Bakı–Şamaxı–Yevlax yolunda buzlaşma aradan qaldırılıb
02.03.2026 [10:28]
Gecə saatlarında Şamaxı və Qobustan rayonlarının ərazilərinə yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 120–143-cü kilometrlik hissəsində buzlaşma yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolların qar və buzdan təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və texnikası ərazidə növbəli şəkildə fasiləsiz xidmət aparır.
İdarənin baş mühəndisi Həsən Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qar yağan andan qurumun xüsusi təyinatlı texnikaları yollarda fəaliyyət göstərir. Xüsusilə sərt döngəli, enişli-yoxuşlu və buz tutmuş hissələrə avtomobillər vasitəsilə duz-qum qarışığı səpilib, qar və buz örtüyündən təmizlənib.
Avtomobillərin yollarda hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları da gücləndirilmiş rejimdə xidmət aparır.
Qeyd edək ki, yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobili qəzaya düşsə də, xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.
Hazırda Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan, Şamaxı, eləcə də Ağsu dolaylarından keçən hissələrində hər hansı çətinlik yoxdur, sürücülər hər iki istiqamətdə maneəsiz hərəkət edirlər.
Xatırladaq ki, son üç gündə bölgələrdə qarlı, yağışlı və şaxtalı hava müşahidə olunsa da, bu gündən etibarən temperatur ötən günlərlə müqayisədə yüksəlib.
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

