Azərbaycan qonşularına qarşı münasibətdə yaxın əməkdaşlığa əsaslanır
22.11.2022 [09:59]
Region ölkələri də Bakıya qarşı münasibətdə eyni səmimiyyəti nümayiş etdirməlidir
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Yürüdülən müstəqil və milli maraqlara söykənən dövlət siyasəti bu məsələdə əhəmiyyətli rol oynayır.
Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir. Eyni zamanda, Azərbaycan hər zaman münasibətlərin inkişafında ən mühüm detal olaraq səmimi münasibətlərə üstünlük verir.
Ölkəmizin yürütdüyü dövlət siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafı xüsusi yer tutur. Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir.
Təəssüf ki, ölkəmizin yürütdüyü bu səmimi siyasətə bəzən layiqli şəkildə qarşılıq verilmir. İşğalçı Ermənistanın regionda yaratdığı qeyri-stabil mühit, təhlükəsizliyin təhdid olunması buna misaldır. Bəzən isə, terrorçu dövlətin bu siyasəti bəzi ölkələr və dairələr tərəfindən də dəstəklənir, stimullaşdırılır. Məsələn, bir müddət öncə İranın ölkəmizə qarşı apardığı siyasət, eləcə də bu ölkənin bəzi rəsmilərinin ritorikası adekvat sayıla bilməz. Rəsmi Tehranın sərhədlərimizə yaxın yerdə iki dəfə genişmiqyaslı təlim keçməsi də bir sıra mühüm suallara yol açan məqamlardandır. Bu kimi addımlar iki dövlət arasındakı münasibətlərdə stabilləşdirici deyil, gərginləşdirici faktor kimi çıxış edir.
Vilayətinin açıqlaması - İran siyasətini və ritorikasını korrektə edir?
Amma, deyəsən, artıq İran öz siyasətinə və ritorikasına korrektə etməyə başlayıb. Belə ki, bu ölkənin Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, əgər bir gün Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq. Əli Əkbər Vilayəti vurğulayıb ki, İranın qüdrəti dostlarımıza deyil, İran və Azərbaycanın, həmçinin digər qonşularımızın düşmənlərinə qarşıdır: “Azərbaycan xalqı bizim gözümüzün nurudur. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur. Xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır. İran İslam Respublikası bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcək. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər, ittihamlar əsassızdır və onlar - İran və Azərbaycanın düşmənləri bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq”.
Qeyd edək ki, bu fikirləri səsləndirən Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub. XİN rəhbəri olduğu dövrdə Azərbaycana bir neçə dəfə səfər edən Vilayəti İranın regional və beynəlxalq müstəvidə yürütdüyü siyasətdə indi də aparıcı fiqurlardan sayılır. Onun bu açıqlaması isə hazırkı məqamda təmsil etdiyi dövlətin Azərbaycana qarşı davranışlarındakı səhvləri anladığını deməyə əsas verir. Sadəcə olaraq, bunu səmimi şəkildə etiraf etməyən Vilayəti fikirlərini diplomatik dillə çatdırmağa “üstünlük verib”.
“Azərbaycan bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb”
Vurğulandığı kimi, hər zaman regional əməkdaşlığın inkişafını arzulayan Azərbaycan öz qonşuları ilə münasibətlərə xüsusi önəm verib. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “APA”ya açıqlamasında bildirib ki, İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”. Agentliyin məlumatına görə, “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib. Bu barədə nə deyərdiniz?” sualına cavabında Hikmət Hacıyev deyib: “Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.
Azərbaycan haqlıdır - bütün mənalarda...
Bəli, Azərbaycan bütün qonşularına verdiyi dəyər, göstərdiyi səmimi münasibətin qarşılığında eyni münasibəti gözləməkdə haqlıdır. Bu gün qalib Azərbaycanın haqlı, ədalətli mövqeyini deyil, işğalçı, regiondakı əməkdaşlığa mane olmağa çalışan Ermənistanın maraqlarını qorumağa çalışmaq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürütmək ikitərəfli əlaqələrə yalnız və yalnız ziyan gətirir. Bunu hər kəs bilməli, anlamalıdır. O cümlədən də, İran...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

