Etimadını itirən Parisə növbəti etiraz...
13.10.2023 [10:44]
Nardar BAYRAMLI
Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında beynəlxalq platformalarda da qeyri-obyektiv kampaniya aparır. BMT-nin İnsan Haqları Şurasının oktyabrın 11-də keçirilən 54-cü sessiyasında Fransa tərəfinin səsləndirdiyi bəyanat da bunu təsdiqləyir. Azərbaycan nümayəndə heyəti isə sözügedən sessiyada Fransanın bəyanatında cavab verib.
Cavab bəyanatında qeyd olunub ki, Ermənistan mediasında 34 ölkənin birgə bəyanatı kimi təqdim edilmiş bəyanat əslində yalnız Fransa və Ermənistan tərəfindən səsləndirilib. Azərbaycan nümayəndə heyəti tərəfindən Fransa tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Fransanın ölkəmizdə gedən siyasi proseslərə müdaxilə cəhdləri qınanılıb.
Bildirilib ki, Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı dövründə suverenlik və ərazi bütövlüyünə dəstəklə bağlı seçici yanaşması, 30 ilə yaxın bir müddətə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, o cümlədən Ermənistandan güc yolu ilə çıxarılmış 300 min azərbaycanlının geri qaytarılması istiqamətində tərəfsiz vasitəçi kimi çıxış etməməsinə görə bu proseslərdə heç bir rolu yoxdur. Əlavə olunub ki, Azərbaycan və region ölkələri sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində işləyir və Fransaya beynəlxalq tərəfdaş, vasitəçi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan tərəfindən etimad sıfıra bərabərdir.
Bəyanatda BMT missiyasının iki dəfə Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyi və xəstəxanalar, məktəblər, evlər, mədəni və dini binalar da daxil olmaqla Xankəndidəki heç bir mülki infrastruktura zərər qeydə almadığı xatırladılıb. Qeyd olunub ki, missiya Azərbaycan hökumətinin səhiyyə xidmətlərinin davam etdirilməsinə hazırlaşdığını vurğulayıb. Azərbaycan nümayəndə heyəti bu müşahidələrin BMT QAK-ın Ermənistandakı nümayəndəliyi, həmçinin BQXK tərəfindən də təsdiqləndiyini xatırladıb. Azərbaycan suveren ölkə olaraq öz ərazisində BMT institutları da daxil olmaqla bir sıra beynəlxalq aktorlarla birlikdə effektiv əməkdaşlıq edir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları pisləyib. Bununla bağlı XİN-in açıqlamasında bildirilib ki, Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Parisin beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir.
“Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir”,-deyə açıqlamada o da vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə qanunsuz fəaliyyətə son qoyulması və erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh və təhlükəsizliyə əsl töhfə olardı.
Fransa tərəfinə bir daha xatırladılıb ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

