Hakim partiyadan "VHP"-yə sərt cavab
11.08.2011 [02:23]
“Azərbaycan Respublikasında seçki komissiyalarının formalaşması qaydası qanunla tənzimlənir. Seçki Məcəlləsində məntəqə, dairə və Mərkəzi Seçki Komissiyasının hansı forma və prinsiplərlə formalaşdırılması dəqiq şəkildə ifadə edilib”. Bu sözləri “SİA”ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hakim partiya da Seçki Məcəlləsinə müvafiq olaraq seçki komissiyalarına namizədlər irəli sürür və həmin qayda əsasında da məntəqə, dairə və MSK-da hakim partiyanın irəli sürdüyü şəxslər komissiya üzvləri kimi fəaliyyət göstərir: “Seçki komissiyalarının formalaşmasında Milli Məclisdə təmsil olunan və say çoxluğu təşkil edən hakim partiya, Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar, eyni zamanda, Milli Məclisdə təmsil olunan və heç bir siyasi partiyanın üzvü olmayan deputatlar adından komissiyalara namizədlər irəli sürülür. Bunun da qaydaları açıq şəkildə qanunda öz əksini tapıb.
Bir məsələni də qeyd etmək istərdim ki, partiyalar tərəfindən irəli sürülən şəxslər dairə, məntəqə və MSK-da fəaliyyətə başladıqdan sonra onlar siyasi mənsubiyyət daşımırlar. Onlar heç bir siyasi partiyanın marağını və yaxud ki, nizamnamə tələblərini həyata keçirmirlər. Seçki komissiyalarına üzv olan şəxslər seçki komissiyasının üzvü kimi yalnız qanun qarşısında cavabdeh olur və qanunla fəaliyyət göstərir. Yəni, seçki komissiyalarına hansi siyasi partiya namizəd irəli sürürsə sürsün o şəxs orada fəaliyyət göstərdikdə partiyanın üzvü kimi çıxış etmir və çıxış edə bilməz”.
Mübariz Qurbanlı, həmçinin, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) “Partiyaların əvəzində yerlər Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təhvil verilir” bəyanatına da münasibət bildirib: “Burada kimlərsə süni bir hay-küy qaldırmaq, nələrisə tərsinə yozmaq istəyirlər. Hesab edirəm ki, bu düzgün deyil. çünki yenə vurğulayıram ki, parlamentə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası məntəqələrdə, dairələrdə və Mərkəzi Seçki Komissiyasında müəyyən edilən qaydada namizədlər irəli sürür.
Bundan artığını irəli sürməyib, sürməyəcəkdə və buna da ehtiyac yoxdur. İrəli sürərsə də təbii ki, bu da qanuna zidd olar. Parlamentdə azlıq təşkil edən siyasi partiyalar namizədlərini müəyyən olunan qaydalar əsasında irəli sürür. “Orada kimsə kiminsə yerini mənimsədi. Kimsə kiminsə yerinə şəxs irəli sürdü” fikrini səsləndirmək mən hesab edirəm ki, çox sadəlövh bir yanaşmadır”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

