Qafqaz Müsəlmanları İdarəsi respublikamızın şimal bölgəsində müşavirələr keçirib
04.04.2014 [09:00]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 3-də respublikamızın şimal bölgəsində olub.
AzərTAc xəbər verir ki, QMİ-nin sədrinin bölgəyə səfəri Quba rayonundan başlanıb. Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Ardınca din xadimləri Quba Soyqırımı Memorial Kompleksində və ərazidəki kütləvi məzarlıqda olub, soyqırımı qurbanlarının xatirəsini anıb, dualar oxuyublar.
Şeyxülislam Allahşükür Paşazadə Qubadakı Hacı Cəfər məscidini ziyarət edib, namaz qılıb, dualar oxuyub. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılıb və müxtəlif dini ədəbiyyatlar təqdim olunub.
Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq hüquqi normalara uyğun olduğunu qeyd edib. Bildirilib ki, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində bir sıra işlər həyata keçirilir. Görülən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb. Vətəndaşlarımızın Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından razılıqları xüsusi vurğulanıb.
QMİ-nin sədri bildirib ki, Azərbaycandakı sabitlik bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar qarışıqlıq yaratmaq üçün din amilindən istifadə edirlər. Lakin belə qüvvələr bilməlidirlər ki, Azərbaycanda heç vaxt məqsədlərinə çata bilməyəcəklər.
Görüşdə akademik Vasim Məmmədəliyev çıxış edərək dindarların maarifləndirilməsinin vacibliyindən söz açıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Sonra jurnalistlərə müsahibə verən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dindarların maarifləndirilməsi üçün tədbirlər bundan sonra daha da geniş vüsət alacaq. Bu səbəbdən dini icma üzvləri üçün xüsusi kursların təşkili nəzərdə tutulub. Bundan əlavə, sağlam dini ədəbiyyatın artırılması və icmalara təqdim olunması işi sürətləndiriləcək.
Respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Qusar və Xaçmaz rayonlarında da olub, şəhər məscidlərində yerli dindarlarla görüşüb, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını veriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

