Qəbələ gündən-günə inkişaf edir, müasirləşir, gözəlləşir
22.08.2009 [10:45]
2500 illik tarixi olan qədim diyar
Qəbələnin tarixi keçmişi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə qədər gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənub-qərbdə, indiki çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məşhur şəhərləri ilə müqayisə olunur.
Azərbaycan arxeoloqlarının burada apardıqları çoxillik arxeoloji tədqiqatlar nəticəsində Antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənətkarlıqla bağlı maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdır.
2500 illik tarixi olan, qədim “İpək yolu”nun üstündə yerləşən Qəbələ şəhərinin adını hələ eramızın I əsrində yaşamış Roma tarixçisi Böyük Plinin “Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşünası K.Ptolomey (II əsrdə) Xabala, ərəb tarixçisi Bəlazuri (IX əsr) isə Xəzər kimi adlandırmışdır. İlk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) “Gülüstani-İrəm” əsərində Kbala və ya Xabalanın məhz Qəbələ olduğunu göstərmişdir. Əsrlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların amansız hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olmuşdur.
Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsə də Qəbələni ala bilməmişlər. Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da Qəbələ özünün siyasi və iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərilərinin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Lakin bundan sonra da Qəbələ ölkənin başlıca ticarət, sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.
Qəbələ 1068-ci ildə Şirvanşah Fəriburzun, 1120-ci ildə gürcü çarı III Davidin, 1386-cı ildə Teymurləngin, 1538-ci ildə Səfəvi şahı I Təhmasibin, 1734-cü ildə Nadir şahın qoşunlarının işğalı ilə üz-üzə dayanmış, sarsıntılar keçirmiş, amma öz əhəmiyyətini tam itirməmişdir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara, sultanlıqlara və məlikliklərə bölünmüş və bu zaman Qəbələ də ayrıca sultanlıq almışdır. Qəbələ hakimiyyətinin axırıncı sultanı isə İsmayıl bəy Qutqaşınlının atası Sultan Naib Nəsrullah olmuşdur. XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ mahalı adlandırılırdı. 1841-ci ildə çar Rusiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək quberniya və qəzalarla əvəz olunmuş və bu dövrdə Qəbələ rayonu Yelizavetpol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.
Qeyd olunduğu kimi, Qəbələnin əlverişli tarixi-coğrafi mövqeyi onun ərazisinin insanlar tərəfindən ta qədimdən mənimsənilməsinə və nəticədə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına səbəb olmuşdur. Hazırda rayon ərazisində 90-dan çox tarixi, etnaqrafik, maddi-mədəniyyət abidəsi qeydə alınaraq mühafizə olunur. Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxeoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix-mədəniyyət qoruğu yaradılmışdır.
Rayon ərazisində Böyük Əmili kəndində eramızdan əvvəl I minilliyə aid olan daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid alban kilsəsi (məbəd), Nic qəsəbəsində antik dövrə aid Nekrapol, Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimal-qərbində yerləşən, VII əsrə aid Komurad məqbərəsi, Qəbələ şəhərindəki Büdxana qalıqları, XVIII əsrə aid səkkizguşəli məscid, XIX-XX əsrlərə aid Cümə məscidi, İsmayıl bəy Qutqaşınlının XIX əsrə aid ev-muzeyi və məzarüstü abidəsi, eləcə də digər tarixi abidələr rayonun “tarixi inciləri” olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir.
Azərbaycanın
İsveçrəsi
Bu yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev Qəbələni çox böyük qürurla “Azərbaycanın İsveçrəsi” adlandırmışdır. ümumiyyətlə, Qəbələnin ərazisində yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar səthli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir.
Respublikamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri - Bazardüzü (4466 m), Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilələrdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələ rayonunun şimal sərhədlərində yerləşir.
Rayonun ərazisində sənaye əhəmiyyətli gillər, şist, əhəng daşı, çınqıl, çay daşı, mişar daşı yataqları və mineral bulaqlar vardır. Metal filiz ehtiyatlarının da olması ehtimal olunur. Ərazisi 1550 kvadratkilometr olan Qəbələ rayonunda 1 şəhər, 3 qəsəbə, 56 kənd ərazi nümayəndəliyi və 64 yaşayış məntəqəsi mövcuddur. Son statistik göstəricilərə əsasən (2008-ci ilin sonu) Qəbələ rayonunun əhalisi 93262 nəfər təşkil edir. Əhalinin 34123 nəfəri (36,5 faiz) kəndlərdə, 59139 nəfəri (63,540) şəhər və qəsəbələrdə yaşayır. Rayon əhalisinin 78,1 faizini azərbaycanlılar, 16,48 faizini ləzgilər, 5,4 faizini udinlər, 0,02 faizini isə digər millətlər təşkil edir.
Rayonun meşə və düzləri təbii landşaftdan asılı olaraq müxtəlif heyvan və quş növləri ilə zəngindir. Bunlardan nəcib maral, dağ keçisi, dağ kəli, cüyür, ayı, canavar, vaşaq, meşəpişiyi, dələ, yenot, tülkü, çöl donuzu, dovşan, adi və oxlu kirpi və s. heyvanları, Qafqaz uları, soltan toyuğu, qırqovul, kəklik, turac, bağ toyuğu, çöl göyərçini, qartal, qarğa, köçəri quşlardan vağ, hacıleylək, qızıl qaz, ördək və s. bu yerlərin sakinidir.
Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur. Qəbələnin iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin, əraziyə daxil olan hava kütlələrinin xarakteri mühüm rol oynayır.
Beləliklə, cənubdan şimala Qəbələ təbiətinin seyrinə çıxan hər bir turist təqribən 100-120 km məsafədə Aralıq dənizi sahillərindən Arktikaya qədər rastlaşacağı təbii zonaları müşahidə edə bilər.
İqtisadi inkişaf
yollarında
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) və bir sıra bölgələrə səfərlərinin yekunu ilə əlaqədar “Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” proqram sənədin reallaşması nəticəsində Qəbələ rayonunda bütün sahələrdə nəzərəçarpacaq uğurlar əldə edilmişdir. Hesabat dövründə təkcə 2008-ci ildə Qəbələ rayonunda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 91249 min manat olmuşdur. Bu göstərici sənayedə 10818 min manat, kənd təsərrüfatında 43052 min manat, tikintidə 19628 min manat, nəqliyyatda 1910 min manat, rabitədə 792 min manat, ticarətdə isə 15049 min manat təşkil etmişdir.
ümumi məhsul buraxılışı 2007-ci illə müqayisədə 19352 min manat (91249-71927) və ya 26,8 faiz çox olmuşdur. Həmin artım faizi müvafiq olaraq sənayedə 164,1 faiz, kənd təsərrüfatında 8,5 faiz, tikintidə 40 faiz, nəqliyyatda 5,6 faiz, rabitədə 17,8 faiz, ticarətdə 27 faiz təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 978,4 manat olmuşdur ki, bu da 2007-ci illə müqayisədə 194,4 manat və ya 25,6 faiz çox olmuşdur. ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 97,8 faiz təşkil etmişdir.
Bundan əlavə, 2008-ci ildə rayonda əsas kapitala yönəlmiş investisiyanın həcmi 19628 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 16645 min manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5608 min manat və ya 40 faiz artmışdır.
Tikinti-abadlıq işləri
Hesabat dövründə rayonda xeyli tikinti, abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin (FHN) şimal-qərb regional mərkəzinin inzibati binası, Qarabağ müharibəsi Əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş 16 mənzilli yaşayış binası, süd emalı zavodu tikilərək istifadəyə verilmiş, meyvə və tərəvəzlərin çeşidlənməsi və uzun müddət saxlanması üçün anbarların tikintisinə başlanılmışdır. Bundan əlavə, FHN-in Alayı üçün nəzərdə tutulmuş kompleksin, Yanğın xidməti deposunun, yeni avtovağzalın, Qəbələ rayon Qeydiyyat şöbəsi və Dövlət notariat kontorunun, baytarlıq idarəsi və zona baytarlıq laboratoriyasının inzibati binalarının tikintisi işləri davam etdirilmiş, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestr xidmətinin Qəbələ regional mərkəzinin, Rayon Maliyyə İdarəsinin, Statistika İdarəsinin, “Texnikabank” ASC Qəbələ regional filialının inzibati binalarının və yardımçı stadionun tikintisinə başlanılmışdır. Qəbələ sakinlərinin mənzilə olan tələbatını təmin etmək məqsədilə özəl sektor tərəfindən bir kompleksdə 1 doqquz mərtəbəli və 2 yeddi mərtəbəli yaşayış binalarının və digər yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmişdir. Həmin ildə rayonun Şamlı, Şəfili, Ovcullu, Mollaşıxalı, Solquca kənd inzibati ərazi nümayəndəlikləri üçün inzibati binaların tikintisinə başlanmış, rayon İcra Hakimiyyəti, Pensiya fondu, “Azsığorta” şirkəti və digər idarələr üçün yeni inzibati binaların tikintisi nəzərdə tutulmuşdur.
Şəhərin abadlığı istiqamətində Rabitə evinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qəbələ rayon şöbəsinin inzibati binalarının dam örtükləri dəyişdirilmiş, binaların fasadları alkaponla üzlənmişdir. Həmçinin, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən 4 beşmərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilmiş və fasadları alkaponla üzlənmişdir. Şəhərin Heydər Əliyev, Zərifə Əliyeva, İsmayıl bəy Qutqaşınlı küçələrində, Heydər Əliyev, Zərifə Əliyeva parklarında, Ana abidəsində, İsmayıl bəy Qutqaşınlının (1806-1869) xatirə kompleksində və şəhərin bütün yolayrıcılarında minlərlə müxtəlif gül kolları və dekorativ ağaclar əkilmişdir.
Heydər Əliyev küçəsində elektrik və rabitə hava xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir. Qəbələ Bələdiyyəsi tərəfindən İ.Qutqaşınlı küçəsində 1 ədəd yeni transformator quraşdırılmış, şəhər 2 saylı məktəbin transformatoru təmir edilmiş və küçələrdə müxtəlif abadlıq, təmizlik işləri aparılmışdır.
Hesabat dövründə Qəbələ şəhərində istehsal gücü saatda 200 ton olan qum- çınqıl zavodu və hər birinin saatda istehsal gücü 60 kubmetr olan 3 ədəd beton zavodu quraşdırılaraq istifadəyə verilmişdir. “Gilan” tikinti materialları istehsalı zavodları il ərzində 10725 ton asfalt, 57016 kubmetr müxtəlif növ qum- çınqıl və 1823380 ədəd kərpic istehsal etmişdir. Rayonun Vəndam qəsəbəsində “Duyma” istirahət mərkəzinə gedən yola 4 km, Nic qəsəbəsində daxili yollara 0,7 km, Nohur gölünün arxasına gedən yola 2 km, Mirzəbəyli-çuxur Qəbələ avtomobil yoluna 2 km, rayon ərazisində respublika əhəmiyyətli avtomobil yollarına 1,2 km, şəhərin mərkəzi küçələrinə 1,5 km asfalt örtük döşənmiş, 12,7 km yerli əhəmiyyətli avtomobil yollarında orta təmir işləri görülmüşdür.
Qəbələ şəhərində Dəmiraparan çayı üzərində uzunluğu 150 m, hərəkət zolağının eni 7 m olan, 8 aşırımlı körpü tikilərək istifadəyə verilmişdir. Ağdaş-Zarağan avtomobil yolunda 42 p/m Sarısuçay körpüsü tikilmişdir. Eyni zamanda, Qəbələ-Bum-Tikanlı kəndlərini birləşdirən Bum çayı üzərində körpünün tikintisinə başlanılmışdır.
Şəhərin su təchizatını yaxşılaşdırmaq məqsədilə çuqun borularla çəkilmiş su xəttinin üzərində 2 ədəd təmizləyici çən quraşdırılmış, 7 su siyirtməsi yenisi ilə əvəz olunmuş, 4 ədəd su və 6 ədəd kanalizasiya nəzarət quyuları təmir olunmuşdur.
Qəbələ şəhərində 2004-cü ildə 3 ha sahədə salınmış Heydər Əliyev adına park və Dəmiraparan çayı sahilində 2006-cı ildə 6,5 ha ərazidə salınmış görkəmli oftalmoloq Zərifə xanım Əliyeva adına park yerli sakinlər və rayon mərkəzinə gələn qonaqların ən sevimli istirahət yerinə çevrilmişdir. 2006-cı ildə şəhərdə görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi, 30 ildən artıq ölkəyə rəhbərlik etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əbədiləşdirən muzey və elektron kitabxana açılmışdır.
Sənaye
Dağlar qoynunda yerləşən qədim Qəbələ şəhəri Azərbaycanın cənnət guşələrindən biridir. Qəbələ özünün təkcə zəngin tarixi ilə deyil, həm də bərəkətli torpaqları, bol məhsullu meyvə bağları ilə məşhurdur. özünəməxsus dadı ilə xalq arasında populyarlıq qazanan “Jalə” şirələri də məhz Qəbələ Konserv Zavodunda hazırlanır.
Zavodun təməli 2005-ci ildə qoyulmuşdur. 1 il ərzində tikinti işləri başa çatdırılmış və 2007-ci ilin mart ayının 2-də Prezidentimiz İlham Əliyevin iştirakı ilə zavodun təntənəli açılış mərasimi keçirilmişdir. 12 hektar ərazidə yerləşən zavodun öz istehsal gücü və burada quraşdırılan texnoloji avadanlığa görə Qafqaz regionunda analoqu yoxdur. Zavoddakı bütün avadanlıqlar İtaliya və İsveçrədə istehsal olunmuşdur.
Hələ çox gənc olmasına baxmayaraq, zavod özünün dünya standartlarına cavab verən məhsulları ilə artıq Azərbaycan bazarında liderlik qazanmışdır.Təsadüfi deyil ki, hazırda zavodun istehsal etdiyi təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, eləcə də yarımfabrikat olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həm də Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır.
Kənd təsərrüfatı
Aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində, bütövlükdə respublikada olduğu kimi, Qəbələ rayonunun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss olunur. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır. Rayon komissiyası tərəfindən Sərəncamın icrası ilə əlaqədar olaraq 2007 və 2008-ci illərdə torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 3.187.555 manat yardım hesablanmış və həmin vəsait plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Rayonun iqtisadiyyatının əsasını təşkil edən taxılçılıqda son illərdə xeyli irəliləyiş nəzərə çarpır. Belə ki, 2005-ci ildə 18100 hektar sahədən 35253 ton, 2006-cı ildə 18400 hektar sahədən 36248 ton, 2007-ci ildə 18513 hektar sahədən 36671 ton taxıl istehsal edilmişdir. 2008-ci ildə isə 20317 hektar sahədən 48790 ton taxıl məhsulu istehsal edilmişdir və hər hektarın məhsuldarlığı 24 sentner təşkil etmişdir. Məhsul istehsalçılarının mineral gübrələrlə və texnika ilə təchizatı işi qənaətbəxş səviyyədə təşkil edilmişdir. Bu sahədə “Aqrolizinq” ASC-nin Qəbələ rayon “Aqroservis” filialı mühüm rol oynamışdır. Hesabat dövründə filial tərəfindən taxıl mövsümündə əhaliyə 50 faiz güzəştlə min tonlarla ommonium nitrat (azot) və 300 ton superfosfat gübrəsi satılmışdır. Filialda 28 adda 57 ədəd kənd təsərrüfatı texnikası cəmlənmişdir.
Həmçinin, mövcud 227 ha üzümlükdə becərmə işləri aparılmış, üzüm istehsalı xeyli artırılmışdır. Hesabat dövründə heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss olunmuşdur. Rayon üzrə iribuynuzlu mal-qaranın sayı artaraq 51645 başa, qoyun-keçilər 216090 başa, quşların sayı isə 314830 başa çatmışdır.
Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak etmişlər. İl ərzində həmin yarmarkalarda 62 ton tumlu, 84 ton qərzəkli, 23 ton çəyirdəkli meyvələr, 49 ton tərəvəz və s. satılmışdır. Hesabat dövründə rayonda 7591 yeni iş yeri açılmışdır ki, bunların da 5803-ü daimi iş yerləridir. İş yerlərinin 1276-sı yeni açılmış müəssisə və təşkilatlarda, 420-si mövcud müəssisə və təşkilatlarda, 579-u isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olmuşdur. 3528 iş yeri isə fərdi sahibkarlığın fəaliyyəti nəticəsində yaradılmışdır.
Təhsil
Son 5 ildə rayonda məktəblərin maddi-texniki bazasını möhkəmlətmək üçün uğurlu addımlar atılmışdır. Əgər 20-25 il bundan əvvəl cəmi birtipli layihə əsasında tikilmiş 14 məktəb binası vardısa, son 5 ildə rayonda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana - yeni məktəb” devizi altında, eləcə də digər təşkilatların dəstəyi ilə 21 məktəb tikilib istifadəyə verilmiş, 3 məktəb əsaslı təmir olunmuş, 4 məktəbdə 19 əlavə sinif otağı tikilmişdir. Hesabat dövründə 320 şagird yerlik Qəmərvan kənd orta məktəbi, Qəbələ turizm və otelçilik üzrə peşə tədris mərkəzi, 80 şagird yerlik Savalan kənd məktəbində tikinti işləri başa çatdırılaraq istifadəyə verilmiş, şəhər 1 saylı orta məktəbdə əsaslı təmir işləri aparılmışdır. 480 şagird yerlik Yenikənd kənd orta məktəbi və 360 şagird yerlik Yemişanlı kənd orta məktəblərində tamamlama işləri aparılır. Həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Kürd, Kiçik Əmili, Dizaxlı, Abrıx kəndlərində yeni, müasir məktəb binalarının tikintisinə başlanılmış, çuxur Qəbələ kənd orta məktəbinin əsaslı təmiri başa çatdırılmışdır.
Qeyd olunanların nəticəsidir ki, 47 məktəbdə 12700 şagird yeni birnövbəli 5 günlük iş həftəsi rejimində təhsil alır. 31 təhsil ocağı müasir tələblərə cavab verən məktəb binalarında yerləşir. Son 5 ildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində xeyli işlər görülmüşdür. Təhsil Nazirliyi tərəfindən 363 ədəd “Kür” markalı kompyuterlər, 14 ədəd noutbuk, 54 ədəd kompyuter isə müxtəlif təşkilatlar və iş adamları tərəfindən hədiyyə kimi məktəblilərin istifadəsinə verilmişdir. Dövlət Proqramında hər 33 nəfər şagirdə 1 kompyuter nəzərdə tutulduğu halda Qəbələ rayonunda bu rəqəm 29-a bərabərdir ( 5 - 11-ci siniflər üzrə).
Rayondakı məktəblər üçün son 5 ildə 152170 manatlıq inventar və avadanlıq alınmış, 131720 manatlıq təmir işləri görülmüşdür. Halbuki, 2004 -cü ilədək son 20 ildə bu rəqəm 0-a bərabər olmuşdur. Qeyd olunanların hamısı təlim keyfiyyətinin yüksəlməsində, nəticədə şagirdlərin ali məktəblərə qəbulu istiqamətində əldə edilmiş nailiyyətlərdə özünü daha qabarıq göstərir. Əgər 2005-ci ildə 500-dən artıq bal toplayanların sayı 41 nəfər, 600-dən artıq bal toplayanların sayı 13 nəfər idisə, 2008-ci ildə bu rəqəm uyğun olaraq 65 və 17 olmuşdur.
Səhiyyə
Hesabat dövründə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında (RMX) 139 həkim, 364 orta tibb işçisi fəaliyyət göstərmişdir. Həkimlərlə komplektləşdirmə 87.7 faiz (respublika göstəricisi 90.1 faiz), orta tibb işçiləri ilə komplektləşdirmə 99.4 faiz (respublika göstəricisi 95.5 faiz) olmuşdur. Səhiyyə Nazirliyindən Mərkəzi Xəstəxanaya 120860 manat məbləğində tibbi avadanlıqlar alınmışdır. Rayonda region əhalisi üçün mühüm əhəmiyyət kəsb edən Müalicə Diaqnostika Mərkəzi tikilib istifadəyə verilmiş, Mərkəzi Xəstəxananın əsas korpusunda təmir və yenidənqurma işləri başa çatdırılmışdır.
Turizmin inkişafı
diqqət mərkəzindədir
Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi “İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarca digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük turizm imkanlarına malikdir. Hələ 1975-ci ildə rayon mərkəzinin şimal hissəsində 10 korpuslu 340 yerlik “Qafqaz” turist kompleksi və onun yaxınlığında “Lalə” uşaq-gənclər istirahət mərkəzi tikilib istifadəyə verilmişdir. Hazırda bu müəssisələrin hər ikisində erməni millətçilərinin soyqırımına və repressiyasına məruz qalmış qaçqın soydaşlarımız məskunlaşdırılmışdır.
Bununla yanaşı son illərdə xüsusi sektorda turist-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Xüsusi ilə İsmayıllı-Qəbələ və Qəbələ- Laza istiqamətlərində yaradılmış “Qafqaz Resort Hotel” , “Sərin meşə”, “Duyma” , “Yeddi gözəl”, “Selbasar” , “Ay işığı”, “Qafqaz” , “çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ” , “Karvan” və s. pansionat və otellərində buraya gələn qonaqların xoş istirahəti üçün hər bir şərait yaradılmışdır. Qəbələdə turizmin perspektiv inkişafı və bu istiqamətdə yerli kadrlara getdikcə artan tələbat nəzərə alınaraq rayon mərkəzində turizm və otelşünaslıq üzrə peşə təhsili mərkəzinin açılması üçün müvafiq tədbirlər görülmüşdür.
Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 16 mədəniyyət evi, 31 klub, 69 kitabxana fəaliyyət göstərir. Əgər 2003-cü ildə rayonda 3 turizm obyekti vardısa, indi bunların sayı 12-yə çatmışdır. 2008-ci ildə rayonda “Qafqaz” otellər kompleksi, “Dəmiraparan” istirahət guşəsi, həmçinin, “Yengicə”, “Qəmərvan” və “İstisu” sağlamlıq və istirahət kompleksləri kimi nəhəng və müasir turist obyektləri tikilərək istifadəyə verilmiş, “Qafqaz” otellər kompleksinin ikinci korpusunun, “Fitness” sağlamlıq mərkəzinin və “Sahil” otellər kompleksinin tikintisi davam etdirilmişdir.
Gənclər siyasəti
Azərbayacn Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) respublikanın hər yerində olduğu kimi Qəbələ rayonunda da uğurla həyata keçirilir. Belə ki, qəbul olunmuş Dövlət Proqramı əsasında 2005-ci ildə rayon İcra Hakimiyyəti tərəfindən geniş tədbirlər planı hazırlanmışdır. Keçən dövr ərzində həmin plana uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 200-dən artıq müxtəlif mövzularda tədbirlər həyata keçirilmişdir. “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı”nın (2004-2008-ci illər) müddəalarına uyğun olaraq rayonda ötən dövr ərzində bu sahədə mühüm işlər həyata keçirilmişdir. Zərifə Əliyeva adına parkda istifadəyə verilmiş idman kompleksində idmanın voleybol, mini futbol, stolüstü tennis, kort, trenajor zalı gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün müasir tələblərə cavab verən səviyyədə təşkil edilmişdir. Yerlərdə gənclər arasında idmanın kütləviliyini artırmaq məqsədilə bir sıra sadə idman meydançaları salınmışdır. Rayonun Hacıalılı, çarxana kənd stadionlarında bərpa işləri aparılmış, Nohurqışlaq kənd stadionu müasir tələblərə cavab verə biləcək səviyyədə yenidən quraşdırılmışdır.
Prezident İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi qayğının nəticəsidir ki, respublikanın bir çox yerlərində olduğu kimi Qəbələ rayonunda da Olimpiya idman kompleksinin tikintisinə başlanılmışdır.
Yerli özünüidarəetmə orqanlarının işinin
səmərəliliyi artır
Prezident İlham Əliyev son illər yerli özünüidarəetmə orqanlarının işində səmərəliliyi artırmaq üçün bir sıra sərəncam və fərmanlar imzalamışdır. Bu mühüm sənədlər bələdiyyələrin daha mütəşəkkil və səmərəli fəaliyyətinə təkan vermişdir. Şəhərin, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələnin həllində bələdiyyələr və İcra Hakimiyyəti yanında Əlaqələndirmə Şurası öz işini təkmilləşdirmək üçün səylərini gündən-günə artırırlar. “Azərbaycanda Yerli Demokratiya Həftəsi”nin keçirilməsi ilə əlaqədar təşəbbüsə Qəbələ rayonunun bələdiyyələri də fəal qoşulmuş, yerlərdə “Açıq qapı günləri” keçirilmiş, bələdiyyələrdə “qaynar xətt” təşkil edilmiş, vətəndaşların müraciətlərinin qəbulu məqsədilə “bələdiyyə poçtu” qutuları quraşdırılmış, seçicilər canlı dialoqa cəlb olunmuşlar. Vətəndaşların irəli sürdüyü hər bir təklif, sosial sifariş qeydə alınmışdır. 2008-ci ildə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumrespublika toplantısının məhz Qəbələdə keçirilməsi rayonda yerli özünüidarə sahəsində müəyyən müsbət təcrübənin əldə edilməsindən xəbər verir.
Qəbələlilər Yeni Azərbaycan Partiyasını dəstəkləyir
Qəbələ rayonunda 6 siyasi partiyanın rayon təşkilatı, 17 ictimai təşkilat fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı 4300 nəfərdən çox üzvü birləşdirir. YAP rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. RİH ictimai təşkilatların rayonun sosial-iqtisadi məsələlərinin həlli istiqamətindəki layihələrinin həyata keçirilməsinə, onların tədbirlərinin təşkilinə köməklik göstərir. Rayon Ağsaqqallar Şurası, Qırmızı Aypara Cəmiyyətinin rayon şöbəsi, Qarabağ əlilləri, veteranları və şəhid ailələri rayon birliyi belə təşkilatlardandır. Təkcə 2008-ci ildə bu təşkilatlar tərəfindən imkansız şəxslərə 40 min manatdan çox maddi yardım edilmişdir.
Milli-mənəvi dəyərlərin, insan kapitalının qorunub saxlanılması, inkişaf etdirilməsi, hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin qurulması Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindəndir. Dövlət başçısı müntəzəm olaraq bölgələrə səfər edir, görülmüş işlərlə yerindəcə tanış olur, insanlarla görüşür, fikir mübadiləsi edir. ölkə Prezidenti 2003-2008-ci illərdə 4 dəfə Qəbələ rayonunda səfərdə olmuş, 30-dan artıq obyektin açılışında və ya təməlqoyma mərasimində iştirak etmişdir.
Son beş ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi demokratiyanın inkişafı sahəsində də böyük tədbirlər həyata keçirilmişdir. Seçki mədəniyyəti təkmilləşmiş,hər bir vətəndaşın seçkilərdə tam sərbəst iştirakı üçün şərait yaranmışdır.
2008-ci ilin 15 oktyabrında keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri göstərdi ki, iqtidarla xalq arasında sıx birlik daha da möhkəmləndirilmişdir ki, bu da müstəqilliyimizin möhkəm və əbədi olmasının əsasıdır. 15 oktyabr 2008-ci il Azərbaycan Respublikasının Prezidenti seçkiləri seçicilərin misli görünməmiş fəallığı şəraitində keçmiş, ölkə vətəndaşlarının 75,6 faizi seçkilərdə iştirak etmiş, onlardan 88,7 faizi cənab İlham Əliyevin namizədliyini dəstəkləmişdir. Qəbələ rayonunda da prezident seçkiləri yüksək fəallıqla keçmiş, seçicilərin 83,2 faizi seçkilərdə iştirak etmiş, onlardan 95,3 faizi cənab İlham Əliyevə səs vermişdir.
Bir sözlə, qəbələlilər Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına inanır, Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə yüksək dərəcədə etimad göstərirlər.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
