/ / Fuad Əliyev: Vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin daha bir nümunəsidir
Fuad Əliyev: Vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin daha bir nümunəsidir
03.07.2021 [09:46]
“Ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə diqqət və qayğı göstərilməsi təqdirəlayiqdir. Azərbaycan cəmiyyətinin həmrəyliyi ilə yanaşı, dövlətimizin bu istiqamətdə gördüyü işlər mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.
Partiya sədrinin sözlərinə görə, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir: “Bu baxımdan, dövlət başçısı İlham Əliyevin 25 iyun tarixində imzaladığı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman böyük önəm daşıyır. Belə ki, vahid əlaqələndirmə mərkəzlərinin yaradılması həmin kateqoriyadan olan şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”.
F.Əliyev deyib ki, Prezident tərəfindən imzalanan Fərman, eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması üçün atılan mühüm addımdır: “Bu proses dövlət başçısının, dövlətin müvafiq qurumlarının nəzarəti altında olacaq. Vahid əlaqələndirmə mərkəzləri bu sahədə əvvəlki illərdə müşahidə edilən bir çox neqativ halların qarşısını alacaq. Belə ki, həmin kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsi həm müxtəlif bürokratik maneələri, həm də saxta əlillik təminetmə hallarını aradan qaldıracaq. Ən nəhayət, vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin daha bir nümunəsidir”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

