“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək
10.07.2015 [09:53]
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində iyulun 18-də növbəti təlim keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Uşaqlar üçün laboratoriya”nın iyul təlimi su və onun xüsusiyyətləri, qorunması, vacibliyi mövzusuna həsr olunacaq.
Təlim zamanı uşaqlara su və suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə, canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumatlar çatdırılacaq, həmçinin “kiçik ekoloqlar”a suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları izah ediləcək.
Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, şüşə su qabının içərisində meduza, fincanın içərisində göyqurşağı hazırlamağı öyrənəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyi ilə öz su aləmlərini yaradacaq və sabun köpükləri düzəldərək açıq havada əylənəcəklər.
İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlər İctimai Birliklə əlaqə saxlaya bilərlər (497-63-16).
Xəbər lenti
Hamısına baxTurizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49

