Fikir ayrılığı “qoca qitə”ni iki hissəyə bölüb
09.02.2022 [10:08]
Yaxud Avropa Rusiya ilə ABŞ arasında manevr edir
PƏRVİZ
Rusiya ilə Qərb dünyası arasında baş verən son hadisələr Avropanı əməlli-başlı “silkələyib”. Belə ki, NATO-nun şərqə doğru genişlənmə planına qarşı çıxan Rusiyanın mövqeyindən geri çəkilməməsi “köhnə qitə”də qarşıdurma yaratmaqdadır. NATO-da müttəfiq olan Avropa ölkələrinin Rusiyaya münasibəti artıq birmənalı deyil. Məsələn, həm Şərqi, həm də Qərbi Avropanın bəzi dövlətləri Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların onlara mənfi təsir göstərdiklərini vurğulayırlar. Digər tərəfdən, Rusiya ilə münasibətlərin pozulması Avropanın qaz təchizatına mənfi təsirlərini göstərməkdədir.
Bütün bunlar isə Avropada müttəfiqlər arasında ciddi fikir ayrılıqlarına yol açmaqdadır. ABŞ Moskva ilə yaxşı münasibətlər qurmaq istəyən Avropa ölkələrinə təzyiq göstərir. Həmin ölkələr isə öz iqtisadi maraqları naminə Ukraynanı dəstəkləməkdən vaz keçirlər. Bəzi analitiklər Avropanın Rusiya ilə bağlı vahid siyasi kurs müəyyənləşdirə biləcəyinə şübhə ilə yanaşır. Türkiyənin “Evrensel” qəzetində dərc olunan yazıda bildirilir ki, Qərb cəbhəsində ən çox təzyiq altında olan ölkə Almaniyadır. Almaniyadakı yeni hökumət ABŞ və İngiltərənin mövqeyinə qoşulmaq niyyətində deyil, kəskin bəyanatlardan və sanksiya tətbiqindən qaçır. “Der Spiegel” jurnalı da ABŞ-ın Almaniya qarşısında tələblər qoyduğunu yazır.
Bu mübarizədə ən mühüm detal isə qaz təchizatıdır. Hazırda Avropanın böyük bir qismi Rusiya qazına möhtacdır. ABŞ Aİ ölkələrinin qaz təminatı məsələsini “boynuna götürməyə” çalışsa da, bunun mümkünsüzlüyü hər kəsə bəllidir. Son aylar Aİ ölkələrində təbii qazın qiymətinin yüksəlməsinin başlıca səbəbi də Rusiyadan az miqdarda təbii qaz ixracı ilə əlaqədardır. Qaz anbarlarındakı doluluq faizi xeyli azalıb. Mərkəzində Almaniya və Fransanın dayandığı Avropa dövlətlərinin ABŞ-ın Ukrayna ilə əlaqədar çoxməqsədli və çoxmərhələli hesablarına qarşı sinə gərib - gərməyəcəklərini isə zaman göstərəcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Avropa ölkələri arasında fikir ayrılıqları və parçalanmalar çoxdan müşahidə edilməkdədir. Bunun əsas səbəbi bəzi Avropa dövlətlərinin Rusiya ilə müxtəlif səviyyələrdə əməkdaşlıq etməsidir: “Bu əməkdaşlıq həmin ölkələrin iqtisadi maraqlarına uyğundur. Məsələn, Fransa, Almaniya, hətta bəzi Şərqi Avropa ölkələri, xüsusilə Balkan dövlətləri Rusiya ilə bu və ya digər şəkildə əməkdaşlıq edirlər. Rusiya iri qaz təminatçısıdır, həmin ölkələr üçün investisiya mənbəyidir. Həmin ölkələr Rusiya investisiyasını itirmək istəmirlər. Bu mənada, Ukrayna ətrafında gedən prosesləri narahatlıqla izləyirlər. Çünki hərbi qarşıdurma ssenariləri reallaşsa, bütün əlaqələr kəsiləcək, sanksiyalar mürəkkəbləşəcək. Hətta sanksiyalar haqqında danışan ölkələr belə bu prosesdən ciddi narahatlıq keçirirlər. Söhbət milyardlarla avro itkidən gedir və bu itkilərin kompensasiyası çox çətin olar. Bu, iqtisadi problemlər yaşayan, xüsusilə pandemiya dövründə böhran keçirən ölkələr üçün arzuolunmaz zərbədir. Həmin ölkələr fəaliyyətlərini bütövlükdə müharibədən yayınmaq siyasətinə istiqamətləndirirlər”.
Ekspertin fikrincə, indiki halda ABŞ Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq iqtidarında deyil. Rəsmi Vaşinqtonun Aİ-nin ABŞ-la yanaşı, digər qaz ixracatçıları ilə də danışıqlar apardığını bildirməsi isə reallığı bir daha üzə çıxarır. “Bu ondan xəbər verir ki, Aİ ABŞ qazına bel bağlamır. Ötən ilin statistikasına görə, ABŞ dünya bazarına 100 milyard kubmetr qaz ixrac edib. Rusiya isə yalnız Aİ ölkələrinə ötən il ərzində 145 milyard kubmetr qaz ixrac edib. Fərq ortadadır. Bu baxımdan, ABŞ qaz təchizatı məsələsində Rusiyanı əvəz edə bilməz. Aİ də qaz böhranı ilə üzləşəcəyini anlayır. O baxımdan da, vəziyyətdən çıxmağın yollarını axtarırlar. Fikrimcə, Avropanın qaz təminatında yaranacaq problemlər ABŞ üçün əhəmiyyət kəsb etmir. Hətta Avropada yaşanan böhran ABŞ-ın iqtisadi nüfuzunu artıracaq və Avropanı daha çox asılı vəziyyətə salacaq. Avropa üçün bu arzuolunmazdır”, - deyən İ.Vəlizadə bildirib ki, Ukrayna ətrafında indiyə qədər hərbi əməliyyatların başlamamasının bir səbəbi də məhz Avropa ilə ABŞ arasındakı fikir ayrılıqlarıdır. Düzdür, Böyük Britaniya, Polşa kimi dövlətlər Rusiyaya münasibətdə daha sərt, radikal mövqe tuturlar. Digər ölkələrin əksəriyyəti isə onların bu mövqeyini paylaşmırlar: “Bu dövlətlər ritorikada Rusiyaya qarşı fərqli fikirlər səsləndirə bilərlər. Amma ciddi addımlar atılmır. Daha ciddi addımları ötən il ata bilərdilər. İndiyə qədər sərt addımlar atılmayıbsa, bundan sonra da gözləmək olmaz”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

