/ / Xüsusi karantin rejiminin uzadılması vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyətə malikdir
Xüsusi karantin rejiminin uzadılması vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyətə malikdir
01.09.2020 [09:16]
Ekspertlər qeyd edirlər ki, koronavirus pandemiyası ilə mübarizədə müsbət dinamikanı qorumaq üçün müəyyən olunmuş qaydalara ciddi riayət olunmalıdır
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, həmçinin vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Bununla belə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər 10 şəhər və rayonda xüsusi karantin rejimi ləğv edilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, hazırda Azərbaycan virusa yoluxan və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Onun sözlərinə görə, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib: “Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Bununla belə, əldə olunan müsbət nəticələr arxayınlaşmağa əsas vermir. Ona görə də qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Bu səbəbdən, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Beynəlxalq təcrübə də göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarını qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir: “Eyni zamanda, mütəxəssislərin qeyd etdikləri kimi, xüsusi karantin rejiminin uzadılması müsbət dinamikanın qorunub saxlanılması və vətəndaşların sağlamlığının təmin olunması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Vətəndaşlar COVID-19 infeksiyasının müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özünü və ətrafını qorumağa davam etməlidir. Bu baxımdan, Operativ Qərargahın verdiyi qərar doğrudur”.
“Xüsusi karantin rejimi çərçivəsində son günlər müşahidə edilən yoluxma dinamikası ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında olduğunu göstərir. Virusa gündəlik yoluxanların sayı 100-200 nəfər arasında dəyişir. Bəzi bölgələrdə, məsələn, Masallı, Salyan, Mingəçevir, Yevlax, Gəncə, Goranboy, Göygöl və Xaçmazda yoluxma sayı əvvəlki vaxtlara nisbətən xeyli azalıb. Buna görə də həmin bölgələr artıq “sarı zona” adlandırıla bilər. Ümumilikdə isə, ölkə ərazisində yoluxma dinamikası stabil və nəzarət altındadır”.
Bu fikirləri isə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, sərhədlərin, tədris müəssisələrinin, vətəndaşların kütləvi toplandığı yerlərin bağlanması yoluxmanı nəzarət altına almaq üçün dövlət tərəfindən atılan çox doğru və uğurlu bir addım idi. Bu gün əldə edilən nəticələr də məhz həmin vaxt atılan addımların nəticələridir. Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma sayı ölkə əhalisinin 0,3 faizini təşkil edir. COVID-19-a yoluxanlar arasında ölüm faizi 1,5-1,6 faiz təşkil edir: “Həmin rəqəmi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etsək, İngiltərədə 16, İtaliyada 14, İranda 6 faiz olduğunu görərik. Əldə edilən bu göstəriciyə xəstəliyin gedişi, ağırlaşma halları və müalicəsi ilə əlaqədar dünya təcrübəsinə operativ şəkildə yiyələnib onun tez bir zamanda tətbiq edilməsi sayəsində nail olmaq mümkün olub. Burada xəstələrin müalicəsində lazım olan bütün avadanlıqlar, dərman və tibbi ləvazimatların vaxtında təminatının da rolu böyükdür. Həmin tədbirlərin görülməsində gecikən ölkələrin ağır epidemioloji vəziyyətlə üzləşdiyini gördük.
Virusa yoluxma üçün 10-15 təmasa ehtiyac yoxdur. Üç-dörd dəqiqəlik bir təmas yoluxma baş verməsi üçün yetərlidir. Yoluxma vətəndaşların məsuliyyətsizliyi ilə yanaşı, maariflənmə istəyinin azlığı ilə də əlaqədardır. Şəxsi müşahidələrimə görə, xəstəlik haqqında kifayət qədər məlumatlı olanların və onların yaxın ətraflarının virusa yoluxma faizi digərlərinə nisbətən daha azdır. Bu, onu göstərir ki, bu sahədə maariflənmə çox böyük əhəmiyyət daşıyır. Virusa yoluxmaq ehtimalı ilə hər yerdə üzləşməyin mümkünlüyünü qətiyyən unutmaq olmaz. İnsanların evdən kənarda, yəni ictimai nəqliyyatda və vətəndaşların toplandığı məkanlarda şəxsi və respirator gigiyenaya əməl etdiklərinə, maska taxdıqlarına şahid oluram. Lakin qohumlar bir yerə toplananda çox vaxt bu qaydalara əməl etməyi unudurlar. Sanki onlarda qohumların virus daşıyıcısı olmadığı və yoluxdura bilmədiyi təəssüratı formalaşır. Azərbaycanda ailədaxili yoluxmalar çox qeydə alınırdı. Bunun başlıca səbəbi insanların öz yaxınlarını virus təhlükəsi kimi görməməsi idi. Halbuki qaydalara istisnasız olaraq hər kəsin və hər yerdə əməl etməsi yoluxmaların qarşısını ala bilər”.
Həkim-infeksionist bildirib ki, payız-qış mövsümü virus mənşəli respirator xəstəliklərin, eləcə də bakterial mənşəli respirator xəstəliklərin artdığı bir mövsümdür: “Təbii ki, pandemiya dövründə qarşıdan gələn həmin mövsüm daha çox narahatlıq doğurur, çünki respirator xəstəliklərin əlamətləri bir-birinə çox yaxındır. Həmin xəstəliklər nəticəsində qızdırma, öskürək və halsızlıq kimi əlamətlər müşahidə olunur. Burada ən vacib tədbir sosial məsafənin gözlənilməsi və qoruyucu tibbi maskanın taxılmasıdır. COVID-19 xəstəliyinə qarşı tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq. Həmin qaydalara əməl olunması səhiyyə sisteminin yüklənməsinin və dövlət qurumlarının fəaliyyətinin ləngiməsinin qarşısını alacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

