Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda icazəsiz aksiya keçirilməsinə cəhd göstərilməsi ilə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda icazəsiz aksiya keçirilməsinə cəhd göstərilməsi ilə bağlı məlumat yayıb

10.09.2020 [08:56]

Bakı Şəhər Baş Polis İdarəsi Səbail rayonu ərazisində bir neçə nəfərin icazəsiz aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı məlumat yayıb.
İdarədən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.
Qanunsuz küçə yürüşünə cəhdin qarşısı ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar. Saxlanılan və ya həbs edilən olmayıb.

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30