Dini radikalizmə qarşı mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir
14.04.2015 [10:02]
Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların rolu” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.
YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva mərasimi açaraq mövzu ilə bağlı məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Vurğulayıb ki, İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır.
Ölkəmizdə dövlət-din münasibətlərindən danışan komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd edib ki, dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir.
Tədbirdə, həmçinin BDU-nun ilahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58

