Məktəblər mühafizə olunacaq
09.09.2009 [09:26]
Növbəti tədris ilinin başlanmasına cəmi bir neçə gün qalır. 2009-2010-cu tədris ilinə hazırlıqlar, demək olar ki, başa çatıb. Məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri yekunlaşıb. ötən buraxılış imtahanlarının yekunları təhlil edilib. Məktəb binalarının təmir-tikinti, təchizat məsələləri həll edilib və bu proses davam edir.
Yeni dərs ilindən başlayaraq, xeyli yeniliklər tətbiq ediləcək. Məsələn, bu ildən başlayaraq, Bakı şəhərində, gələn ildən isə ölkə üzrə bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanlar veriləcək. Həmin yerlərə iddialılar elektron ərizə ilə müraciət etmək imkanı qazanacaqlar.
Daha bir yenilik isə təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Bu məqsədlə bu il büdcədən 6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmin vəsait əməkhaqqı şəklində Təhsil Nazirliyinin müəyyən etdiyi təhsil ocaqlarında təhlükəsizliyi qoruyacaq mühafizə xidməti idarələrinə ödəniləcək.
Təhsil Nazirliyindən bildirilib ki, məktəblərdə mühafizə tədbirlərinin dövlət orqanlarına tapşırılması barədə qərar qəbul olunub. Qərara görə, Bakıda və rayon mərkəzlərində, əhalinin sıx yaşadığı ərazilərdə yerləşən bütün təhsil müəssisələrində mühafizə xidməti fəaliyyət göstərəcək. Həmçinin, özəl ali məktəblərin mühafizəsini də dövlət təşkil edəcək.
Mətbuata verilən açıqlamalardan məlum olur ki, artıq paytaxtda və iri şəhərlərdə yerləşən təhsil müəssisələrinin mühafizəsi üçün hazırlıq işlərinə başlanıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi yerlərdə mühafizə işinin qurulması imkanlarını araşdırıb. İdarənin rəisi, general Mədət Quliyev qəzetimizə bildirib ki, DİN-in Baş Mühafizə İdarəsi özəl maliyyələşmə prinsipi ilə işləyir və heç bir fərq qoymadan daxil olan bütün müraciətləri dəyərləndirir. öz vəsaiti hesabına əvvəllər də özəl və ya dövlət olmasından asılı olmayaraq, məktəblər mühafizə olunub: “Bu il də mühafizə məqsədi ilə müraciət edən məktəblər var”.
Təhsil naziri Misir Mərdanov isə dünən açıqlama verərək məsələyə aydınlıq gətirib. O, məktəblərin mühafizəsinin Təhsil Nazirliyini ən cox düşündürən məsələlərdən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, valideynlər, bütövlükdə ictimaiyyət bunu gözləyir. Bu istiqamətdə ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə birgə iş aparılır: “Sentyabrın 15-dək məktəblərin mühafizəsi ilə bağlı bir sıra yeniliklərin şahidi olacaqsınız”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33

