/ / 2009-2013-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanın ümumi inkişaf konsepsiyasıdır
2009-2013-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanın ümumi inkişaf konsepsiyasıdır
29.10.2009 [10:02]
2009-2013-cu illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daha geniş və əhatəli olmaqla bölgələrin bütün ərazisində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramı üzrə tədbirlər Bakı şəhəri və onun qəsəbələrini, eləcə də rayon mərkəzləri ilə yanaşı, ucqar yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafını əhatə edir. Proqramın icrası üçün bir çox dövlət strukturlarının və icra orqanlarının qarşısında mühüm vəzifələrin qoyulması hökumətin kompleks və genişmiqyaslı islahatlar həyata keçirmək planlarını şərtləndirmiş olur. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi üçün müəyyən edilmiş tədbirlər planına uyğun olaraq Bakı şəhərinin rayon və qəsəbələri və respublikamızın iqtisadi rayonları üzrə tədbirlərlə yanaşı, ölkə əhəmiyyətli tədbirlər də nəzərdə tutulub ki, bu da ümumilikdə Azərbaycanın qarşıdakı beşillikdə strateji inkişaf konsepsiyası deməkdir. Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulub. Bunu proqramda nəzərdə tutulan tədbirlərin miqyasından da görmək mümkündür. Belə ki, birinci proqramda 714 tədbir əks olunmuşdusa, hazırkı Dövlət Proqramında 1066 tədbir nəzərdə tutulub. Bundan başqa, qarşıdakı illərdə bölgələrdə həyata keçirilməsi nəzərdə tutulan işlər daha qabaqcıl texnologiyalardan istifadəyə, beynəlxalq tələblərə uyğunlaşmağa imkan verir. Məsələn, infrastruktur obyektlərinin tikintisi və müəssisələrin yaradılması zamanı yeni inkişaf erasının tələbləri nəzərə alınacaq və beynəlxalq standartlara uyğun qurulması yerinə yetiriləcək. Beş il ərzində ölkədə istehsalın genişləndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində rəqabətqabiliyyətli iqtisadiyyatın, infrastrukturun, investisiya mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın hədəfləri...
2009-2013-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bu məqsədlə proqramda müəyyən edilmiş məqsədlərə çatmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının sahibkarlıq mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunmasının sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yeni infrastruktur obyektlərinin yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hökumət qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən, regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasətini davam etdirəcək. Eyni zamanda, valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də başlıca iqtisadi hədəflər olacaq.
Proqramın əsas məzmunu ölkənin sıçrayışlı inkişafını təmin etmək üçün makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artıma impuls verən islahatların reallaşmasından ibarətdir. Bu siyasət dinamik inkişafın davamlılığına baza yaradan kompleks islahatlarla müşayiət olunacaq. Belə ki, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasətinin dərinləşdirilməsi, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması, özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi kimi mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur.
Yeni Dövlət Proqramı iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd hesab olunur. Əvvəlki proqramla müqayisədə yeni sənəddə nəzərdə tutulan layihələrin əsasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir.
Qeyri-neft sektoru 2009-2013-cü illərdə iqtisadiyyatın lokomotivinə çevriləcək...
ümumiyyətlə, yeni Dövlət Proqramının əsas hədəfi qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir. Qeyri-neft sektorunda aparıcı sahə kimi xüsusi diqqət yetirilən kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr isə həm əhatə dairəsinin genişliyinə, həm də spesifikliyinə görə fərqlənir. Aqrar bölmədə dinamizmi daha da sürətləndirmək üçün ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafına prioritet vəzifə olaraq xüsusi diqqət yetiriləcək. Eləcə də kənd təsərrüfatında islahatlar davam etdiriləcək və dağ rayonlarının inkişafı əsas məsələlərdən biri olacaq. Aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması planlaşdırılır. Bundan başqa, aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlət maliyyə yardımı tədbirlərinin davam etdirilməsi, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnika, mineral gübrə və pestisidlərlə təminatının yaxşılaşdırılması, regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışının həyata keçirilməsi əsas prioritetlərdən olacaq.
Taxıl (xüsusilə buğda) istehsalının, üzümçülüyün, meyvəçiliyin və digər çoxillik əkmələrin inkişafının dəstəklənməsi, cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi və “Aqroferma”ların yaradılmasının dəstəklənməsi, aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi də kənd təsərrüfatında nəzərdə tutulan başlıca layihələrdən hesab olunur.
Dövlət Proqramı çərçivəsində bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun davamlılığının təmin edilməsi, ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasının başa çatdırılması, rayonlarda iqtisadi fəallığı artırmaq üçün kompleks islahatların həyata keçirilməsi nəzərdə tutulur. Regionların inkişafı ilə bağlı kompleks tədbirlər nəqliyyat infrastrukturu sisteminin dinamik inkişafını da təmin edəcək və əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlı iqtisadi artıma imkan yaradacaq. Qarşıdakı illər ərzində regionlarda 100 km uzunluğunda magistral yol çəkilişi, əsaslı təmir işləri, respublika və yerli əhəmiyyətli yollarda təmir işlərinin aparılması, onlarla yeni körpünin tikilməsi və təmiri nəzərdə tutulur. Eyni zamanda, yol qovşağı və piyada keçidlərinin istifadəyə verilməsi, metro stansiyalarının tikintisi, bölgələrdə müasir standartlara uyğun yeni hava limanlarının tikilərək istifadəyə verilməsi də başlıca məqsədlərdəndir. Bununla yanaşı, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobusların gətirilməsi, sərnişin nəqliyyatında hərəkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması da tədbirlər planına daxildir. Bütün bu tədbirlərin həyata keçirilməsi Bakıda və digər iri şəhərlərdə sərnişin daşınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına səbəb olacaq. Bununla bərabər, beynəlxalq və tranzit dəhliz və yolların, eləcə də regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun tarazlı inkişafı, ölkə ərazisindən keçən nəqliyyat-kommunikasiya marşrutlarının və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi bu istiqamətdə nəzərdə tutulan əsas layihələrdən sayılır. ölkədə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsini təmin edən infrastrukturun inkişaf etdirilməsi ilə yanaşı, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi də 2009-2013-cü illərdə prioritet məsələlərdəndir.
Ən ucqar kəndlərin də infrastruktur təminatı yaxşılaşdırılacaq...
İnfrastruktur layihələri sırasında elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə bölmələrinin yenidən qurulması və əhalinin bu kommunal xidmət növləri ilə fasiləsiz və ən yüksək səviyyədə təmin olunması nəzərdə tutulur. ölkədə elektrik enerjisi hasilatının artırılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi, magistral qaz kəmərlərinin yenidən qurulması və inşası, regionların və yeni salınmış yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması başlıca məsələlər sırasındadır. 2009-2013-cü illəri əhatə edən proqramın spesifik xüsusiyyətlərindən biri hər bir kənd və qəsəbə üzrə ayrıca tədbirlər planını reallaşdırmaqdan ibarət olacaq. Yəni hər kəndin özünün spesifik xüsusiyyətindən asılı olaraq həmin yaşayış məntəqəsinin, hər bir kəndin təklifləri əsasında ayrıca texniki-iqtisadi layihəsi hazırlanacaq. Regionların inkişafı ilə bağlı layihələrin maliyyə mənbələrini dövlət büdcəsi, büdcədənkənar fondlar, yerli təşkilatların vəsaitləri və beynəlxalq maliyyə institutlarının kreditləri təşkil edəcək ki, bu da bölgələrdə ən iri layihələrin maliyyələşdirilməsinə imkan verəcək.
Yeni Dövlət Proqramı respublikanın bütün yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılmasına və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə səbəb olacaq. Artıq bu istiqamətdə aparılan davamlı tədbirlər həlledici mərhələyə qədəm qoymaqdadır. Dövlət investisiya xərcləri və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına bir sıra layihələr reallaşmaqdadır. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə, ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilməkdədir. Eləcə də Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatının 2 dəfə yaxşılaşmasına səbəb olacaq, eyni zamanda, qeyd olunan infrastruktur obyektlərinin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaq.
2009-2013-cü illərdə sosial siyasət daha da gücləndiriləcək...
2009-2013-cü illərdə sosial məsələlərə diqqət daha da gücləndiriləcək. Sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən, regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaq. Əhalinin sosial müdafiəsi sahəsində görüləcək işlər aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı olacaq. Sosial müavinətlərin ünvanlılığının təmin edilməsi, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən aztəminatlı hissəsinə xüsusi diqqətin yetirilməsi gücləndiriləcək. Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək. Davamlı xarakter daşıyacaq bu tədbirlər çərçivəsində bütün regionlarda əlillər və şəhid ailələri üçün yaşayış binalarının və bərpa mərkəzlərinin inşa edilməsi, ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi, xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması, əhalinin sağlamlığının və reproduktiv sağlamlığının yaxşılaşdırılması, həmçinin, digər tədbirlər nəzərdə tutulur.
Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaq. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır.
Təhsil, səhiyyə, mədəniyyət, elm və digər humanitar sahələrin inkişafı ilə bağlı layihələr proqramda xüsusi yer tutur. Yeni təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına, ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpusların tikilib istifadəyə verilməsinə, o cümlədən, internat məktəblərinin və uşaq bağçalarının bərpa edilməsinə və müasir avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetiriləcək. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər də 2009-2013-cü illərdə sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Tibb müəssisələrinin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, xəstəxana, poliklinika və diaqnostika mərkəzlərinin tikintisinin davam etdirilməsi, səhiyyə müəssisələrinin müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilməsi, yeni korpusların inşa edilməsi ilə əlaqədar mühüm addımlar atılacaq. Bunula yanaşı, dövlət gənclər siyasətini də gücləndirəcək. Bu siyasətin əsas istiqamətləri gənclərin sağlamlığının qorunması və fiziki inkişafı ilə bağlı layihələrin həyata keçirilməsindən ibarət olacaq. Regionlarda müasir olimpiya komplekslərinin tikintisi davam etdiriləcək.
Azərbaycan hökuməti 2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün mükəmməl mexanizmlər hazırlayıb və artıq bu istiqamətdə işlər öz mühüm bəhrəsini verməkdədir. 2009-cu ilin ötən ayları ərzində həm dövlət investisiya xərcləri, həm Sahibkarlığa Kömək Milli Fondunun və Dövlət İnvestisiya Şirkətinin vəsaitləri, həm də yerli və xarici sahibkarların maliyyə mənbələri hesabına mühüm layihələr maliyyələşdirilib.
Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı tədbirləri daim diqqətdə saxlayır
Regionların inkişafını fəaliyyətinin ana xəttinə çevirən Prezident İlham Əliyev Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq respublikanın rayonlarına səfər edib. Yeni proqramın icrasına başlandıqdan sonra dövlət başçısı mütəmadi olaraq regionlara və Bakı şəhərinin rayonlarının kənd və qəsəbələrinə səfər edib. Prezident İlham Əliyev bölgələrdə və paytaxtda yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident ötən müddət ərzində Mingəçevirdə “River side” mehmanxanasının, Yevlaxda “EL-TV” regional televiziya şirkətinin, “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları zavodunun, “Qaradağ Sement” ASC-də yeni sobanın, Gədəbəy qızıl-mis zavodunun, Gəncədə “Ramada Plaza” mehmanxanasının, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, “Şahdağ” Elektrik Stansiyasının, Hacıqabulda kərpic zavodunun açılış və təməlqoyma mərasimlərində iştirak edib. Cənab İlham Əliyev bir sıra infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub. Dövlət başçısı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücünün, Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yol ötürücüsünün, Bakıda beynəlxalq avtovağzal kompleksinin, Xırdalan dairəsində tunel tipli yolötürücünün, Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın və həmin rayonda Olimpiya İdman Kompleksinin, Masazır qəsəbəsi yaxınlığındakı körpünün, Naxçıvan-Sədərək avtomobil yolunun, Bilgəh-Sumqayıt avtomobil yolunun, Babək prospektindəki yeni yol qovşağının, Milli Məclisin yeni korpusunun, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının, Xətai və Babək prospektlərinin kəsişməsində tikilən körpü-tunelin, Heydər Əliyev prospektindəki yeni tunel yolun və yeraltı piyada keçidinin, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Mingəçevirdə Heydər Əliyev muzeyinin, Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin, Naxçıvan şəhərində Heydər Əliyev Sarayının, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Talassemiya Mərkəzinin, Yevlax Şahmat məktəbinin, Yevlax Xalq Teatrı binasının, bu rayondakı Uşaq xəstəxanasının, Bərdə şəhərində musiqi məktəbinin, həmin rayonda Tarix-diyarşünaslıq muzeyinin və Müalicə-Diaqnostika mərkəzinin, Gədəbəydə Aşıq Musiqi Məktəbinin, Göygöl mədəniyyət və istirahət parkının, Bakı Tennis Akademiyasının, Psixonevroloji Uşaq Evinin, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının, əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Təzəpir məscid kompleksinin, Gimnastika Kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni binasının, Şərur rayonunda Olimpiya-İdman Kompleksinin, Naxçıvan şəhərində Doğum Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, Bəstəkarlar İttifaqının binasının, Hacıqabulda Uşaq Tibb Mərkəzinin istifadəyə verilməsi və təməlqoyma mərasimlərində də iştirak edib. Bütün bunlar Onun regionların inkişafı ilə bağlı aparılan işləri yaxından izləməsinin və qayğısının məntiqi nəticəsi sayıla bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
