/ / Ankarada Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Ankarada Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
10.06.2021 [09:26]
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu parlament nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Rəcəb Akdağ ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı münasibətlərdən bəhs olunub, əlaqələrin inkişafı yüksək dəyərləndirilib, təcavüzkar Ermənistan üzərində qazanılan şanlı Zəfərimiz iftixarla xatırlanıb, Qələbədən sonrakı dövrdə səhiyyə sahəsində əməkdaşlığın qarşıya qoyduğu mühüm vəzifələrdən danışılıb.
Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, yeni xəstəxana və bərpa-sağlamlıq mərkəzlərinin yaradılması, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri barədə geniş məlumat verən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bu sahədə əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu şanlı Qələbənin qazanılmasında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının sərgiləndiyi siyasi-mənəvi dəstəyi tarixi hadisə kimi dəyərləndirən Əhliman Əmiraslanov bildirib ki, qardaş ölkədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin Vətən müharibəsində respublikamıza qayıdaraq qəhrəman övladlarımıza şəfa verməsi əməkdaşlıq münasibətlərimizin ən parlaq nümunəsidir.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, işğal altındakı torpaqlarda hər şey dağıdılıb və məhv edilib. Bölgədəki bərpa işlərində Azərbaycan və Türkiyənin birgə fəaliyyəti vacibdir.
Parlaq hərbi Zəfərə görə təbriklərini çatdıran Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Rəcəb Akdağ bildirib ki, Azərbaycanın varlığını özü qədər sevən Türkiyə xalqı Qarabağın işğalına heç vaxt biganə qalmayıb. Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı, səhiyyə sahəsində qazandığı uğurlar Türkiyədə böyük rəğbətlə qarşılanır.
Komissiya sədri COVID-19 infeksiyası ilə mübarizə tədbirləri və Türkiyədə görülən işlər, bu sahədə Azərbaycanla əməkdaşlıq, eləcə də virusa qarşı yerli peyvəndin hazırlanması məsələlərinə dair geniş məlumat verib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlıq yüksək qiymətləndirilib, perspektivlərə dair səmərəli fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

