Səmimi dialoqdan geriyə addım...
07.02.2024 [10:00]
Dost Serbiyadan AŞPA-ya kəskin etiraz
Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib. Yanvarın 24-ü AŞPA plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib. Öz növbəsində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
AŞPA-nın ölkəmizin nümayəndə heyəti ilə bağlı qətnaməsi beynəlxalq səviyyədə birmənalı qarşılanmayıb. Bir sıra beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dost ölkələr respublikanın ədalətli və prinsipial mövqeyini dəstəkləyərək qurumun qəbul etdiyi qətnaməyə kəskin etirazlarını bildirirlər. Son olaraq Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
Qərəzli mahiyyət daşıyan qətnamə
Azərbaycan qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Ölkəmiz daim milli maraqlara sadiqlik və beynəlxalq hüquq norma və prinsiplərinə hörmət nümayiş etdirir. Ölkəmizin siyasəti müstəqillik və suverenlik əsasında qurulub. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olub. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində də qəbul edildiyi kimi, demokratiya davamlı bir prosesdir və heç bir ölkədə mütləq demokratiya yoxdur. Əsas olan demokratik dəyərlərə münasibətdə dövlətin ortaya qoyduğu siyasi irdədir. Azərbaycan dövlətində belə bir qətiyyətli siyasi iradə var və bunu ölkəmizdə qəbul olunan qərarlar, real mühit və demokratik məzmunlu islahatlar, şəffaflığın artırılması əyani şəkildə təsdiqləyir.
Avropa Şurası Parlament Assambleyasının əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında ölkəmizə kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. Azərbaycan nümayəndə heyətinin səsləndirdiyi bəyanatda bildirildiyi kimi, 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Azərbaycanın 2020-ci ildə baş verən 44 günlük müharibənin nəticələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsindən sonra isə biz AŞPA-nın, necə deyərlər, sükutu pozmasının şahidi oluruq. Postmüharibə mərhələsində Azərbaycan bir sıra Avropa qurumlarının düzənlədiyi qarayaxma kampaniyası ilə üz-üzə dayanıb. Təəssüf doğuran haldır ki, qərəzli xorda AŞPA-nın da səsi ucadan eşidilir. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün uyğun format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı, ikiüzlü və qərəzli xarakterini nümayiş etdirir. Müşahidə edilən odur ki, AŞPA demokratik Avropa dəyərlərindən uzaqlaşaraq qərəz poliqonuna çevrilib. Bu isə insan haqlarından danışan quruma heç bir halda başucalığı gətirmir və onun imicinə ağır zərbə vurur. Öz öhdəliklərinə həmişə sadiq qalan Azərbaycan tələb edir ki, AŞPA qərəzçilkdən, selektiv yanaşmalardan əl çəkərək ölkəmizin nümayəndə heyəti ilə bağlı ədalətin bərpası istiqamətində zəruri addımlar atsın.
AŞPA-nın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin Assambleyanın sədri Teodoros Rousopoulosa ünvanladığı müraciətində məlum qətnaməyə dost ölkənin kəskin etirazı öz əksini tapıb. Müraciətdə təəssüf hissi ilə bildirilir ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyanın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib. Vurğulanır ki, buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Sitat: “Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.
Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır”.
Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da qurumun maraqlarına uyğun hesab edilə bilməz. Müraciətdə AŞPA-ın öz qərarına yenidən baxmasına çağırış edilib. “Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir”, - deyə müraciətdə vurğulanıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

