Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazir: “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını tam dəstəkləyir”

Nazir: “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını tam dəstəkləyir”

27.12.2021 [12:23]

Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz Türkiyənin bütün səviyyələrdə verdiyi mesajı yüksək qiymətləndiririk. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu sahədə prosesin Azərbaycanla koordinasiya edildiyini qeyd edir. Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir fundamenti olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdirik. Bu sahədə istisna Ermənistan olub. Biz də Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edirik”.

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31