Xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub
13.10.2015 [09:30]
Oktyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şairin kitabları sərgilənib, həyatının müxtəlif anlarını əbədiləşdirən fotoşəkilləri nümayiş olunub.
Tədbirdə Türkiyədə törədilmiş partlayış nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb.
Bildirilib ki, Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alır.
Vurğulanıb ki, Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, vətənə, müstəqil dövlətçiliyə xidmət edir.
Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Rusiyadakı səfiri, tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları çıxış edərək ötən əsrin 60-cılar nəslinin bənzərsiz poetik axtarışları və novatorluğu ilə daim seçilən nümayəndəsi Fikrət Qocanı dost olaraq əvəzsiz insan, fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə ediblər.
Bildirilib ki, zərif, incə ruhlu, həssas düşüncəli F.Qoca bəzən də üsyankar, azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemaları ilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əməyi olan mütəfəkkir ziyalıdır.
Natiqlər bu illər ərzində öz paklığını və həqiqətsevərliyini qoruyub saxlayan, vəfalı dost, sədaqətli qələm adamı olan F.Qocanı şeirləri, nəğmələri ilə hər zaman milli-mənəvi dəyərlərimizin keşiyində duran müdrik bir insan kimi qiymətləndiriblər.
Bildirilib ki, Fikrət Qoca “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Seçilmiş əsərləri”, “Eldən-elə, dildən-dilə”, “Sükutun səsi” və digər kitabların müəllifidir. Ömrünün 80-ci payızını yaşayan, 60-cı illər şeirinin gözəl nümunələrini yaradan, şeirimizə bahar ovqatı gətirən Fikrət Qocanın sözlərinə yüzlərlə mahnı bəstələnib, əsərlərinə səhnə ömrü verilib, radiotamaşalar həsr edilib.
Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunur.
Vurğulanıb ki, 1990-cı il hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Rəssam düşünür”, “Taleyin ağır taleyi” əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.
Şairin, Prezident İlham Əliyevin Sərəncamı ilə 80 illik yubileyi ərəfəsində “Şərəf” ordeninə layiq görülməsini qələm dostları bütövlükdə sözə, ədəbiyyata verilən qiymət kimi dəyərləndiriblər.
Çıxış edənlər şairi təbrik edib ona yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar yaradıcılığına verilən bu böyük qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.
Sonda incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

