/ / Azərbaycanın dövlət strukturları Fransa Senatının qərarı ilə bağlı ölkəmizin mövqeyini qəti şəkildə ifadə ediblər
Azərbaycanın dövlət strukturları Fransa Senatının qərarı ilə bağlı ölkəmizin mövqeyini qəti şəkildə ifadə ediblər
27.01.2012 [01:29]
Fransa Senatında məlum qanun layihəsinin qəbulu ilə bağlı məsələ gündəmə gələn gündən bəri Azərbaycan dövləti, ictimaiyyət nümayəndələri məsələyə dair öz narahatlıqlarını ifadə edib, bu qanun layihəsinin demokratiyaya zidd olduğunu önə çəkiblər. Təəssüf ki, bir sıra maraqlı dairələr Fransa parlamentinin bu ədalətsiz hökmünü öz maraqları çərçivəsində təqdim edərək iki dost, qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında hansısa problemin yaradılmasına çalışırlar. Bu yöndə Türkiyənin bəzi KİV nümayəndələri xüsusilə “canfəşanlıq” nümayiş etdirirlər. Bununla yanaşı, ölkəmizdə bəzi daxili qüvvələr də var ki, böyük məmnuniyyətlə ermənipərəst, iki qardaş ölkənin münasibətlərini pozmağa yönəldilən fəaliyyətə dəstək verirlər. Fərqli istiqamətlərdən Azərbaycana qarşı şantaj kampaniyası aparmağa çalışan bu qüvvələr iddia edirlər ki, Azərbaycandan Fransaya mütləq şəkildə dövlət başçısı səviyyəsində cavab verilməlidir. Əks halda Azərbaycanın mövqeyi ciddi qəbul olunmayacaq(?!). Bu iddia isə olduqca gülünc və səbatsızdır.
çünki məlum qərar Azərbaycan Milli Məclisi, Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Həmkarlar İttifaqları Konfederasiyası, rəsmi şəxslər, millət vəkilləri, ziyalılar, KİV, ictimai təşkilatlar və siyasi partiyalar, həmçinin, Prezident Administrasiyası səviyyəsində pislənildi, məsələyə münasibətdə qəti mövqe nümayiş etdirildi. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları bir sıra xarici ölkələrdə Fransa Senatına etirazlarını bildirib, kütləvi aksiyalar keçirdilər. Həmçinin, Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyaları keçirildi.
Konkret olaraq rəsmi mövqeyə gəldikdə, məsələ ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, Fransa Senatının qəbul etdiyi qərar regionda gedən proseslərə ziddir və qeyri-konstruktiv qərardır: “Biz öz tərəfimizdən bu qərarı tənqid edirik və pisləyirik. Səsvermədə Senatın 500-dən artıq üzvünün cəmi 10 faizi iştirak edib. Bu, demokratiya baxımından düzgün deyil. Fransa yüz il əvvəl baş verən məsələlərlə məşğul olursa, o zaman Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və 1 milyon qaçqın və məcburi köçkünün məsələsinə də münasibətini bildirməlidir. Fransa Senatının qəbul etdiyi bu qərar problemdən başqa yeni heç nə gətirməyəcək. Azərbaycan tərəfi prosesin sonrakı gedişini yaxından izləyəcək və öz təhlillərini apararaq mövqeyini ortaya qoyacaq”.
Eyni zamanda, XİN qərarı pisləyən bəyanat qəbul etdi. Bununla yanaşı, Azərbaycan Respublikası Milli Məclisi Fransa Respublikasının Senatına müraciət ünvanlandı. Müraciətdə “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbulu ilə bağlı narahatlıq ifadə olunur. öz növbəsində sözügedən məsələyə münasibət bildirən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, bu, dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bəyan etdi ki, Azərbaycan tərəfi bildirib ki, bu qərar ədalətli deyil. Onun sözlərinə görə, bu, əslində, bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir.
Bir sözlə, sadalanan fikirlər, dövlət qurumlarının, QHT-lərin, ictimaiyyət nümayəndələrinin mövqeyi Azərbaycanın məsələ ilə bağlı mövqeyinin nədən ibarət olduğunu açıq şəkildə ifadə edir və Türkiyəni dəstəklədiyini göstərir. Bu mənada, Azərbaycanın mövqeyini guya “qeyri-müəyyən” hesab edən dairələrin istəyi absurd və başadüşülməzdir. Azərbaycan dövlətində ciddi idarəçilik institutları mövcuddur və hər bir istiqamət üzrə cavabdeh olan strukturlar dövlətin həmin istiqamətdə siyasətini həyata keçirirlər. Ortaya çıxan hər hansı məsələ və ya problemlə bağlı da məhz aidiyyəti üzrə həmin strukturlar dövlətin mövqeyini ifadə edirlər. Qeyd olunduğu kimi, XİN bu məsələdə öz mövqeyini bildirib, Fransanın Azərbaycandakı səfiri nazirliyə çağırılaraq Azərbaycanın bu məsələdəki narahatlığı ilə bağlı bilgiləndirilib.
Belə olan halda, hər zaman populist mövqedən çıxış edən, siyasi savadı burnunun ucundan uzağı görməyə imkan verməyən bu qüvvələr dərk etməlidir ki, Azərbaycan dövləti əsl siyasi praqmatiklik nümayiş etdirir. Qardaş ölkənin mövqeyini müdafiə edən Azərbaycan bütün məsələlərə həm də praqmatik, siyasi realist nöqteyi-nəzərdən yanaşır. Bu gün Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupundakı təmsilçiliyinə son verilməsini tələb edənlər bilməlidirlər ki, Azərbaycan hər zaman öz qətiyyətli mövqeyini ifadə edir və bu dəfə də istər Azərbaycanın, istərsə də Türkiyənin mənafeyini qətiyyətlə müdafiə edib. Həmsədrlik institutunun dəyişməsini istəyənlər isə özləri də bilirlər ki, bu institutun dəyişmə mexanizmi hələlik bəlli deyil və gələcək proseslərdə hansı qərarların qəbul olunacağını indidən “proqnozlaşdırmaq” onlarlıq deyil. İkinci bir tərəfdən, bu gün Türkiyənin Minsk qrupunda təmsilçiliyini tələb edən bəzi qüvvələrin özlərinin də yaxşı yadındadır ki, hələ bu qrup yaradılarkən Azərbaycan qardaş ölkənin burada təmsilçiliyini istəmişdi. Amma bu mümkün olmamışdı...
Bəli, Azərbaycan iqtidarı populist çıxışlar etmir, praqmatik, təmkinli siyasət həyata keçirir və lazımi anda lazımi məsələ ilə bağlı öz mövqeyini qəti şəkildə ifadə edir. Necə ki, son məsələdə qəti şəkildə Türkiyənin yanında olduğunu göstərdi.
Bu məsələdə ciddi-cəhdlə Azərbaycanı gözdən salmaq, yalanları ilə böhtan kampaniyası aparmaq istəyən, iki qardaş xalqın arasında gərginlik yaratmaqla görəvləndirilən və bunu bacarmayan “Azadlıq” qəzeti, həmçinin, ona nəzarət edənlərin Azərbaycan dövlətini “suçlaması” və dövlətdən gileylənməsi isə daha absurddur. çünki, “Azadlıq” qəzetinin bəzi əməkdaşları Azərbaycanı bəyənməyərək “insan hüquq və azadlıqlarının” təmin olunduğu Fransaya getdilər. Yəqin, indi anladılar ki, insan hüquq və azadlıqları ən çox elə Azərbaycanda qorunur. Əgər doğurdan da, bu qəzetdə çalışanlar həqiqi vətənpərvərdirlərsə, qoy onlar da açıq şəkildə, birmənalı olaraq, Fransa Senatının qərarını tənqid etsinlər. Yoxsa, Fransanı tənqid edən kimi görünərək, Türkiyə-Azərbaycan münasibətlərini korlamağa cəhd etməsinlər. çünki, onsuzda bu, baş tutmayacaq. “Azadlıq” isə yenə də həmişəki kimi, özünü ifşa etmiş olacaq.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxHadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

