/ / Mərkəzi Bankda həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
Mərkəzi Bankda həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
12.03.2020 [09:30]
Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda makroiqtisadi tənzimləmə institutları, eləcə də maliyyə-bank sektorunun qarşısında qoyduğu mühüm tapşırıqların, o cümlədən real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi və digər istiqamətlərə dair vəzifələrin icrası ilə bağlı fəal iş aparılır, maliyyə-bank sektoru ölkədə gedən inkişaf proseslərində aktiv rol oynayır.
AZƏRTAC xəbər verir ki, həmin çağırış və tapşırıqlardan biri kimi martın 11-də ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən kömək edilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Tərəflər özünüməşğulluq proqramı çərçivəsində ölkənin sosial-iqtisadi inkişafında əhalinin daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, habelə işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq və sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək göstərmək məqsədilə həyata keçirilən həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər. Tədbirdə özünüməşğulluq proqramına Dünya Bankı tərəfindən də maliyyə və texniki dəstəyin göstəriləcəyi vurğulanaraq bildirilib ki, ölkədə fəaliyyət göstərən banklar könüllülük, humanizm prinsipləri əsasında proqramda iştirak edəcək, bu memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək, eyni zamanda, iştirakçıların müxtəlif maliyyə-bank alətlərinə çıxışı dəstəklənəcək. Banklar özünüməşğulluq proqramına aktiv dəstək verməklə həm də özlərinin gələcək biznes bazasını formalaşdırırlar.
Qeyd olunub ki, bərabərlik, şəffaflıq və qanunçuluq prinsipləri əsasında əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi, biznes-planın hazırlanmasında yardım edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi, bu müddət ərzində monitorinqlərin aparılması, müxtəlif maliyyə-bank alətləri ilə inkişafının dəstəklənməsi istiqamətlərində özünüməşğulluğun təşkilinə kömək göstəriləcək.
Diqqətə çatdırılıb ki, memoranduma uyğun olaraq bank sektorunun sosial məsuliyyət göstərərək öz vəsaitləri hesabına iştirakının təşviq edilməsi ilə yanaşı, tərəflərin, eləcə də Dövlət Məşğulluq Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, iştirakçı bankların nümayəndələrindən ibarət Əlaqələndirmə Qrupunun yaradılması istiqamətində tədbirlər görüləcək. Maliyyə-bank sektorunun proqramda iştirakı çərçivəsində əsasən xidmət və istehsalat sahələri önə çəkilməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslərə üstünlük verilməsi təşviq ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

