Binəqədi rayonunda daha bir layihə reallaşdırılır
20.11.2013 [09:08]
Mənzil-kommunal sektorunda islahatların sürətləndirilməsi, eləcə də yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində bu sahənin mövcud vəziyyətinin iqtisadi və hüquqi cəhətdən təhlil olunaraq qiymətləndirilməsi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasının dəstəklənməsi nəzərdə tutulub.
Bakı şəhərində pilot layihə olaraq Binəqədi rayonunda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması nəzərdə tutulur. Bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrası ilə əlaqədar tədbirlər haqqında” 27 may 2013-cü il tarixli sərəncamına əsasən komissiya yaradılıb. Komissiyaya mikrorayonlarda, xüsusən rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan və fasadları üzlənmiş binalarda, habelə abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işlərinin aparılması tapşırılıb, habelə çoxmənzilli binaların mülkiyyətçilərinə binanın idarəedilməsi üsullarının seçilməsi, həmçinin, idarəedilmə üsulu seçilmiş binalarda müvafiq sənədlərin hazırlanması və dövlət qeydiyyatına alınması məsələlərinə hərtərəfli dəstək və kömək göstərilməsi tövsiyə edilib.
Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərlə keçirilən görüş və qəbullarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin çoxmənzilli binaların idarə edilməsində daha səmərəli üsul olduğu barədə mütəmadi məlumat verilir. Belə görüşlərdən biri də 9-cu mikrorayondakı Həmzə Babaşov küçəsində yaşayan sakinlərlə olub. Gorüşdə rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov, Avropa İttifaqının eksperti Cerzi Fişer Mənzil Təsərrüfatının idarə olunmasında mövcud vəziyyət, yeni idarəetmə formaları, onların seçilməsi və üstünlükləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, sakinləri maraqlandıran sualları cavablandırıblar. Qeyd edilib ki, yeni idarəetmə metodlarının yaradılması ilə əlaqədar maarifləndirici materiallar hazırlanaraq, yaxın günlərdə sakinlərə paylanacaq.
Görüşdə, həmçinin, vurğulanıb ki, mənzil təsərrüfatlarının yeni idarəetmə metodlarının keçirilməsində əsas çətinliklərdən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də, Binəqədi rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəldib. Belə ki, son il yarım ərzində 268 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilərək, dəyişdirilib, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılıb, 5 binada işlər davam etdirilir. Artıq 8-ci mikrorayonda S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a binalarının sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti təsis edilərək sənədlər qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim edilib.
Binəqədi rayonunda bu istiqamətdə ardıcıl işlərin aparılması davam etdirilir.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30

