Azərbaycanda közərmə lampalarının istehsalı, idxalı və satışına tam qadağan ediləcək
03.03.2025 [22:39]
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edilib ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır.
Azərbaycan Respublikasına idxal olunan közərmə və LED lampalar üzrə aparılan araşdırma onu göstərir ki, 2017-2022-ci illərdə ölkəyə idxal olunan közərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimi müsbət tendensiya müşahidə olunur. Lakin közərmə lampaları idxalda hələ də kifayət qədər üstün həcmə malikdir.
Közərmə lampalarından imtina edildiyi halda LED lampaların qiymətinin közərmə lampalarından yüksək olduğunu nəzərə alaraq, ilk ildə idxal dəyərində artıma gətirmə ehtimalı olsa da sonrakı dövrlərdə LED lampaların növündən asılı olaraq közərmə lampaları ilə müqayisədə xidmət müddətinin yüksək olması idxal həcmlərində və dəyərində kəskin azalmalara gətirib çıxaracaq. Digər tərəfdən, közərmə lamplarından imtina LED lampaların yerli istehsalçılarına da dəstək olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə təsdiq etdiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda istinad edilmiş normativ sənədlərdə yer alan “Təbii və süni işıqlandırma normaları”nda közərmə lampalarından istifadəyə bəzi məhdudiyyətlər qeyd olunsa da, onun istifadəsinə dair qadağalar yoxdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycanda közərmə lampalarının istehsalı, idxalı və satışına tam qadağanın tətbiqi məqsədilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 17-ci maddəsinə (Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə digər tədbirlər) əlavənin edilməsi təklif olunub. Közərmə lampalarına (istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla) mərhələli qadağanın tətbiqi məqsədəuyğun hesab edilib. Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən, Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

