Müəllimlər günü qeyd edilib
06.10.2009 [09:31]
Dünən Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib.
Bu münasibətlə Təhsil Nazirliyinin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzarı önünə gül qoyublar.
Qeyd edək ki, Beynəlxalq Müəllimlər günü münasibətilə təşkil olunmuş tədbirə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev də qatılıb.
ölkə Prezidentinin son Fərmanı ilə təltif olunan müəllimləri təbrik edən təhsil naziri Misir Mərdanov bildirib ki, son illər müəllimlərin peşə bayramı Azərbaycanda milli bayram səviyyəsində qeyd olunur. Bu bayrama münasibətin ildən-ilə yaxşılaşdığını və kütləviləşdiyini bildirən nazir buna nümunə kimi, ölkə Prezidentinin son Fərmanı ilə 132 müəllimin müxtəlif səviyyələrdə təltif olunduğunu göstərib. ümummilli lider Heydər Əliyevin təhsilə və müəllimə çox yüksək münasibət bəslədiyini deyən nazir bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini söyləyib: “Müəllimlər günü ərəfəsində 132 təhsil işçisinə verilən mükafat ümumilikdə Azərbaycan təhsilinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Son illərdə Azərbaycanda 1300 müəllim müxtəlif adlara layiq görülüb, 300-dən çox təhsil müəssisəsi tikilərək şagirdlərin istifadəsinə verilib. Bir sözlə, son illərdə Azərbaycan təhsil sektoru sürətlə inkişaf edir və bu siyasət gələcəkdə də davam etdiriləcək. Müəllimlərin mükafatlandırılması bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə verilən qiymətdir”.
Nazir son illər təhsilin bütün pillələrində yeniliklərin həyata keçirildiyini, şəraitin daha da yaxşılaşdırıldığını bildirib: “Amma buna baxmayaraq, biz arxayın olmamalıyıq. Qarşıda bizi daha çətin işlər gözləyir”.
Müəllimlərin peşə ixtisaslarının artırılması sahəsində problemlərin olduğunu deyən nazir əlavə edib ki, kurrikulumla işləyən müəllimlərin sayı azdır, onların müasir qiymətləndirmə sistemindən xəbəri yoxdur. Mərkəzləşdirilmiş buraxılış imtahanlarının bu il də davam etdiriləcəyini qeyd edən M.Mərdanov vurğulayıb ki, 11-ci siniflər 8, 9-cu siniflər isə 2 fənn üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları verəcəklər: “Dünyanın elə bir ölkəsi yoxdur ki, təhsil sahəsində problemlər olmasın. Elə bir ölkə də yoxdur ki, orada təhsil sahəsindəki bütün problemlər dövlət hesabına həll olunsun. Valideynlərin məktəblərə yardım etməsi təbiidir. Valideynlər görsə ki, onların qanuni yolla etdikləri yardım övladlarının təhsilinin keyfiyyətinə müsbət təsir göstərir, bu, heç bir problem yaratmaz. Amma təəssüf ki, hələ də bizim ümumi işimizə xələl gətirən müəllimlər var”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32

