Ermənistan Rusiyaya “əvəzedici” axtarır
29.03.2022 [10:42]
Düşmən ölkə Fransa və ya ABŞ sülhməramlıları “ideyası”nı ortaya atmağa çalışır
P.İsmayılov
İllərdir başqa ölkələrin kölgəsində və hesabına yaşamağa öyrənmiş Ermənistan özünün “siyasi xətti”ndə dəyişiklik etməyə hazırlaşır. Belə ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə törətməyə çalışdıqları təxribatları “daşa dəyən” ermənilər bundan “möhkəm inciyib”. Bunun nəticəsidir ki, sülhməramlı missiya üçün Rusiyanın “əvəzedicisi” axtarılmaqdadır. Daha doğrusu, Ermənistan mətbuatı ictimai rəydə “Rusiyadan imtina” fikrini formalaşdırmaq üçün hərəkətə keçib. Bu ölkənin tanınmış siyasətçiləri və analitikləri açıq kontekstdə Rusiyanın onların arxasında dayanmadığını və bunun üçün də sülhməramlı “vəzifəyə layiq olmadıqlarını” bildirirlər. Bununla yanaşı isə, siyasi meyidə çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən diriltmək və bu çərçivədə - ABŞ və Fransadan ibarət sülhməramlı kontingent formalaşdırılmasını, onun Qarabağa gəlməsini arzulayırlar. Hətta rəsmi İrəvana yaxınlığı ilə seçilən siyasi ekspertlər onların “öz işlərini daha məsuliyyətlə yerinə yetirəcəklər”inə əminlik ifadə edirlər. Bu isə onu deməyə əsas verir ki, Ermənistan yenidən öz xislətinə uyğun olaraq rəng dəyişməkdədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev son zamanlar, daha doğrusu Rusiya ilə Ukrayna arasında hərbi gərginlik yaranan dövrdən Ermənistanın bir sıra manevrlər etdiyini bildirib. Rəsmi İrəvan, hətta humanitar yardım adı altında Gürcüstan vasitəsilə Ukraynaya yardım göstərmək də istəyib: “Ermənistan anlayır ki, Rusiyanın qarşıdakı dövrdə iqtisadiyyatı zəifləyəcək və onlara tam dəstək ola bilməyəcək. Bu baxımdan indidən “yarınma siyasəti” yolu ilə müxtəlif xarici dövlətlərə müxtəlif səpkili müraciətlər ünvanlayırlar. Sülhməramlı məsələsi ilə bağlı manevr də bunun tərkib hissəsidir. Ümumiyyətlə, Rusiya sülhməramlılarının özünümüdafiədən başqa atəş açmaq ixtiyarı yoxdur. Onların əsas məqsədi iki münaqişə tərəfinin arasında dayanmaqdır. Ermənilər isə sülhməramlılardan istifadə etməklə Azərbaycan ordusuna qarşı təxribat törətməyə çalışır. Sonradan isə guya atəşkəsin Azərbaycan tərəfindən pozulması ilə bağlı dünyaya car çəkmək istəyirlər. Hər hansı bir sülhməramlı yaralanacağı təqdirdə bunu da Azərbaycanın ayağına yazmağa çalışacaqlar. Bunlar sadəcə bir manevrdir”.
Ermənilərin ATƏT-in Minsk qrupunun digər iki üzvünün Rusiyanı əvəz etməsi ilə bağlı “planlarına” gəldikdə isə, A.Nağıyev belə bir əvəzetmədə hər iki tərəfin razılığının vacib olduğunu söyləyib. Onun fikrincə, hər kəs anlamalıdır ki, Azərbaycan öz ərazisində ortaya çıxa bilən istənilən problemin öhdəsindən gəlmək iqtidarındadır. “Bunun isə Ermənistana və ya başqa ölkələrə dəxli yoxdur. Qondarma qurum yaranan kommunal problemlərdən istifadə etməklə guya fövqəladə hal yaratmaq istəyir. Rusiya sülhməramlılarının fikri isə gələcəkdə yarana biləcək “münaqişəni” yatırtmaqdır. Çünki Araik Arutyunyana məxsus bəzi separatçı silahlılar orada yaşayan erməni vətəndaşlara qarşı hər hansı bir addım ata bilərlər. Onlar gah qazla, gah da sülhməramlı problemi adı altında status-kvonu saxlamaq istəyirlər”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

