/ / Baş Nazirin müavini: İmişlidəki göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb
Baş Nazirin müavini: İmişlidəki göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb
30.07.2020 [10:14]
İmişlidə yerləşən antropogen göllərdə olan su ehtiyatı hesabına suvarma suyunda yaranmış çətinlik aradan qaldırıla bilər. Hazırda bu istiqamətdə iş aparılır. İyulun 29-da Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev və mütəxəssislər göllərə baxış keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, göllərə baxış keçirildikdən sonra Baş Nazirin müavini Şahin Mustafayev jurnalistlərə müsahibə verib.
Ölkəmizdə yaranmış su probleminin aradan qaldırılması üçün Tədbirlər Planının həyata keçirildiyini bildirən Şahin Mustafayev qeyd edib ki, bu planın 1.7-ci bəndinə uyğun olaraq ehtiyat su mənbələrinin araşdırılması və həmin su hövzələrindən səmərəli istifadə olunması istiqamətində işlər yerinə yetirilir. Tədbirlər Planına uyğun olaraq İmişli rayonunun Xubyarlı, Məzrəli və Çaxırlı kəndləri ərazisində yerləşən göllərdə ümumilikdə 70-100 milyon kubmetr su ehtiyatı olduğu müəyyən edilib. Həmin göllərin ərazisində karxanalar fəaliyyət göstərdiyi üçün böyük su hövzələri yaranıb. İlkin mərhələdə Xubyarlı kəndi ərazisində yerləşən göllərdəki sudan istifadə olunması nəzərdə tutulur. Bir-biri ilə əlaqəli olan beş gölün ümumi ərazisi 250 hektardır. Dərinliyi 25-30 metr olan bu göllərdə 72,5 milyon kubmetr su ehtiyatı mövcuddur. Bu mənbələr suvarma üçün tam yararlı hesab edilir.
Baş Nazirin müavini deyib ki, artıq həmin göllərdən suyun götürülərək Baş Muğan kanalına ötürülməsi prosesinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam edir. Göl üzərində quraşdırılacaq üzən nasoslar vasitəsilə su kanala vurulacaq. İlkin mərhələdə nasoslar hesabına saniyədə beş kubmetr olmaqla, kanalın qidalandırılması nəzərdə tutulub. Eyni zamanda, göllərdəki su ehtiyatının laborator müayinələri də götürülüb. Ehtiyat su mənbələri ilkin mərhələdə suvarma üçün istifadə olunacaq. Müayinələrin nəticələri məlum olduqdan sonra, həmçinin bu mənbələrdən içməli su kimi də istifadə edilə bilər.
“Oxşar göllər rayonun Məzrəli və Çaxırlı kəndlərində də mövcuddur. Çaxırlı kəndində yerləşən və ümumi sahəsi 52 hektar olan iki göldə 24 milyon kubmetr su ehtiyatı var. Həmçinin Məzrəli kəndində də belə iki göl var. Onların sahəsi 16 hektar, su ehtiyatı isə 7 milyon kubmetrdən çoxdur. Bu göllərin suyu hesabına rayonun əsas kanallarından olan Qızılarx və Cənubi Muğan kanalları vasitəsilə suvarma işləri yaxşılaşdırıla bilər”, - deyə Şahin Mustafayev qeyd edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

