Hərənin öz marağı...
19.07.2022 [10:30]
Rusiya Çinə neft ixracında lider mövqeyə yüksəlib
Çin tərəfi Avropadan gələn “sanksiyalara qoşulmaq” və yaxud “Rusiya ilə əlaqələrin məhdudlaşdırılması” təkliflərini eşitmək istəmir. Ölkənin yüksək səviyyəli rəsmiləri birmənalı şəkildə bəyan ediblər ki, Moskva ilə iqtisadi-ticarət əlaqələri bundan sonra da davam etdiriləcək
MÜBARİZ
Aylardır ki, davam edən Rusiya-Ukrayna müharibəsi həm də sanksiyalarla gündəmdədir. Müharibə başlayandan bəri Ukraynanı dəstəkləyən ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri tərəfindən Rusiyaya qarşı altı sanksiyalar paketi tətbiq edilib. Şimal qonşumuza qarşı məhdudiyyətlərin əhatə dairəsinin genişləndirilməsini, o cümlədən bu ölkədən qızıl idxalına qadağaların sərtləşdirilməsini hədəfləyən yeddinci sanksiyalar paketi də masadadır.
Sanksiyalar nəticə verir, amma...
ABŞ və onun Aİ üzrə müttəfiqləri tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsində əsas məqsəd müharibə düyməsini ilk basan bu ölkənin iqtisadi-maliyyə qaynaqlarını qapatmaqla ona təsir imkanlarını artırmaqdır. Bu, baş verirmi? Sanksiyalar nə dərəcədə səmərəlidir? Rusiya nə qədər zəifləyib?
Hazırda bu kimi suallar müxtəlif dairələrdə tez-tez səslənir. Sanksiyaların Rusiyaya hansısa bir formada təsir etmədiyini söyləmək çətindir. Söhbət qırxadək ölkənin Rusiyaya qarşı birləşməsindən gedir. Verilən məlumatlara görə, Rusiyanın təxminən 100 təşkilatı, iqtisadiyyatın ayrı-ayrı seqmentləri, o cümlədən strateji məhsul olan neftin ixracı, müxtəlif banklar, 1200-dən artıq fiziki şəxs məhdudiyyətlər altındadır. Qaz ixracında problemlər yaşanmaqdadır. Avropa Komissiyasının hazırladığı yeddinci sanksiyalar paketi Rusiyanı qızıl gəlirlərindən məhrum etməyə hesablanıb. Qeyd edək ki, bu ölkə 2021-ci ildə 346,4 ton qızıl istehsal edib və onun təxminən 87 faizini ixraca yönəldib. Qızıl ixracı ötən il Rusiyaya 17,4 milyard dollar gəlir qazandırıb. Bu gəlirin məhdudlaşdırılması müharibə aparan ölkə üçün böyük itkidir.
Müttəfiq dövlətlərin Rusiyaya qarşı sanksiyalarının bu ölkəyə mənfi təsirləri barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel danışıb. O bildirib ki, Rusiyaya qarşı sanksiyalar işləyir, ancaq proqnozlaşdırılan nəticələr üçün vaxt lazımdır. O belə bir qənaətini bölüşüb ki, müharibə uzunmüddətli olacaq və sanksiyaların səmərəsini görmək üçün “qoca qitə”yə “strateji səbr” nümayiş etdirmək lazım gələcək.
Asiya nəhənginə ünvanlanan ittihamlar
Bəhs olunan sanksiyaların Rusiyaya təsirlərinin ertələnməsi həm də “koalisiyada parçalanma” sindromu ilə əlaqələndirilir. Burada da həqiqət payı böyükdür. Artıq heç kəsə sirr deyil ki, sanksiyalar altında olan bir sıra məhsullar, o cümlədən də rəqəmsal avadanlıqlar Rusiyaya üçüncü ölkələr və ofşorlarda qeydiyyata alınan şirkətlər vasitəsilə çatdırılır. Bunu sübut etmək isə heç də asan məsələ deyil - izlər həmən itirilir. Sanksiya müəllifləri olan ölkələrdən gələn xəbərdarlıqlar, bəyan olunan siyahılar da heç kəsi qorxuya salmır.
İttihamlar həm də Asiya nəhəngi sayılan Çinə qarşı yönəlib. Bununla bağlı açıq mətnlə mesajlar da eşidilməkdədir. Çinə qarşı yönələn ittihamlar da daha çox bu ölkənin Rusiya ilə əvvəllər və indi mövcud olan isti münasibətlərindən qaynaqlanır. İki ölkə bir sıra geosiyasi məsələlərdə ortaq məxrəci bölüşürlər. İqtisadi müstəvidə əlaqələr də intensivliyi ilə diqqət çəkir. Asiya nəhəngi Rusiyada böyük həcmdə investisiya qoyuluşuna malikdir. Rusiya öz nefti üçün Avropada itirdiyi bazarı məhz bu ölkədə tapıb. Verilən məlumatlara görə, şimal qonşumuz Çinə neft ixracında lider mövqeyə yüksəlib. Asiya ölkəsinə neft ucuz qiymətə satılsa belə, bu, Rusiya üçün nəfəsliyin tam bağlanmasından daha yaxşı variantdır.
“Biz gözləyirik ki, Çin sanksiyaları dəstəkləməsə də, hər şeyi edəcək ki, onların fəaliyyətinə qarışmasın”. Bu fikri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ifadə edib. Avropa Komissiyasının rəsmisinin qənaətinə görə, Çin Rusiyanı danışıqlar masasına qaytarmağa qadir ölkədir. Avropa Şurasının prezidenti Şarl Mişelin fikirləri də kifayət qədər sərtdir. O, əmin olduğunu bildirib ki, Çin dünyadakı imici barədə düşünməli və Aİ ilə ticarət əlaqələrinin əhəmiyyətini nəzərə almalıdır.
Çinin diplomatik manevrləri
Asiya nəhəngi Avropadan gələn “tərəf saxlamaq” ittihamlarını heç bir vəchlə yaxına buraxmır. Çin ona yönəlik ittihamları rədd etməklə yanaşı, diplomatik etiketi də yaddan çıxartmır. Bu ölkənin xarici işlər naziri Van İ bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi təkcə Avropaya təsir göstərməyib. Müharibənin fəsadları bütün dünyada hiss edilməkdədir. Çin müharibənin tərəfi olmasa da, əlini-əlinin üstünə qoyub gözləmə mövqeyi tutmayacaq. Çinin XİN-nin saytında dərc olunan məlumatda, həmçinin bu ölkənin ünvanına söylənilən “yanan odun üstünə yağ tökmək” ittihamı da birmənalı şəkildə rədd edilib.
Çin tərəfi, həmçinin Avropadan gələn “sanksiyalara qoşulmaq” və yaxud “Rusiya ilə əlaqələrin məhdudlaşdırılması” təkliflərini də eşitmək istəmir. Ölkənin yüksək səviyyəli rəsmiləri birmənalı şəkildə bəyan ediblər ki, Moskva ilə iqtisadi-ticarət əlaqələri bundan sonra da davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53

