BSU beynəlxalq elmi konfransa hazırlaşır
04.04.2015 [11:07]
Bakı Slavyan Universitetində (BSU) artıq altıncı ildir ki, “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən ənənəvi beynəlxalq elmi konfrans Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Konfransa hazırlıq işləri ilə bağlı aprelin 3-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, habelə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə müşavirə keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iclası açaraq konfransa hazırlıq mərhələsində Təşkilat Komitəsinin qarşısında duran məsələlərin həlli istiqamətində görülən işlərlə maraqlanıb. BSU-nun rektoru prof. Asif Hacıyev konfransa hazırlıqla bağlı məlumat verib, nəzərdə tutulmuş işlərin qısa müddətdə həyata keçiriləcəyini bildirib.
İclasda Heydər Əliyev irsinin tədqiqi və Azərbaycançılıq ideyasının təbliği, ölkəmizdə multikultural cəmiyyətin xüsusiyyətləri və millətlərarası münasibətlərin, Azərbaycan tarixi və mədəniyyətinin, dil və ədəbiyyatının aktual problemləri ilə bağlı bölmələrin təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, mədəni tədbirlər planının hazırlanması, mətbuatın işə cəlb olunması, konfrans materiallarının çapı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
İclasda Xocavənd, Qax, Beyləqan, Tərtər və digər ərazilərdə keçiriləcək tədbirlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb, xarici qonaqların Azərbaycanın tarixi yerləri ilə tanışlığının nəzərdə tutulduğu vurğulanıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, o cümlədən, digər məsul şəxslər çıxışlarında konfransa hazırlıq çərçivəsində görülən işlərdən danışaraq, bir sıra təkliflər irəli sürüblər.
Müşavirə çərçivəsində Multikulturalizm fənninin həm Azərbaycanda, həm də dünyanın altı tanınmış ali təhsil müəssisəsində tədrisindən danışan Dövlət müşaviri Kamal Abdullayev fənnin tədrisi ilə bağlı treninqi məqbul səviyyədə başa vuran müəllimləri sertifikatlarla mükafatlandırıb. Dövlət müşaviri bu istiqamətdə atılacaq addımlardan, gələcək planlardan danışıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26

