Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15.04.2021 [09:03]
Xəbər verildiyi kimi, aprelin 13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransa iştirak edib. Dövlətimizin başçısı regionda baş verən proseslərlə bağlı fikirlərini bildirib, dövlətimizin mövqeyi ilə bağlı mühüm mesajlar verib. Şübhəsiz ki, bu, Azərbaycan həqiqətlərinin, ölkəmizin 44 günlük müharibədə qazandığı şanlı qələbə sayəsində regionda yaranan yeni reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük önəm daşıyır.
Ümumiyyətlə, Azərbaycan məqsədyönlü siyasət sayəsində qısa müddətdə ermənilərin qlobal informasiya məkanında yaratdıqları mifləri dağıtmağa nail oldu. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev Özünün praqmatik informasiya siyasətini daha da intensivləşdirdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin davam etdiyi 44 gün ərzində dünyada böyük populyarlığa malik olan 30-dan çox transmilli media qurumuna müsahibələr verdi. Həmin müsahibələri götürən müxbirlərin bəziləri özlərini açıq-aşkar qərəzli aparır, təhrikedici və ittihamedici suallar verməkdən belə çəkinmirdilər. Ancaq həmin müxbirlər qərəzli suallarına dövlət başçımızdan, bir qayda olaraq, obyektiv və əsaslandırılmış, tutarlı cavablar alırdılar. Prezident İlham Əliyev sözügedən müsahibələr zamanı bir dəfə də olsun təmkinini pozmadı, yüksək natiqlik bacarığı, diplomatik məharət göstərdi.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransı, son olaraq ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşə qatılması, habelə mühüm beynəlxalq platformalarda söylədiyi nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, O, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Təsadüfi deyil ki, ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, dərin məntiqə, intellektə, diplomatik məharətə malik olmasını, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə geniş məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirir və dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.
Birmənalı şəkildə demək mümkündür ki, istər Vətən müharibəsi dövründə, istərsə də münaqişədən sonrakı mərhələdə Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistanın, erməni lobbisinin, həmçinin Azərbaycanı istəməyən xarici qüvvələrin yalanlarının ifşa edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında çox mühüm rol oynadı. Deyilənlər baxımından dövlət başçımızın ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə verdiyi mesajlar da böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev konfransda Ona ünvanlanan çoxsaylı sualları yenə də yüksək diplomatik məharətlə cavablandıraraq Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bərpa işlərinə, infrastruktur quruculuğuna başladığını, eyni zamanda, regional əməkdaşlıq üçün yaranan perspektivlərin reallaşdırılmasından ötrü öz imkanlarını təqdim etməyə hazır olduğunu diqqətə çatdırdı.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

