Beyləqan rayonu sosial-iqtisadi inkişaf dövrünü yaşayır
10.09.2009 [09:34]
ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır. Bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son beş ildə ölkədə 766 min yeni iş yeri açılıb, yoxsulluq 13 faizə qədər endirilib, dövlət büdcəsi 10 dəfə, əhalinin pul gəlirləri 4 dəfə, pensiya və sosial müavinətlər 4 dəfə artıb. Bununla yanaşı, qeyri-ənənəvi sahələrin inkişafı üçün görülən işlər öz müsbət nəticələrini göstərib və hazırda Azərbaycanın regionları inkişaf səviyyəsinə görə şəhərlərdəki inkişaf tempinə yaxınlaşmaqdadır. Bu nailiyyətlərin əldə olunmasında isə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın uğurla icra olunmasının rolu danılmazdır. Bu Proqramın icrasının nəticələri Ermənistanla sərhəd rayonu olan Beyləqanda da özünü göstərməkdədir. 2004-2008-ci illərdə həyata keçirilən tədbirlər və atılan addımlar yekun olaraq rayonun sosial - iqtisadi inkişafının sürətləndirilməsində, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında özünü açıq-aşkar büruzə verir. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Beyləqan rayonunun 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair iş planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, proqramın qəbul edilməsindən ötən müddət ərzində rayonda əhalinin, xüsusən gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, yerli resurslar və digər amillər nəzərə alınmaqla, yeni istehsal və xidmət sahələrinin yaradılmasına, bütövlükdə rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsinə səbəb olub. Bu məsələ ilə bağlı hazırlanmış inkişaf planına uyğun olaraq rayonun iqtisadiyyatının və sosial həyatının ən müxtəlif sahələrini əhatə edən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Əldə olunan iqtisadi nailiyyətlər haqqında bir qədər sonra ətraflı məlumat verəcəyik. İlk olaraq isə rayonun qədim tarixinə qısaca nəzər salaq.
“Peyğəmbər yurdu”
Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranıb və həmin dövrlərdə Jdanov rayonu adlandırılıb. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılıb. Rayonda çox qədim tarixə aid abidələr mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (örənqala) və Soltanbud təpəsidir. Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilib. Hal-hazırda bu ziyarətgah respublikamızın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.
Beyləqan xarabalığı adlanan örənqala tarixi abidəsi isə rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Tarixi mənbələrdə burada qədim Beyləqan şəhərinin mövcud olduğu göstərilir. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olub. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılıb. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalıb. Bundan əlavə, Saray təpəsi, Soltanbud qəbiristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayi Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G.Əsədovun xatirəsinə ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M.Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü rayon Mədəniyyət şöbəsinin mühafizəsindədir.
Sahibkarlığın inkişafına böyük diqqət və qayğı
Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunun artırılmasına ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoyub. Bu sahənin inkişafı üçün güzəştli vergi siyasətinin tətbiqi, hüquqi normativlərin və prosedurların asanlaşdırılması sahibkarlığın inkişafını stimullaşdırır. Eyni zamanda, görülən tədbirlər yerli xammala əsaslanan istehsal sahələrinin yaranmasına, bu sahədə böyük inkişafın müşahidə olunmasına şərait yaradıb. Bunu Beyləqan rayonunda da açıq-aşkar görmək mümkündür. Dövlət Proqramının icra olunduğu müddətdə rayonda yerli xammala əsaslanan istehsal və emal müəssisələrinin yaradılması, sahibkarlığın inkişafı, habelə, yeni iş yerlərinin dəstəklənməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, rayonda iqtisadiyyatın aparıcı sahəsi olan heyvandarlığın dinamik templə inkişafı öz növbəsində heyvandarlıq məhsullarının emalına ciddi ehtiyac yaradıb və nəticədə əsasən heyvandarlıqla məşğul olan iri yaşayış məntəqələrində (Təzəkənd, Kəbirli, I Şahsevən, Milabad, Bünyadlı və sair) gündəlik istehsal gücü 29 ton olan 9 süd qəbulu və emalı sexləri yaradılıb. Bu dövrdə heyvandarlığın yem bazasının təşkili məqsədilə 2 qarışıq yem zavodu tikilərək istifadəyə verilib.
Hesabat dövründə Dünyamalılar, Milabad, Kəbirli, örənqala, Birinci Şahsevən, Şəfəq, Qaralılar, Bünyadlı, Əhmədli kəndlərində yeni un dəyirmanlarının istifadəyə verilməsi nəticəsində rayonda yüzlərlə yeni iş yeri yaradılıb, əhalinin keyfıyyətli un məhsulu ilə təmin olunması üçün ciddi addımlar atılıb.
Yaradılmış münbit şəraitdən ruhlanan sahibkarlar tərəfindən bu dövrdə Birinci Şahsevən kəndində “Beyləqan-Taxıl” SC-nin bazasında çörək sexi, rayon mərkəzində və Birinci Şahsevən kəndində 6 üzlük plitə sexi, SMD-4 qəsəbəsində “Nurlan” Mebel sexi, örənqala qəsəbəsində “Narsıxma” sexi, Qəhrəmanlı qəsəbəsində pambıq emalı sexi, Birinci Şahsevən kəndi ərazisində iki çınqıl karxanası, Dünyamalılar kəndi ərazisində illik istehsal gücü 626 min şərti banka olan “Tərəvəz” məhsullarının konserv sexi, Birinci Şahsevən kəndi ərazisində “CTS AQRO” MMC-yə məxsus, illik istehsal gücü 35 min ton olan pambıq emalı müəssisəsi, Şəfəq qəsəbəsi ərazisində mərmər daşların istehsalı və cilalanması sexi tikilib istifadəyə verilib, “Aran-Qala” LTD-yə məxsus kərpic zabodunda (İllik istehsal gücü 6,5 milyon ədəd) istehsal prosesi bərpa olunub.
Həyata keçirilmiş tədbirlər nəticəsində yüzlərlə rayon sakininin və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin məşğulluğunun təmin olunmasına şərait yaranıb.
Aqrar sahədə aparılan uğurlu islahatların müsbət nəticələri Beyləqan rayonunda da özünü göstərir
Bu gün neft sənayesi Azərbaycanın iqtisadi inkişafında təkzibolunmaz rol oynayır. Bu istiqamətdə əldə olunan gəlirlərin digər sahələrə yönəldilməsi ölkədə müşahidə olunan inqilabi dəyişikliklərin başlıca şərtidir. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin prioritetləri sırasındadır. Bu baxımdan aqrar sahənin yüksəldilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Azərbaycan hökuməti aqrar sahənin inkişafına dəstək verilməsi və artım tendensiyasının qorunması üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Görülən tədbirlərin məntiqi nəticəsi, digər aqrar rayonlarında olduğu kimi, Beyləqan rayonunda da özünü büruzə verir. Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə 5 illik dövrdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib və uğurlu nəticələr əldə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamından sonra son iki ildə taxıl əkini sahələri 4530 ha genişləndirilib. 2008-ci ildə taxıl əkilmiş sahələr 17500 ha təşkil edib və hər hektardan 35,6 sentner olmaqla 62334 ton taxıl istehsal olunub. Bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə rayonda taxıl toxumçuluğu üzrə 12 özəl təsərrüfat yaradılıb və 2008-ci ildə 1318 ton yüksək reproduksiyalı taxıl istehsal olunaraq yerli və başqa rayondan olan fermerlərə satılıb.
Pambıqçılığın inkişaf etdirilməsi əsasən torpaq mülkiyyətçilərinin və yerli sahibkarların təşəbbüsü hesabına həyata keçirilib. Rayonda fəaliyyət göstərən “Beyləqan-Pambıq” ASC və Birinci Şahsevən kəndi ərazisində yeni yaradılmış “CTS AQRO” MMC tərəfindən Beyləqan pambıqçılıq idarəsinin açılması, eləcə də həmin müəssisə tərəfindən qəbul məntəqəsinin və emal müəssisəsinin tikilib istifadəyə verilməsi 2005-ci ildə bu sahəyə diqqəti artırıb və nəticədə həmin ildə əkin sahələri 2003-cü ilə nisbətən 4090 ha genişləndirilərək 7630 hektara, məhsul istehsalı isə 7210 ton artırılaraq 14666 tona çatdırılıb. Lakin sonradan dünya bazarında mahlıcın qiymətinin aşağı düşməsi, eləcə də mülkiyyətçilərin ərzaq təhlükəsizliyinin təmin olunması tədbirlərinə uyğun olaraq dənli bitkilərin əkininə üstünlük verməsi nəticəsində növbəti illər pambıq əkininə maraq azalıb və əkin sahələri 2936 ha, məhsul istehsalı isə 3176 ton təşkil edib.
Bitkiçiliklə yanaşı kənd təsərrüfatının aparıcı sahəsi olan heyvandarlıq məhsullarının istehsalı istiqamətində də dinamik artım əldə olunub. Heyvandarlığın yem bazasının təşkil olunması üçün rayonun əkinəyararlı torpaqlarının 49,8 faizində və ya 25083 hektar sahədə çoxillik yonca əkilib, Əlinəzərli və Birinci Aşıqlı kəndlərində 2 qarışıq yem sexi tikilib istifadəyə verilib.
2008-ci ildə rayon üzrə 2003-cü ilə nisbətən 837 ton çox, yəni 3252 ton ət istehsal olunub, iribuynuzlu mal-qaranın sayı 9421 baş artaraq 52306 başa, xırdabuynuzlu heyvanların sayı 42359 baş artaraq 280294 başa, quşların sayı 37,5 min baş artaraq 420 min başa çatdırılıb. Dövr ərzində rayonda 12 özəl damazlıq təsərrüfatı, 7 süni mayalanma məntəqəsi yaradılıb, südün qəbulu və emalı məqsədilə 9 emal müəssisəsi tikilib istifadəyə verilib.
Təhsilin səviyyəsinin yüksəldilməsi rayon rəhbərliyinin prioritetləri sırasındadır
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı, atdığı məqsədyönlü addımlar nəticəsində bu gün Azərbaycanda təhsil və elm sahəsi böyük inkişaf yolu keçməkdədir. Şübhəsiz ki, bu inkişafda Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan layihələr də xüsusi rol oynayır.
Beyləqan rayonunda da təhsilin inkişafına xüsusi diqqət yetirilir. Rayonda yeni ümumtəhsil məktəblərinin inşası, təmiri, maddi-texniki təminatın gücləndirilməsi, təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması sahəsində xeyli işlər görülüb. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”na, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə uyğun olaraq, 2004-2008-ci illərdə Heydər Əliyev Fondu hesabına 240 yerlik Mil, 200 yerlik Soltanbud məktəbləri və Dövlət vəsaiti hesabına 240 yerlik şəhər 7 nömrəli, 120 yerlik Yeni Tatahlar məktəbləri, Yaponiya səfırliyinin vəsaiti hesabına 320 yerlik Birinci Şahsevən 2 nömrəli məktəbi, “Aztelekom” İstehsalat Birliyinin vəsaiti hesabına 220 yerlik şəhər 5 nömrəli, “Beyləqan-Pambıq”ASC-nin vəsaiti hesabına 80 yerlik Aşıqalılar ibtidai məktəbləri tikilib.
Qeyd olunan dövr ərzində şəhər 1,2,3,4 nömrəli, Kəbirli 1, 2 nömrəli, çəmənli, II Aşıqlı, Şərq, Soltanbud, I Aşıqlı, Yuxarı Aran, Təzəkənd, Dünyamalılar 1 nömrəli, Mayak, Xalac, İmamverdilər məktəbləri yerli büdcə vəsaiti hesabına, şəhər 1 nömrəli orta məktəbi isə dövlət vəsaiti hesabına əsaslı təmir edilib. Bundan əlavə, Qəhrəmanlı, Təzəkənd, şəhər 2, 3, 5 nömrəli, Əlinəzərli 2 nömrəli, İkinci Şahsevən, I Aşıqlı, Şəfəq, Bahar, Milabad, Şərq, Bolsulu, Sarısu, Dünyamalılar 2 nömrəli, Eyvazalılar, çəmənli, Əhmədli və Baza məktəblərində də yerli büdcə vəsaiti və bələdiyyələrin daxili imkanları hesabına cari təmir işləri aparılıb, şəhər 2, 3 və 4 nömrəli məktəblərində Təhsil Nazirliyinin sifarişi ilə istilik sistemi yenidən qurulub.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərmanına və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq rayonun bir növbədə işləyən 24 məktəbində beşgünlük iş həftəsinə, digər məktəblərin isə I-VII siniflərində yeni iş rejiminə keçirilməsi təmin edilib, 29 şagirdə 1 kompyuter olmaqla 322 ədəd kompyuter alınıb məktəblərə paylanıb və kompyuterlər internet şəbəkəsinə qoşulub. Hazırda rayonun təhsil müəssisələrində I-XI siniflər üzrə 310376 nüsxə dərslik fondu yaradılıb və şagirdlər pulsuz olaraq dərsliklərlə 100 faiz təmin olunub.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı qeyd olunan dövr ərzində 2228 ədəd şagird masası, 356 ədəd yazı lövhəsi, 270 ədəd müəllim masası, 900 ədəd müəllim stulu və sair avadanlıqlar alınıb. Heydər Əliyev Fondu Təhsil Nazirliyi ilə birlikdə 140 adda əyani tədris vəsaitləri hazırlayıb və 2008-2009-cu dərs ilinin əvvəlində məktəblərə çatdırılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cari dərs ilinin əvvəlində Beyləqanda I siniflərə gedən 1119 nəfər uşağa 17 adda dərs ləvazimatı hədiyyə edilib.
Görülən bu işlərin nəticəsidir ki, fənn olimpiadalarının respublika mərhələsində Beyləqan rayonu şagirdlərinin göstəricilərinə görə rayon Təhsil Şöbəsinin müsbət işi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi əmri ilə qeyd edilib. Rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı yaradılmış fənn komissiyalarının fəaliyyəti daha da gücləndirilib, ali və orta ixtisas məktəblərinə daxil olan məzunların sayı ötən illərlə müqayisədə xeyli yüksəlib.
2004-2008-ci illərdə rayonun 3 nəfər müəlliminə “Əməkdar müəllim” adı verilib, 1 nəfər müəllim Respublika üzrə “Ən yaxşı müəllim “ adına layiq görülüb, 3 nəfər müəllim isə “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunub.
Əhalinin enerji ilə fasiləsiz təminatı başlıca məqsədlərdəndir
Bu gün ölkəmizin ən ucqar kəndlərinin belə elektrik enerjisi ilə təminatı məsələsi hökumətin enerji siyasətinin başlıca hədəflərindəndir.
Elektrik enerjisi: Beyləqan rayonunda da əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatına dair məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, tədbirlər planına uyğun olaraq, rayon Elektrik şəbəkəsinin və digər aidiyyatı qurumların həyata keçirdiyi işlər nəticəsində rayonun Şəfəq qəsəbəsi ərazisində 6 MVA gücündə Yeni Beyləqan 110/35/10 KV-luq yarımstansiya tikilib istifadəyə verilib. Bununla yanaşı, rayonun Kəbirli kəndi ərazisində uzun illərdən bəri istifadəsiz və istismara tam yararsız vəziyyətdə olan 35/10 KV-luq yarımstansiya müasir standartlara uyğun yenidən qurulub və həmin yarımstansiyanı qidalandıran 35 KV-luq elektrik verilişi xətlərinin 8,6 km hissəsi əsaslı təmir olunub, 5,7 km yeni xətlər çəkilib. 110/35/10 KV-luq Daşburun yarımstansiyasında 10 MVA güclü transformator əsaslı təmir olunaraq xəttə qoşulub. Bu dövrdə əhalini daha dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün M.Əsədov, Eyvazalılar, Yeni Xocavənd, Təzəkənd, Dünyamalılar, Allahyarlı, Yuxarı Aran və digər yaşayış məntəqələrinə elektrik xətləri çəkilib, 20,5 km 10 və 04 KV-luq yararsız naqillər, 72 ədəd çürümüş dayaq yenisi ilə əvəz olunub, ayrı-ayrı yaşayış məntəqələrində 16 ədəd yeni elektrik transformatoru quraşdırılıb, 79 ədəd yanmış transformator “İmişli RET” MMC-nin təmir bazasında əsaslı təmir olunaraq yenidən əhalinin istifadəsinə verilib.
Əhalinin qaz və istilik təminatı: Dövlət Proqramında əhalinin qaz və istilik təminatının yaxşılaşdırılması məqsədilə müəyyənləşdirilmiş tədbirlərə və ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2007-ci ildə Beyləqan Magistral qaz xəttinin tikintisinə başlanılıb. Qısa müddət ərzində uzunluğu 47,6 km olan Ağcabədi-Beyləqan magistral, habelə, 73,1 km olan daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi başa çatdırılıb. Cari ilin aprel ayının 18-də Prezident İlham Əliyevin Beyləqana səfəri zamanı qaz xəttinin istifadəyə verilməsi nəticəsində əvvəlcə 147 ailə, 2008-ci ilin sonuna kimi isə 403 ailə təbii qazla təmin olunub. Hazırda bu istiqamətdə aparılan ciddi işlər deməyə əsas verir ki, 2009-cu ilin sonuna qədər şəhər əhalisi təbii qazla tam təmin olunacaq.
İçməli su: Dövlət Proqramının icra olunduğu illər ərzində Beyləqan rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, yeni kanalizasiya xətlərinin çəkilməsi və mövcud xətlərin bərpası istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilib. Belə ki, rayon mərkəzində 7 ədəd, Dünyamalılar kəndində 2 ədəd, Qaralılar, Sarısu, Tatalılar, Təzəkənd, Baharabad, Şəfəq, Xaçınabad, Milabad, Mayak, Qəhrəmanlı, Aşıqalılar, Birinci Aşıqlı, Bünyadlı, Gödəklər yaşayış məntəqələrinin hər birində 1 ədəd olmaqla 23 ədəd yeni artezian və subartezian quyuları qazılıb, mərkəzi su anbarı və nasosxana stansiyası əsaslı təmir olunub, 11,2 km müxtəlif ölçülü su xətlərində əsaslı və cari təmir işləri aparılıb, şəhərin 23-cü məhəlləsində, Şitilçilik qəsəbəsində, H.Hacıyev küçəsində, F.Kərimzadə küçəsində və Məscidətrafı ərazidəki subartezian quyularının ətrafında yeni su qüllələri və su çənləri quraşdırılıb. Bu dövrdə SMD-4, SMD-42 qəsəbələrinə, 7-ci məhəlləyə və şəhərin digər ərazilərinə müxtəlif ölçülü 11,6 km yeni su xətləri çəkilib, 314 ailə isə yeni su xətti ilə təmin olunub. Sudan istifadə zamanı israfçılığın qarşısının alınması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 101 saylı qərarının icrası məqsədilə əhali sektorunda 300 abonentə, habelə, büdcə və kommersiya obyektlərinə 28 su sayğacı quraşdırılıb. Görülmüş bütün bu tədbirlər 28 mindən artıq sakinin su ilə təminatını xeyli yaxşılaşdırıb və istehlak olunmuş suyun dəyərinin əhali sektorunda 63,9 faiz, büdcə təşkilatlarında isə 85,8 faiz ödənilməsinə şərait yaradıb.
Yollar: Son beş ildə rayon ərazisindən keçən respublika əhəmiyyətli magistral və yerli əhəmiyyətli avtomobil yollarında, şəhərdaxili küçə və prospektlərdə, habelə, kənd və qəsəbədaxili yollarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Belə ki, rayon ərazisindən keçən Bəhrəmtəpə-Həkəri-Mincivan magistral avtomobil yolunun 19,2 km hissəsi əsaslı təmir olunub, 7,6 km hissəsi qara çınqıl qarışığından, 0,3 km hissəsi isə xırda dənəli asfalt beton qarışığından tikilib. Bu dövrdə respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə-Biləsuvar və Yuxarı Qarabağ kanalı-Beyləqan-Daşburun avtomobil yollarının 35,9 km hissəsi əsaslı təmir olunub, 13,5 km hissəsi xırda dənəli asfalt beton qarışığı ilə, 24 km hissəsi qara örtüklə yenidən üzlənib və bu yolların 93500 kv.m hissəsində orta təmir işləri aparılıb.
Bu dövrdə respublika əhəmiyyətli yollarla yanaşı yerli əhəmiyyətli Kəbirli, Yuxarı Aran-Mayak, Allahyarlı, örənqala-Günəşli, Dünyamalılar, Birinci Aşıqlı avtomobil yollarının 38 km hissəsinə çınqıl materialı tökülərək orta təmir işləri aparılıb. Bu dövrdə şəhərdaxili küçə və prospektlərin 39,3 km və ya 314700 kv.m hissəsi, ictimai binaların həyətlərinin 3670 kv.m hissəsi, səkilərin 4000 kv.m hissəsi xırda dənəli asfalt beton qarışığından tikilib, 4,42 km yeni səkilər salınıb, mövcud və yeni salınmış səkilərə, habelə, park və xiyabanların, eləcə də digər istirahət mərkəzlərinin ərazilərinə və sair yerlərə 99270 kv.m tamet və üzlük dekorativ daşlar düzülüb.
Abadlıq və quruculuq işləri
Məlum olduğu kimi, Azərbaycanda geniş tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Bu gün respublikamızın hər bir yerində böyük tikinti meydançaları quraşdırılır, geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Son illər Beyləqan rayonunda tikinti sektorundakı dinamik inkişaf öz növbəsində tikinti materiallarına (xüsusilə yerli qum və çınqıl) ciddi tələbat yaradıb və bunu düzgün dəyərləndirən yerli sahibkarlar Birinci Şahsevən və Əmirzeyidli kəndlərindəki qum-çınqıl yataqlarının işləməsinə daha ciddi önəm verərək qumun cıxarılması, habelə, çınqılın emalı sahəsində üç yeni müəssisə yaradıb. Həmin müəssisələrdə müasirtipli avadanlıqlar quraşdıran sahibkarlar əhalinin bu məhsullara olan tələbatını ödəməklə yanaşı respublikanın digər şəhər və rayonlarına da məhsul göndərilməsinə nail olublar.
Tikinti qumunun çıxarılması ilə yanaşı bu dövrdə rayonda uzun müddətdən bəri fəaliyyətsiz qalmış “Aran-Qala” LTD-yə məxsus kərpic zavodunun fəaliyyəti də bərpa olunub və zavodun fasiləsiz işləməsi üçün gil yataqları problemi də həllini tapıb. Hazırda bu müəssisədə ildə 4-5 milyon ədəd kərpic istehsal olunur və həmin müəssisədə 200 nəfərədək işçi çalışır.
Hesabatın əhatə etdiyi dövrdə Beyləqanda aparılan abadlıq işləri rayonun simasını yaxşılaşdırmaqla yanaşı yüzlərlə rayon sakininin və ərazidə məskunlaşmış məcburi köçkünlərin müvəqqəti işlərə cəlb olunmasına şərait yaradıb. Bu dövrdə şəhərin Heydər Əliyev, M.Ə.Rəsulzadə, S.Qazıyeva, S.İmrəliyev küçələri müasir memarlıq üslubunda yenidən qurulub, 7,8 km yeni işıqlandırma qurğuları quraşdırılıb, 4,42 km uzunluqda yeni səkilər tikilib, mövcud və yeni salınmış səkilərə, habelə, park və xiyabanların, digər istirahət guşələrinin ərazisinə 99270 kv.m tamet və üzlük dekorativ daşlar döşənib.
Heydər Əliyev Parkı, Mərkəzi şəhər parkı və M.Beyləqaninin abidəsinin ətrafındakı fəvvarələr müasir üslubda yenidən qurulub, musiqili və işıqlı fəvvarələrlə əvəz edilib. Əhatə olunan dövr ərzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsi ucaldılıb, Heydər Əliyev Muzeyi, Uşaq şəhərciyi, Tir atıcılıq, Əyləncə və Müsabiqələr Mərkəzi tikilərək, istifadəyə verilib. Bundan əlavə, Qarabağ döyüşlərində şəhid olmuş beyləqanlıların adlarını əbədiləşdirmək üçün rayon mərkəzində sakinlərin ziyarətgah yerinə çevrilən “Şəhidlər abidəsi” ucaldılıb, rayonun cənub-şərq girişində Ulu öndərin ilk dəfə Beyləqan istiqamətində cəbhə bölgəsinə getdiyi yolun üstündə “Azərbaycan əsgəri” memorial abidə kompleksi tikilib.
Gənclərə vətənpərvərlik ruhu aşılamaq hər birimizin borcudur
Beyləqan Ermənistanla sərhəd bölgəsində yerləşən rayonlardan biridir. Elə bu səbəbdən də rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə ciddi diqqət yetirilir. Bu məqsədlə mütəmadi görüşlər təşkil olunur, kütləvi tədbirlər həyata keçirilir. ümumiyyətlə isə, rayon rəhbərliyi gənclərlə işin düzgün qurulmasına xüsusi önəm verir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”na uyğun olaraq gənclərin məşğulluğunun təmin olunması istiqamətində görülən tədbirlər nəticəsində hesabat dövründə rayonda 1114 gənc dövlət müəssisələrində, özəl və sahibkarlıq sahələrində işlə təmin olunub.
Beyləqanda gənclərin asudə vaxtının səmərəli keçirilməsi də rayon rəhbərliyinin diqqət mərkəzindədir. Məhz bu məqsədlə də rayon Mədəniyyət sarayında yerləşən Gənclərin asudə vaxt mərkəzi yenidən təmir olunaraq fəaliyyətə başlayıb. Mütəmadi olaraq gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün rəsm və mahnı müsabiqələri, intellektual oyunlar, bayram konsertləri, idman yarış və spartakiadaları təşkil olunub.
Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə onlara dövr ərzində fərdi yaşayış evi tikmək üçün 13,62 ha həyətyanı torpaq sahəsi ayrılıb. Gənclərin idmanla məşğul olmaları üçün idman qurğularının sayı 36-dan 63-ə çatdırılıb. Hesabat dövründə rayon mərkəzində və 14 yaşayış məntəqəsində 27 idman qurğusu tikilərək gənclərin istifadəsinə verilib. Görülən içlərin nəticəsi olaraq rayonda idmanın futbol, voleybol, şahmat, güləş (sərbəst və yunan-Roma), karate, milli idman növlərinin kütləviliyinə nail olunub. Rayonun gənc idmançıları respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Rayonun “Mil” futbol komandası 2007-ci ildə Həvəskarlar arasında respublika çempionu, rayonun bir idmançısı isə 2008-ci ildə yunan-Roma güləşi üzrə Avropa çempionu olub.
Beyləqanlılar Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdirlər
Rayonda siyasi və ictimai təşkilatların, partiyaların qanun çərçivəsində fəaliyyəti üçün hər cür şərait yaradılıb. İcra Hakimiyyəti orqanları bu təşkilatların qanunların yol verdiyi şəkildə bərabər imkanlarla fəaliyyətini təmin edir. Buna baxmayaraq, böyük potensial və güclü ictimai dəstəyə sahib olan Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatı müsbət mənada digərlərindən seçilir. 3060 üzvü, 51 ilk partiya təşkilatını özündə birləşdirən YAP Beyləqan rayon təşkilatı ölkəmizdə baş verən siyasi-ictimai proseslərdə fəal rol oynayır. Eyni zamanda, Beyləqan sakinlərinin məhz YAP-a böyük sevgisi mövcuddur. Elə bu səbəbdəndir ki, rayon ictimaiyyəti partiyanın tədbirlərində yüksək fəallığı ilə seçilir.
Xüsusi olaraq vurğulanmalıdır ki, beyləqanlılar həmişə dövlətə və dövlətçiliyimizə sədaqət nümayiş etdiriblər. Bunu 2008-ci ildə keçirilmiş prezident seçkiləri və bu ilin mart ayında baş tutmuş referendum zamanı əldə olunmuş nəticələr də sübuta yetirir. Qarşıdan gələn bələdiyyə seçkilərində də beyləqanlıların xüsusi fəallıq göstərəcəyinə əmin olduğunu söyləyən YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev, həmçinin, vurğulayıb ki, həmişə olduğu kimi, bu seçkilərdə də YAP-ın qalib gələcəyinə şübhə yoxdur.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38
