"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 35-ci cildi çapdan çıxıb
17.09.2011 [10:26]
AzərTAc xəbər verir ki, bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 35-ci cildindən - Prezident Heydər Əliyevin 2001-ci il avqustun 14-də verdiyi bəyanatından götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci il iyunun 21-dən 2001-ci il avqustun 30-dək olan dövrü əhatə edir.
ümummilli lider Heydər Əliyevin geniş və dərin siyasi fəaliyyətini rəsmi sənədlərdə əks etdirən çoxcildlik əsərlərinin bu nəşrində müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlət quruculuğunun sürətlə inkişafı, bir sıra yeni istehsal müəssisələrinin açılışı, Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə dair zəngin materiallar yer alıb.
Kitabda, eyni zamanda, Azərbaycanda səfərdə olmuş beynəlxalq təşkilatların rəhbərləri, bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələri ilə görüşlərə, danışıqlara dair materiallar, Rusiya Federasiyası, Latviya, Ukrayna və digər ölkələrin kütləvi informasiya vasitələrinə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin verdiyi müsahibələr toplanıb.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olub. Yenicə çap olunmuş cilddə də Ulu öndərin ATƏT-in baş katibi, ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə münaqişəsinin sülh yolu ilə həlli istiqamətində keçirdiyi görüşlərin, apardığı müzakirələrin, həmçinin bu sahədə imzalanmış sənədlərin materialları və mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri də var. ATƏT-in baş katibi Yan Kubiş ilə görüşü zamanı dedikləri münaqişəyə yanaşmada Ulu öndərin böyük həssaslıq göstərdiyini nümayiş etdirir: “ATƏT-lə əməkdaşlığımız bizə ən çox Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bir milyon insanın öz yaşayış yerlərinə qayıtması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün gərəkdir”.
Bunlardan əlavə, kitaba ümummilli liderin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və bp şirkətinin Bakıdakı ofisində ən müasir texnologiya ilə təchiz edilmiş üçölçülü vizuallaşdırma mühiti zalının və Bakı poladəritmə zavodunun açılışı zamanı etdiyi çıxışlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli mərasimdə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərin istifadəyə verilməsi münasibətilə keçirilmiş tədbirdə və digər görüşlərdəki nitqləri daxil edilib.
“Azərnəşr” nəşriyyatında çap olunan çoxcildliyin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

