Dağıdıcı düşərgənin növbəti manipulyasiya cəhdi...
02.09.2021 [08:50]
Hər zaman antidövlət, antixalq mövqeyindən çıxış edən radikal müxalifət öz xislətindən əl çəkmir. 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin, rəşadətli Ordumuzun yanında olmayan dağıdıcılar, postmüharibə dövründə də “fəaliyyətlərini” xaricdəki ermənipərəst mərkəzlərin tezisləri əsasında qurublar. Düşərgə təmsilçilərinin son paylaşımları isə onların bəlli mərkəzlərdən yeni sifarişlər alındığına işarə edir. Amma bu sifarişləri kor-koranə icra edən dağıdıcılar bir daha özlərini gülünc vəziyyətə qoyurlar. Elə Gültəkin Hacıbəyli kimi. Belə ki, qondarma antimilli şuranın üzvü Gültəkin Hacıbəyli bu cür sifarişləri yerinə yetirmək üçün sosial şəbəkələrdə yeni yalanlar uydurmağa başlayıb. Bu dəfə də o, ölkəmizdə guya şəhid ailələrinə, qazilərə diqqət və qayğının göstərilmədiyini iddia edir. Təbii ki, bu yalanların heç bir əsası yoxdur. Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilər, həmçinin ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə həyatlarını itirmiş şəhidlərin ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov bildirib ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin apardığı uğurlu syasət kursu nəticəsində şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atılır. Şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə onların sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil təminatı istiqamətində mühüm işlər həyata keçirilir: “Bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilib. Eyni zamanda, bu günə qədər onlara dövlət tərəfindən 7200 avtomobil hədiyyə olunub. Göründüyü kimi, aparılan uğurlu fəaliyyət nəticəsində minlərlə şəhid ailəsinin və qazinin mənzil şəraiti yaxşılaşdırılıb. Ən əsası bu proses davamlıdır və qarşıdakı dövrdə də İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcəklər”.
Millət vəkili onu da qeyd edib ki, radikal müxalifətin bu məsələ ilə bağlı manipulyasiyaları fiaskoya məhkumdur.
Milli Məclisin deputatı Vüqar İskəndərov da radikalların bu manipulyasiya cəhdini uğursuz adlandırıb. Onun sözlərinə görə, bütün şəhid ailələri və qazilər dövlət tərəfindən qayğı ilə əhatə olunublar: “Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. O cümlədən şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi yönündə addımlar atılmaqdadır. Cənab Prezidentimizin müvafiq Sərəncamına görə, qarşıdakı dövrdə də İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcəklər. Bütün bunlar bir daha onu göstərir ki, Vətən müharibəsində xalqın yanında yer almayan radikalların iddiaları tamamilə əsassızdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

