Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri davam edir
29.08.2014 [09:19]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) respublikanın ikinci böyük şəhəri olan Gəncədə istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin birinci mərhələsi yekunlaşıb.
Layihənin ilkin mərhələsində su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi işləri aparılıb. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin, əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək 3 su mənbəyi - Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin, Şəmkirçay su anbarı seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi üzrə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilib, tutumu 4000 kubmetr olan1ədəd su anbarı inşa edilib və su mənbəyindən anbaradək 24,5 km uzunluğunda magistral su kəməri çəkilib. Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaq. Şəhəri içməli su ilə təmin edən digər mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilib, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilib, 9,5 km anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir. Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan götürüləcək su 27,5 km uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək. Hazırda magistral su kəmərinin inşası davam etdirilir.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı, Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Layihəyə əsasən inşası nəzərdə tutulan 576 km uzunluğunda paylayıcı su xəttinin 30 km-lik, 582 km uzunluğunda kanalizasiya şəbəkəsinin isə 32 km-lik hissəsi çəkilib. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarına smart-kart tipli su sayğaclarının quraşdırılmasına da başlanılıb. İndiyədək 119 binada 7 minə qədər abunəçi smart-kart sayğaclarla təmin olunub.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

