“Beşinci kolon” iş başında?
16.02.2022 [10:38]
Yenə də uğur qazana bilməyəcəklər!
Taleh AĞAVERDİEV
Nədənsə Qərbdə belə bir fikir formalaşıb ki, onlar planetimizdə indiyədək mövcud olan ən humanist sistemi qurublar. Və belə bir sistemi yaradanlara mütləq düşmən lazımdır. Bir qayda olaraq, müstəqil xarici siyasət yürüdən inkişaf etməkdə olan ölkələri “düşmən” seçirlər. Onları insan haqlarını pozmaqda ittiham edirlər, yalnız ona görə ki, bu ölkələrdə həyat tərzi Qərbin təbliğ etdiyi dəyərlərə uyğun gəlmir. Adətən, bu üsul Qərbin xoşuna gəlməyən ölkələrə siyasi təzyiq göstərmək üçün bəhanə kimi istifadə olunur.
Dəfələrlə ikili standartların və qərəzli yanaşmaların qurbanı olan Azərbaycan da bu baxımdan istisna deyil. Dəfələrlə ölkəmizə və onun rəhbərliyinə qarşı qarayaxma kampaniyaları həyata keçirilib, kütləvi etiraz aksiyaları və ya “rəngli inqilab” təşkil etmək vasitəsilə (məsələn, 2003-cü və 2005-ci illərdə olduğu kimi) ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edilib. Biz həm 2013-cü ildə (yenidən seçkilər ərəfəsində), həm də 2015-ci ildə radikal islamçıların bu məqsədlərə cəlb olunduğu vaxtlarda siyasi sabitliyin əsaslarını sarsıtmaq cəhdlərinin şahidi olduq. Onu da gördük ki, Qərb siyasi texnologiya mərkəzləri Azərbaycanda “beşinci kolon” yaratmaq üçün səylərini və pullarını əsirgəmir və bu məqsədlə çox vaxt kövrək zehnini idarə etmək asan olan gəncləri hədəf seçir.
Həmin siyasi texnologiya mərkəzlərinin cəhdləri uğursuzluğa düçar olandan sonra, son illər ölkəmizdə bu cəhətdən nisbi sakitlik yaranıb. Bununla belə, müstəqil siyasət yürüdən, özünü təmin edən Azərbaycandakı stabillik hələ də Qərbin müəyyən dairələrinə sakitlik vermir. Xüsusən də ölkəmiz Qarabağda 44 günlük müharibənin nəticələrindən sonra daha da gücləndikdən və regionda başqa dövlətlərin hesablaşmalı olduğu yeni reallıq formalaşdırdıqdan sonra. Bu səbəbdən ölkəmizi sevməyən qüvvələr gələcək etirazlara və vətəndaş iğtişaşlarına zəmin hazırlamaq üçün gizli fəaliyyətlərini davam etdirirlər.
Bunun bariz sübutu beynəlxalq Amerika təşkilatı olan “Demokratiyaya Milli Dəstək Fondu”(National Endowment for Democracy - NED) tərəfindən Azərbaycan hakimiyyətinə qarşı təxribat strategiyasının maliyyələşdirilməsi üçün hazırlanmış proqramdır. Əvvəlcə bu təşkilat haqqında arayış verək.
NED 1983-cü ildə ABŞ Konqresi tərəfindən təsis edilib. Qeyri-hökumət təşkilatı statusuna malik olsa da, büdcəsinin 95 faizi ABŞ büdcəsindən maliyyələşir. Bu psevdo-ictimai təşkilat “demokratiyaya dəstək” bəhanəsi ilə “rəngli inqilablar” təşkil etməklə, Amerikanın maraqlarının üstünlüyünün təmin edilməsi üçün çalışır. Fondun təsisçilərindən biri olan Allen Vaynşteyn (Allen Weinstein) 1991-ci ildə deyib ki, “bu gün gördüyümüz işlərin çoxu 25 il əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən gizli şəkildə edilib”. Məsələn, NED Polşada müxalif “Həmrəylik” hərəkatına, Çexoslovakiyada “Xartiya 77” hərəkatına və Serbiyada “Otpor” hərəkatına milyonlar ayırıb. 2011-ci ildə WikiLeaks portalı fondun daha sonra 2011-ci ildə Yaxın Şərqdə baş verən bir sıra inqilablarda fəal iştirak edən ərəb gənclər hərəkatlarına dəstək verdiyi məlumatları dərc etdi. NED, Soros təşkilatları ilə birlikdə Ukrayna, Ermənistan və Qırğızıstanda da analoji prosesləri maliyyələşdirib.
Görünür, təşkilat bu dəfə Azərbaycanda etirazçı qüvvələri oyatmaq niyyətindədir. Proqram fevral ayında Fondun internet saytında “Azərbaycan 2021” adı ilə dərc edilib və NED orada təsvir olunan qaranlıq məqsədlərə bir milyon dollara yaxın vəsait ayırıb. Proqramın əsas vəzifələrindən biri də hakimiyyəti gözdən salan məlumatları təbliğ etməkdir. Məsələn, “Azərbaycanda mülkiyyət hüquqlarının pozulması və korrupsiyaya görə hökumətin məsuliyyətə cəlb olunmasına kömək etmək” üçün 75 375 dollar ayrılıb. İzah edilir ki, “layihə həm müvafiq milli qanunlar, həm də dövlət tərəfindən törədilən mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumatlılığı artıracaq”. “Azərbaycanda informasiya azadlığını dəstəkləmək” bəhanəsi ilə Azərbaycan hakimiyyətini ləkələyən bu cür məlumatların yayılması üçün “müstəqil internet saytı”nın ($96 900), o cümlədən xəbər aqreqatorunun ($34,028) yaradılması nəzərdə tutulur. Bununla yanaşı, “müstəqil mediaya” dəstək üçün 156 min 538 dollar ayrılıb.
Həmçinin “insan hüquqlarının monitorinqi” (62 min dollar) nəzərdə tutulub. Ayrılan vəsait o cümlədən “Azərbaycanda siyasi məhbuslar və insan hüquqlarının pozulması ilə bağlı” mütəmadi olaraq yenilənən xəbər və məlumatların yayılması üçün internet saytının yaradılmasına yönəldiləcək.
Təşkilat regionlarda insan haqlarına riayət olunmasına da “monitorinq” etmək niyyətindədir - bu məqsədlə 49 675 dollar ayrılıb. Bundan əlavə, “vətəndaş iştirakını gücləndirmək üçün bir sıra təlim seminarları və məsləhətləşmələrin keçirilməsi” üçün 100.000 ABŞ dolları ayrılıb. Korrupsioner tenderlərin və elita arasında korrupsiyanın sənədləşdirilməsinə görə - müvafiq olaraq 45 500 dollar və 68 650 dollar. NED, həmçinin gənc alimləri demokratiya tədqiqatlarına cəlb etməyi (90 000 ABŞ dolları), gənc hüquqşünaslarla treninqlər keçirməyi (26 345 ABŞ dolları), hüquqi yardımı təşviq etməyi və bu məqsədlə Azərbaycanın regionlarında nümayəndəlik açmağı (28 117 ABŞ dolları) planlaşdırır və s.
Bir sözlə, çox şübhəli planları olan bir proqramdır. Özü də suallar artıq başlanğıcdan yaranır. Proqram “Azərbaycan 2021” adı altında təqdim olunur, lakin görünən odur ki, bu il həyata keçirilməsi nəzərdə tutulur. Əgər bu proqram artıq icra olunubsa, o zaman niyə indi dərc olunur, vəsait kimə ayrılıb, göstərilən nümayəndəliklər hansı rayonlarda yaradılıb, yerinə yetirilən tapşırıqların hesabatı haradadır?
Qeyd edək ki, yeni strategiyanın hazırlanmasında və həyata keçirilməsində anti-?zərbaycan yönümü ilə tanınan Freedom House və Çexiyanın PIN (People in Need) təşkilatı da iştirak edir. Sonuncunun saytında bu yaxınlarda “VƏTƏNDAŞ CƏMİYYƏTİNİN SƏSİ: Şərq Tərəfdaşlığı Proqramının ehtiyacları, perspektivləri və çağırışları” adlı 76 səhifəlik hesabat dərc olunub və burada ölkəmizə qarşı tənqidlərə geniş yer ayrılıb. Maraqlıdır ki, eyni zamanda Ermənistan bu hesabatda əsasən müsbət rakursdan təqdim edilib.
Qəribə təsadüf nəticəsində fevralın əvvəlindən müxalifət uzun qış yuxusundan sonra ilk etiraz aksiyasını keçirmək üçün fürsət axtarmağa başladı. Ola bilsin ki, bunlar hamısı eyni zəncirdəki halqalardır.
Qeyd edək ki, müxalifət qısa müddət ərzində Amerika pulu ilə artıq Sadə Hüquq Platforması, Açıq Platforma, Gənc Jurnalistlər Şəbəkəsi, Digest Law Club və s. bu kimi platformalar yaradıb, regionlarda yüzlərlə gənc oğlan və qızın iştirakı etdiyi gənclər üçün treninqlər keçirilir. Bu “maarifçilik kurslarında” gənclərə izah olunur ki, “artıq belə yaşamaq olmaz” və ölkədə sarsıntılar olmasa, dəyişiklikləri, tərəqqiləri təmin etmək mümkün olmayacaq.
Proqramdan da göründüyü kimi, Azərbaycan gəncliyi yenidən qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün potensial vasitə kimi seçilib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə görüşündə “rəngli inqilablar” cəhdləri ilə bağlı potensial təhlükə və çağırışlar mövzusuna toxunması, gəncləri təxribatlara uymamağa çağırması diqqət çəkir. Qeyd edək ki, Sorosun strukturları “vətəndaş cəmiyyətinin potensialının artırılması” bəhanəsi ilə Azərbaycan gənclərinin şüurunu ələ keçirməyə çalışırdılar. Lakin bu cəhdlər baş tutmadı və 2014-cü ilin sonunda 17 il fəaliyyət göstərən Sorosun “Açıq Cəmiyyət” İnstitutunun Bakıdakı ofisi bağlandı.
Azərbaycanın uğurlarını, güclənməsini həzm edə bilməyən qüvvələr bilməlidirlər ki, əvvəllər olduğu kimi, yenə də uğur qazana bilməyəcəklər. Çünki Azərbaycan xalqı ölkə rəhbərliyinin gördüyü işləri görür, bundan razıdır və öz rəhbərinin ətrafında möhkəm birləşib.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
