Təbiət gözəlliyi qorunmaqla yaradılmış cənnətdir Zaqatala
19.08.2009 [02:31]
Zaqatala rayonu - Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Alazan-Əyriçay vadisində yerləşir. Sahəsi 1348 kv/km-dir, əhalisi 118 min nəfərdir. Ərazinin 49 faizinə qədərini meşələr tutur. Bənzərsiz Zaqatalanın mərkəzi xiyabanında azman bir çinar ağacı var. Onun yaşını yazıb sinəsinə yapışdırıblar - 700 il... Bu çinarın gözləri qarşısında əsrlər boyu maddi və mənəvi mədəniyyət abidələri yaradılıb. Xoş üzlü Zaqatala camaatı öz torpaqlarına qəlbən bağlanıblar... Dünyanın ən ətirli tütünü burda bitir. Zaqatala qızıl güllər diyarıdır. Bir görən bir də görmək istəyir...
Saklar kəndindən Zaqatalaya...
Azərbaycanın şimal-qərb zonasında yerləşən Zaqatala rayonu hər şeydən əvvəl insanları təbiətilə, zəngin mədəni resursları ilə cəlb edir. Rayonun tarixi keçmişinə toxunmazdan əvvəl “Zaqatala” sözünün mənasını araşdırmağa, toponimin hansı mənbədən gəlməsini öyrənməyə çalışdıq. Məlum olduğu kimi, hələ eramızdan əvvəl Qara dəniz sahillərindən köç etməyə başlamış skif, sak türk tayfaları Azərbaycandan da keçmişlər, hətta məskunlaşmışlar...
Toponimin izahının ilkin versiyası kimi, məhz sak tayfalarının məskunlaşması amilindən istifadə edəcəyik. Bildiyimiz kimi, “tala” sözünün mənası “meşə içərisində olan boş ərazi” deməkdir. “Zaqa” sözü isə “sak, saka” sözünün inkişaf etmiş, tədricən dəyişmiş formasıdır. Bu versiya ilə toponimi izah etmiş olsaq, onda ortaya “Zaqatala” “sakların məskunlaşdığı tala” anlamı çıxacaq.
Tarixi: Zaqatala rayonu tarixi keçmiş baxımından respublikanın çox maraqlı bölgələrindən biridir. Zaqatala rayonu dəniz səviyyəsindən 540 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının ətəyində, Alazan-Əyriçay vadisində yerləşir. Rayonun ərazisi 1348 km2, əhalisi 114.000 nəfərdir. Zaqatala rayon mərkəzində isə 20 minə qədər əhali yaşayır. Rayonun flora və faunasının zənginliyini nəzərə alaraq, burada 1929-cu ildə Azərbaycanda ilk qoruqlardan biri olan Zaqatala dövlət qoruğu yaradılıb. Zaqatala rayonu şimaldan Rusiya Federasiyası, Qərbdən Gürcüstan Respublikası, Balakən və Qax rayonları ilə həmsərhəddir...
Zaqatala rayonu qədim Alban dövlətinin bir hissəsini təşkil edir. Zaqatala adı barədə hələlik dəqiq bir məlumat yoxdur. Bölgədə az-çox aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, Alazan çayının sol sahili eramızdan əvvəl III-I minilliklərə aid “Yalovlu təpə” mədəniyyətinin mərkəzlərindəndir. Zaqatala bölgəsində, həmçinin, Azərbaycan millətinin formalaşmasında rol oynayan alban tayfalarının mədəniyyətinin nümunələrinə də rast gəlmək mümkündür. Baş Qafqaz sıra dağlarının Zaqatala hissəsində eramızın III-V əsrlərinə aid çoxlu alban abidələri mövcuddur.
Ərəblərin Cənubi Qafqaza, o cümlədən, indiki Zaqatala bölgəsinə gəlişindən qabaq, bu bölgə İran Sasani hökmdarlarının hakimiyyəti altında olub. Bölgədə Sasanilər dövründə zərb edilmiş gümüş sikkələrin mövcudluğu, Sasanilər dövründə tikilmiş “Zaqatala səddi” adlanan müdafiə istehkamının qalıqlarının (bu tikili eramızın IV-V əsrlərinə aiddir) varlığı bunun sübutudur...
XVII əsrin əvvəllərindən etibarən Səfəvi şahı I Abbasın yaxından köməyi və rəhbərliyi ilə bölgədə Car-Balakən camaatlığı adlı hərbi-siyasi qurum yaranmışdı. 1738-ci ildə Nadir şahın qardaşı İbrahim xan Əfşar qoşunla Car-Balakən camaatına hücum etmişdi. Döyüşdə İbrahim xan öldürüldü, qoşunu isə darmadağın edilmişdi. Nadir şahın camaatlığın ərazisində məğlub olması onun imperiyasının dağılmasının əsasını qoymuşdu. 1741-ci ildə Car-Balakən camaatına güclü qoşunla Nadir şah hücum etmişdi. O adamları öldürmüş, evləri yandırmışdı. Car kəndi də dağılmışdı, normal həyat tərzi bir daha bərpa edilməmişdi, əhali dağlarda və meşələrdə gizlənmişdi.
Zaqatala üzərinə Dağıstanın imamı Həmzət bəy yürüş etmişdi. 1852-1855-ci illərdə Dağıstanın imamı Şamilin oğlu Məhəmmədşəfi öz qoşunu ilə Zaqataladan Gürcüstana getmişdi. Şamildən qaçan L.H.Tolstoyun povestinin qəhrəmanı Hacı Murad Zaqataladan keçmiş və Qax ərazisində öldürülmüş, Zaqatalanın 40 kilometrliyində dəfn olunmuşdu. Bu camaatlıq, Cənubi Qafqaz çar Rusiyası tərəfindən işğal olunana qədər tarix səhnəsində qalmışdı. 1830-cu ilin əvvəllərində indiki Zaqatala bölgəsi çar qoşunları tərəfindən qəti olaraq işğal edilmişdi. Bununla da, camaatlıq idarə üsuluna son qoyulmuşdu. Həmin ildə çar Rusiyası bölgədə öz hakimiyyətini möhkəmlətmək üçün burada Zaqatala qalasını tikdirmişdi. Qalanın ərazisi 9,5 hektardır. Qala Balakən, Zaqatala, Qax camaatının köməyilə tikilmişdi. Qalanın tikilməsində yerli materialdan çaylaq daşı və kərpicdən istifadə edilmişdi.
Tədricən qalanın ətrafında yaşayış məskəni yaranmağa başladı. Bu yaşayış məskəni sonralar Zaqatala şəhərinə çevrildi və 1863-cü ildə yaradılan yeni ərazi inzibati vahidin, Zaqatala dairəsinin inzibati-siyasi mərkəzi oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Zaqatala bölgəsi də fəal iştirak etmişdi. Belə ki, müstəqil Azərbaycan dövlətinin yarandığını dünyaya bəyan edən sənədə imza atan 26 nəfər siyasi xadimdən birisi də Zaqatala bölgəsindən olan Aslan bəy Qardaşov olmuşdu.
Zaqatala rayonu, eyni zamanda, tarixi abidələrlə də zəngindir. Belə ki, Car kəndində tarixi abidələrdən car məscidi /XVII əsr/ XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilib, hündürlüyü 10-12 metr olan Cingiz qala var. Qala Pipan və Silov dərələri-Yuxarı Tala kəndinin şimal-şərqində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir və 70 ha sahəni əhatə edir. Tarixi abidələrdən Alban məbədi /IV-V əsrlər/ mövcuddur.
Bununla yanaşı, Yuxarı Cardaxlar kəndinin ərazisi 1293 ha, əhalisi 2141 nəfərdir. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. Kənddə XIII əsrə aid bürc, Alban məbədinin qalıqları, XIX əsrdə tikilmiş məscid var. Burada III-IV əsrlərə aid olan, el arasında “Qız qalası” mağarası adlanan “Pəri qala”sı yerləşir. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağətəyi pilləkən olub, sonralar isə yol itib.
Rayonun sosial-iqtisadi mənzərəsi...
Enerji: 2004-2008-ci illərdə əhalinin və digər istehlakçıların enerji təchizatını yaxşılaşdırmaq üçün rayonda 25 ədəd yeni transformator yarımstansiyaları quraşdırılıb, 566 ədəd dayaq dəyişdirilib, küçələrin işıqlandırılması üçün 224 ədəd işıq dirəyi basdırılıb, 90,2 km 10/0,4 kv-luq elektrik xətləri, 92 ədəd müxtəlif güclü transformatorlar cari və əsaslı təmir edilib, 829 ədəd sayğac quraşdırılıb, 10,3 km uzunluğunda 10/0,4 kv-luq yeni kabel xətti çəkilib. Şəhərin Heydər Əliyev və Azərbaycan prospektlərində, Qala düzü ərazisində, ü.Sadıqov, H.Z.Tağıyev, N.Nərimanov və F.Əmirov küçələrində, Yuxarı Tala və Lahıc kəndləri ərazisində magistral yolun kənarında 12,2 km uzunluğunda yeni küçə işıqlandırma sistemi quraşdırılıb.
Şəhərdə 2,8 km uzunluğunda 10 kv-luq, 6,5 km uzunluğunda 0,4 kv-luq yeni kabel xətti çəkilib, 35/10 kv-luq Muğanlı yarımstansiyasında 1 ədəd 2,5 MVA-lıq transformator quraşdırılıb.
Şəhər-1 hava xəttində 1,0 km, Tala, Mamrux, Zəyəm və Mosul kəndlərində yeni qazılmış artezianlara 2,8 km, Muxax, Qımır-Bazar, Danaçı, Qazangül və şəhər internat məktəblərinə 1,2 km cəmi-21,9 km uzunluğunda 10 kv-luq elektrik verilişi xətləri çəkilib və transformator məntəqələri quraşdırılıb.
2004-2008-ci illərdə əhalinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə şəhər, Muxax, Aşağı Tala, Kebeloba, çökək, Göyəm, Sumaylı, Dardoqqaz kəndlərinə və Əliabad qəsəbəsinə 34800 pm müxtəlif diametrli yeni orta təzyiqli qaz xətləri çəkilib, abonentlərin sayı 2003-cü ilə nisbətən 3 dəfə artaraq 8178 nəfər olub. 11 ədəd TT-50 markalı qaz təzyiq tənzimləyicisi quraşdırılıb, 120 p/m qaz xətti təmir olunub.
Mənzil-kommunal işləri: 2004-
2008-ci illərdə yaşayış məntəqələrinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 6,8 km, o cümlədən, şəhərin cənub-qərb yaşayış massivinə 4,1 km, F.Əmirov, N.Hikmət və Dağıstan küçələrinə 1,9 km, Suvagil kəndində 0,8 km uzunluğunda yeni su xətləri çəkilib, şəhərdaxili su xətləri cari təmir edilib, 3,2 km uzunluğunda kanalizasiya xətti yenidən qurulub (Danaçı yolundakı və şəhərin F.Əmirov və İ.Şamil küçələri), Yuxarı çardaxlar kəndində dağılmış su xətti və hövzəsi bərpa edilib, Dövlət Neft Şirkətinin və daxili imkanlar hesabına rayonda 9 ədəd artezian su quyusu qazılıb.
Səhiyyə: 2004-2008-ci illərdə RMX-nın yoluxucu xəstəliklər şöbəsi, Əliabad qəsəbə, Bəhmətli kənd sahə xəstəxanası, Aşağı Tala, Gözbarax, Yuxarı Tala, Kebeloba, həkim ambulatoriyaları əsaslı, Sabuncu, Uzuntala, Uzunqazmalar, Meşleş, Axaxdərə feldşer-mama məntəqələri, Mazıx kənd həkim ambulatoriyası, Paşan tibb məntəqəsi, Uşaq məsləhətxanası və Uşaq poliklinikası cari təmir edilib. Daxili imkanlar hesabına Lahıc və Yengiyan kəndlərində həkim ambulatoriyası, Kürdəmir, Yuxarı Tala kəndinin Qırğıllı obasında və Zəyəm kəndində feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmiş və avadanlıqlarla təchiz edilib. Səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədi ilə MRX-na yeni müasir elektron avtaklav 100-5 aparatı gətirilib, Əliabad qəsəbə xəstəxanasına UZİ aparatı verilib. Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunan müasir tipli Diaqnostika Mərkəzi istifadəyə verilib. Faldarlı kəndində tikilən həkim ambulatoriyasında isə tikinti işləri davam edir.
Təhsil: 2004-2008-ci illərdə Zaqatala şəhərində 500 nəfərlik lisey, Qazangül qəsəbəsində 360 yerlik, rayonun Yuxarı çardaxlar kəndində 506 yerlik, Muxax kəndində 500 yerlik, Qandax kəndində 440 yerlik, Faldarlı kəndində 240 yerlik, Əliabad qəsəbə 4 saylı orta məktəbdə 360 yerlik yeni məktəb binaları, Göyəm və Gözbarax kəndlərində 200 yerlik, Axaxdərə kəndində 40 yerlik yeni tədris korpusları və Höytala kənd əsas məktəbi üçün 3 əlavə sinif otağı tikilərək istifadəyə verilib. Şəhərdə 320 yerlik internat məktəbinin, Mazıx kəndində 220 yerlik yeni məktəb binalarının tikintisi başa çatıb. Paşan kəndində 220 şagird yerlik yeni məktəbin tikintisi üçün torpaq ayırma işləri aparılıb.
İncəsənət məktəbi, Humanitar Fənlər Gimnaziyası, şəhər 1 saylı, Car kənd 1 saylı, Faldarlı kənd orta məktəbin köhnə tədris korpusu, Höytala kənd əsas məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Gənc Texniklər və Şahmat məktəbi əsaslı, Əliabad qəsəbə 2 saylı, Suvagil kənd 1 saylı, Suvagil kənd 2 saylı, Kəpənəkçi, çobankol, Göyəm, Gözbarax, Uzuntala, Yolayrıc, Dombabinə, Fındıqlı, Kürdəmir, Uzunqazmalar kənd orta məktəbləri cari təmir olunaraq şagirdlərin istifadəsinə verilib, Yuxarı Tala 2 saylı orta məktəbinin dam örtüyü dəyişdirilib, şəhər 2 saylı orta məktəbdə yeni istilik sistemi quraşdırılıb, Dombabinə kəndində idman zalı tikilib, şəhər 2 saylı, Aşağı Tala kənd 3 saylı, Suvagil, Fındıqlı, Göyəm, Dombabinə kənd uşaq bağçaları cari təmir olunub. Şəhər 12 saylı uşaq bağçasının dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, fasadı rənglənib, şəhər 7 saylı uşaq bağçasının həyətində abadlıq işləri görülüb, asfalt örtük döşənib.
“Aqrotexservis” xidməti: “Aqrolizinq” ASC-nin Zaqatala filialı yaradılaraq fəaliyyətə başlayıb, Yengiyan kəndində filialın ərazi üzrə səyyar dəstəsi yaradılıb, Əliabad, Göyəm kəndlərində yaradılması üçün müvafiq işlər görülür. “Aqrolizinq” ASC-nin rayon filialı vasitəsilə təsərrüfatlara mineral gübrələrin və bitki mühafizə vasitələrin satışı təşkil edilib. Fəaliyyətə başladığı dövrdən “Aqrolizinq” ASC-nin rayon filialı tərəfindən 49 adda müxtəlif növ kənd təsərrüfatı texnikası və aqreqatlar gətirilib, 679 ton azot, 369 ton fosfor gübrəsi dəyərin 50 faizi dövlət büdcəsindən ödənilməklə istehsalçılara satılmasını təmin edib.
Tərəvəzçilik və gülçülük: Tərəvəzçi
lik məhsullarının istehsalını artırmaq məqsədilə əkin sahələri genişləndirilib, Göyəm və Maqov kəndlərində faraş tərəvəz istehsalı ilə məşğul olan istixana təsərrüfatları yaradılıb, “Zaqatala-Bazar-2” ASC-nin ərazisində tərəvəz toxumu tədarük edən və satışı ilə məşğul olan mağazaların açılması təmin edilib. Aşağı Tala kəndi ərazisində meyvə tingliyi müəssisəsi (özəl) yaradılıb. Cari ildə 6490 ədəd meyvə tingi satılıb.
2008-ci ildə 1819 ha sahədə tərəvəz, 1353 ha sahədə kartof, 740 ha sahədə bostan bitkiləri əkilib. İl ərzində 17431 ton (əvvəlki ildəkindən 330 ton çox) tərəvəz, 13410 ton (1084 ton çox) kartof, 8275 ton bostan məhsulu istehsal edilib.
Gülçülüyü inkişaf etdirmək məqsədi ilə “Cəliar” firması tərəfindən Qazangül qəsəbəsində Gül yağı emalı zavodu tikilib istifadəyə verilib, 25 hektar sahədə gül plantasiyası bərpa edilib, 8 ha sahədə seyrəklik aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində rayonda hər il orta hesabla 35-40 ton qızılgül ləçəyi tədarük edilir və 4-4,5 kq gül yağı istehsal olunur.
Taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıq: Taxıl istehsalını artırmaq, fermer təsərrüfatlarını keyfiyyətli toxumla təmin etmək üçün rayonun Əli Bayramlı, Muxax, Göyəm, Yengiyan, Aşağı Tala kəndlərində özəl toxumçuluq təsərrüfatları yaradılıb. Taxıl məhsullarının emalını inkişaf etdirmək üçün rayonda gündəlik istehsal gücü 70 ton olan un dəyirmanı, Aşağı Tala, Əli Bayramlı, Dombabinə, Muğanlı və Danaçı kəndlərində çörəkbişirmə sexləri tikilib istifadəyə verilib. 2008-ci ilin məhsulu üçün qarğıdalı ilə birlikdə 12966 ha sahədə səpin aparılıb. Dənli və dənli paxlalıların istehsalı 49533 ton, proqramda nəzərdə tutulduğundan 373 ton çox olub. 2009-cu ilin məhsulu üçün 11941 ha sahədə payızlıq taxıl səpilib, ondan 8795 ha buğda, 3146 ha arpa təşkil edir.
Toxumçuluq təsərrüfatlarında 2009-cu ilin məhsulu üçün səpilən toxumluq buğda sahələri 583 ha olub. 100 ha sahədə toxumluq qarğıdalı əkini aparılıb.
Tütünçülüyü inkişaf etdirmək üçün Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən “İNTER-TOBACCO” MMC tərəfindən ətirli və qiymətli tütün sortlarının yetişdirilməsinə başlanılıb. Cari ildə 530 ha sahədən 988 ton tütün yarpağı yığılıb.
60 ədəd odla tütün qurutmaxanası quraşdırılaraq istifadəyə verilib, 5000 kvm sahəsi olan anbar binası tikilib. 7320 kvm sahəsi olan müasir texnologiyaya əsaslanan tütün şitillik təsərrüfatı yaradılıb. “İNTER-TOBACCO” MMC tərəfindən tütünü redrayinq üsulu ilə emal edən istehsal güçü 3000 ton olan Tütün emalı zavodunun tikintisi başa çatmaq üzrədir.
üzümçülüyün inkişafı ilə bağlı Muğanlı kəndində “Babək” MMC və “ülkər” fermer təsərrüfatlarında üzüm sahələri 29 hektara çatdırılıb.
Heyvandarlığın inkişafı və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün Bəhmətli kəndində camışçılıq, Göyəm kəndində iribuynuzlu maldarlıq, Suvagil kəndində qoyunçuluq, Yuxarı Tala kəndində arıçılıq üzrə özəl damazlıq təsərrüfatları yaradılıb. Dövlət Damazlıq müəssisələrinin fəaliyyəti bərpa edilib, 13 kənddə süni mayalama məntəqələri fəaliyyətə başlayıb, 6 nəfər süni mayalama texniki nəqliyyat vasitəsilə təmin edilib. 12 kənddə özəl baytarlıq xidməti, aptekləri açılıb.
Balakən rayonunda fəaliyyət göstərən “Azəryemsənaye” MMC ilə işgüzar əlaqələr qurulub, rayonda şirkətin dayaq məntəqələri yaradılıb. Mal-qaranı qüvvəli yemlə təmin etmək məqsədilə rayonun təsərrüfatlarında intensiv qarğıdalı sortları əkilib, yonca əkini sahələri 7032 hektara çatdırılıb.
Rayonda heyvandarlıq məhsullarının həcmi artaraq 01.01.2009-cu il tarixdə iribuynuzlu mal-qaranın sayı 58610 baş, qoyunların sayı 137815 baş, arı ailələrin sayı 8500 ədəd olub. İl ərzində 7168 ton diri çəkidə ət (+ 176 ton), 38516 ton (+763 ton) süd, 13470 min ədəd (+ 459 yumurta), 272 ton (+14 ) yun, 16,5 ton barama və 108 ton bal istehsal olunub.
Rayonun Muxax kəndi ərazisində “Gilan” MMC tərəfindən gündəlik istehsal gücü 20 ton olan Süd emalı zavodunun tikintisi başa çatmaq üzrədir.
Fındıqçılığın inkişafını təmin etmək məqsədi ilə isə 215 min ədəd fındıq tingi tədarük edilərək 1478 ha sahədə fiziki şəxslər tərəfindən yeni fındıq bağları salınıb və mövcud fındıq bağlarının sahəsi 9588 hektara çatdırılıb. Rayonun iqtisadiyyatı üçün strateji məhsul hesab edilən fındığın emalı genişləndirilib, “Azərqida” LTD tərəfindən tikilmiş fındıq emalı zavodunun fəaliyyətini “Azərsun” KT MMC bərpa edib, Zaqatala şəhərində, Əliabad qəsəbəsində, Yuxarı Tala, Mosul, Muxax, Yuxarı çardaxlar, Bəhmətli, Fındıqlı və Aşağı Tala kəndlərində fındıq emalı sexləri açılıb.
Turizm: Əvvəldə qeyd etdiyimiz kimi, Zaqatala rayonunun Qafqaz dağlarının ətəyində yerləşməsi, tarixi abidələrlə zəngin olması, istirahət üçün müasir infrastrukturun yaradılması rayonu turizm baxımından cəlbedici edir.
ümumiyyətlə, rayonda Regional Turizm Mərkəzinin fəaliyyət göstərməsi üçün inzibati binanın ayrılmasına və əsaslı təmir olunmasına köməklik göstərilib, tarixi və mədəniyyət abidələrinin bərpası və təmiri istiqamətində böyük işlər aparılıb. Rayonun Yuxarı Tala ərazisində turizmin inkişafı üçün 3 ha torpaq sahəsi ayrılıb, Qəbizdərə kəndində inşa ediləcək turizm-istirahət mərkəzinin layihə-smeta sənədləri hazırlanıb.
Zaqatala şəhərində müasir tələblərə cavab verən “Qafqaz Hotel”, “İSOYL” mehmanxanası tikilib istifadəyə verilib, “Zaqatala” mehmanxanası yenidən qurularaq fəaliyyətə başlayıb.
Əlavə tədbirlər: Rayonda, həmçinin, bir sıra istehsal sahələrinin inkişafının dəstəklənməsilə əlaqədar tədbirlər də həyata keçirilib. Belə ki, konservləşdirilmiş meyvə-tərəvəz məhsullarının istehsalının inkişaf etdirilməsi və emal müəssisələrinin yaradılması məqsədi ilə sahibkarlara və iş adamlarına güzəştli kreditlərin verilməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciətlər edilib. Rayonda mövcud tikiş fabriki özəlləşdirilib və güzəştli kreditlərin verilməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edilib.
üzümçülüyün və şərab məhsulları istehsalının dəstəklənməsi məqsədilə rayonda “Drujba” MMC-nin nəzdində etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən sexin açılmasına nail olunub.
Zaqatala rayonunda tikinti materiallarının istehsalının dəstəklənməsi, yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyyatının gücləndirilməsi kimi tədbirlərin icrası ilə bağlı rayonun Danaçı kəndində mövcud kərpic istehsalı sexi bərpa edilərək işə salınıb. Rayonda yerli xammala əsaslanan istehsal gücü saatda 60 kub metr olan beton və çınqıl istehsalı zavodu quraşdırılıb. Süfrə suları istehsalının və qablaşdırılmasının dəstəklənməsi məqsədilə rayonda “Naib Bulaq”, “Pəri Qala”, “Ağ bulaq”, “Ləzzət” və digər mineral su istehsalı sexləri fəaliyyətə başlayıb.
Zaqatala rayonunda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə şəhərin Heydər Əliyev, Azərbaycan prospektlərində, Ə.Mahmudov və Nizami küçələrinə 2,0 km uzunluğunda su xətləri çəkilib, şəhərdə 500 kubmetr həcmi olan yeni su anbarı tikilib istifadəyə verilib.
Bundan başqa, şəhərdə əlillər və şəhid ailələri üçün 28 mənzilli və 36 mənzilli yaşayış binalarında tikinti işləri başa çatıb. Hər iki bina əlil və şəhid ailələrinin istifadəsinə verilib.
Vərəm Əleyhinə Dispanserin tikintisi üçün 1,5 ha torpaq sahəsi ayrılıb və Muxax kəndi ərazisində Vərəm Dispanserinin yeni binasının tikintisinə başlanılıb və tikinti işləri davam edir.
Rayonda, eyni zamanda, 2004-2008-ci illərdə Muxax çay sahilində yerləşən Əliabad qəsəbə, Mamrux, Suvagil, çobankol kəndlərinin, Dövlət Meşə Fondu torpaqlarının və Tala çay sahilində şəhərin, Yuxarı Tala, Aşağı Tala, Göyəm kəndlərinin sel sularından mühafizəsi məqsədi ilə 1280 pm uzunluğunda bənd tikintisi işləri aparılıb, 8215 kubmetr həcmində daş beton bəndləri təmir olunub, 2,5 milyon kubmetr həcmində çay yataqları, 450,0 min kubmetr həcmində suvarma kanalları təmizlənib, 650 kubmetr həcmində qabion bəndlər quraşdırılıb, Qanıxçayda 2100 pm sahilbərkitmə işləri aparılıb.
2004-2007-ci illərdə rayonun 6 yaşayış məntəqəsində 7 ədəd (Lahıcda 2, Yengiyan, Kəpənəkçi, Qandax, Faldar və Bəhmətli kəndlərində 1 ədəd) artezian su quyuları qazılıb.
360 şagird yerlik 5 nömrəli əsas məktəb binasında tikinti işləri başa çataraq istifadəyə verilib. Humanitar fənlər gimnaziyasında, Əliabad qəsəbə 3 saylı, Suvagil kənd 1 saylı orta məktəblərində hər birində 200 şagird yerlik 10 sinif otağı tikilərək istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində də rayonda bir çox işlər görülüb.
Belə ki, 2007-ci ilin aprel ayından Rayonun Mərkəzi Xəstəxanasında əsaslı təmir işlərinə başlanılıb və hal-hazırda təmir işləri davam etdirilir. Rayonun Əli Bayramlı kənd sahə xəstəxanasında, Muğanlı, Mamrux kənd həkim ambulatoriyalarında əsaslı təmir-tikinti işləri başa çatdırılıb.
Rayonun Maqov kəndində 240 şagird yerlik məktəb tikilərək istifadəyə verilib. Qımır kəndində 220 şagird yerlik məktəbin, Danaçı kəndində (3 nömrəli məktəb üçün) isə 220 şagird yerlik yeni məktəbin tikintisi başa çatdırılıb. Şəhər 3 nömrəli orta məktəb əsaslı təmir olunaraq istifadəyə verilib.
2006-2008-ci illərdə Əli Bayramlı-Muğanlı avtomobil yoluna 8,5 km, Yuxarı Tala-Meşleş avtomobil yoluna 2,0 km, Yuxarı çardaxlar-Qarqay avtomobil yoluna 6,0 km, Mosul-Kəpənəkçi avtomobil yoluna 1,0 km, Suvagil avtomobil yoluna 1,8 km, Aşağı Tala avtomobil yoluna 3,8 km, Qandax avtomobil yoluna 4,3 km, Lahıc avtomobil yoluna 3,5 km, Gözbarax-Mamrıx avtomobil yoluna 1,2 km, Zəyəm avtomobil yoluna 1,8 km, Yengiyan avtomobil yoluna 1,4 km asfalt beton örtüyü tökülüb.
2006-2008-ci illərdə rayon mərkəzinin N.Hikmət, Təbriz, Nizami, Ə.Mahmudov, V.Qurbanov, A.Həmidov, Vidadi və Dağıstan küçələrinə, Qazangül qəsəbəsinin daxili yoluna, şəhərin Azərbaycan prospekti, ç.Mustafayev, Sülh, V.Qurbanov, F.Əmirov, Vidadi və C.Cabbarlı küçələrində yerləşən binaların həyətlərinə ümumilikdə 111600 m2 asfalt beton örtük döşənib.
Qala divarlarının bərpası istiqamətində müəyyən işlər görülüb, mədəniyyət evinin əsaslı təmiri üçün ayrılmış vəsait həcmində işlər aparılıb.
Bir sözlə, Dövlət Proqramının və sürətləndirmə tədbirlərin həyata keçirilməsi rayonda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsinə, sənayenin, aqrar sektorun inkişaf etməsinə və kənd təsərrüfatı məhsulları istehsalının artmasına, yerli resurslardan və xammal mənbələrindən istifadə etməklə yeni iş yerlərinin açılmasına şərait yaradıb. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda 2004-2008-cı illərdə 11102 iş yeri yaradılıb, onlardan 7057-i yeni, 4045-i isə müxtəlif tədbirlərin həyata keçirilməsi, tikinti, abadlıq, quruculuq və mövsümi işlərlə bağlı müvəqqəti yaradılmış iş yerləridir.
Prezident İlham Əliyev 2008-ci ilin sentyabr ayının 19-da Zaqatala rayonuna səfəri zamanı söyləmişdi ki, bütün rayonlarda, o cümlədən, Zaqatala rayonunda çox sürətli inkişaf gedir: “Mən çox şadam ki, son illər ərzində bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən, Zaqatala rayonunda çox sürətli inkişaf gedir. İki il bundan əvvəl biz sizinlə birlikdə burada yeni olimpiya kompleksinin açılışında iştirak edirdik. İndi gözəl stadion tikilibdir və onun açılışını etdik. Aeroportun açılışını edirik. Bir qədər sonra yeni Müalicə-Diaqnostika Mərkəzinin açılışını edəcəyik. Digər vacib məsələlər həll olunur, məktəblər tikilir, yeni parklar salınır, binalar bərpa olunur və Zaqatala çox gözəl şəhərə çevrilir. Həmişə belə idi, həmişə gözəl şəhər idi. Amma siz yəqin razılaşarsınız ki, son illər ərzində burada aparılan böyük quruculuq-abadlıq işləri nəticəsində şəhər daha da gözəlləşibdir. Şəhər infrastrukturu üçün bütün tədbirlər görülür. Bir daha demək istəyirəm ki, sənaye müəssisələrinin, sosial obyektlərin və aeroport kimi çox böyük və nəhəng obyektin tikilməsi bunun əyani sübutudur”.
Zaqatalalılar YAP-ı seçir və dəstəkləyir...
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı rayon təşkilatları sırasında fəaliyyəti ilə seçilir. Rayon təşkilatı hazırda özündə 6008 üzvü birləşdirir. üzvlərin 3193 nəfəri qadın, 2237 nəfəri gənclərdir.
Rayon təşkilatının sədrinin sözlərinə görə, partiya üzvləri rayonun ictimai-siyasi, sosial-mədəni həyatında öz fəallıqları ilə daim öndə gedirlər. İndiyə qədər keçirilən bütün siyasi kampaniyalarda olduğu kimi, zaqatalalılar Ulu öndər Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevə səs verərək 15 oktyabr 2008-ci il tarixində keçirilən prezident seçkilərində, həmçinin, 18 mart 2009-cu il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi zamanı üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetiriblər: “Zaqatala rayonunda iki seçki dairəsi fəaliyyət göstərir. Bunlar 110 sayli Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələridir. 110 saylı dairə üzrə 2008-ci il Prezident seçkilərində 42536 nəfər seçicidən 36079 nəfər səsvermədə iştirak etmiş 87.6 faiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verib.
2009-cu ildə keçirilmiş referendumda isə həmin dairə üzrə 43005 nəfər seçicidən 32598 nəfər səsvermədə iştirak edib. Bu da 76.2 faiz təşkil edib.
111 saylı dairə üzrə 2008-ci il Prezident seçkilərində 40294 nəfər seçicidən 32467 nəfər səsvermədə iştirak edib və seçicilərin 86.8 faizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verib. 2009-cu ildə keçirilmiş referendumda isə həmin dairə üzrə 41210 nəfər seçicidən 30580 nəfər səsvermədə iştirak edib. Bu da 71 faiz təşkil edib”.
Qarşıdan gələn bələdiyyə seçkilərinə rayonda aparılan hazırlıq işlərinə toxunan sədr bildirib ki, artıq rayon təşkilatında seçki qərargahı yaradılıb və fəaliyyət proqramı hazırlanıb. YAP Zaqatala rayon təşkilatı 2009-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə YAP Mərkəzi Aparatının fəaliyyət proqramına uyğun olaraq işini qurub. Rayon üzrə 29 bələdiyyədə 277 nəfər bələdiyyə üzvü seçiləcək ki, bu üzvülərin böyük əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvləri seçilməsi üçün rayon təşkilatı öz işini seçki qanunvericiliyinə uyğun olaraq quracaq: “Zaqatalalılar Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına inanır, Onun siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevə böyük dərəcədə etimad göstərirlər”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52
