Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İnternet jurnalistikası gələcəkdə də digər kütləvi informasiya vasitələrindən öndə olacaq

İnternet jurnalistikası gələcəkdə də digər kütləvi informasiya vasitələrindən öndə olacaq

01.03.2014 [11:36]

Azərbaycan Mətbuat Şurası internet jurnalistikasının rəhbər işçiləri ilə seminar keçirməyi planlaşdırır.
AzərTAc xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müsahibəsində bildirib.
Bu cür tədbirlərin əsas məqsədinin xəbər portallarına haker hücumlarının qarşısını almaqdan, eləcə də onların özlərini maliyyələşdirmə bilmələri üçün tövsiyələr verməkdən ibarət olduğunu deyən Ə.Amaşov vurğulayıb ki, onlayn media rəhbərlərinə reklamçılarla işləmək və digər istiqamətlərdə də məlumatlar veriləcək.
Ə.Amaşov qeyd edib ki, Azərbaycanda 300-ə yaxın xəbər portalı fəaliyyət göstərir. Bunların 100-ə yaxını müntəzəm yenilənən portallardır. Demək olar ki, hər gün yeni xəbər saytı yaranır. Ekspertlər hesab edirlər ki, internet jurnalistikası gələcəkdə də digər kütləvi informasiya vasitələrindən öndə olacaq. Çünki bu sahədə xəbər daha sürətli yayılır. Biz də bütün bunları nəzərə alaraq, onlayn medianın problemlərini həll etməyə çalışırıq.

Paylaş:
Baxılıb: 1214 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31