviyyədə fəaliyyət göstərsin. Ona görə də mən hesab edirəm ki, dolların qiymətinin artmasına hələlik bir əsas yoxdur”, - deyə V.Əhmədov fikirlərinə əlavə edib.
Bildirmək istərdik ki, V.Əhmədovun məsələyə operativ reaksiyasının nəticəsi olaraq həm bizim olduğumuz, həm də digər banklarda yoxlanışa başlanıldı.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

