Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Mirzəbəyli: Siyasi partiyalar çoxpartiyalı sistemin, hüquqi və dünyəvi dövlətçiliyin təməlini təşkil edir

Elçin Mirzəbəyli: Siyasi partiyalar çoxpartiyalı sistemin, hüquqi və dünyəvi dövlətçiliyin təməlini təşkil edir

17.03.2021 [09:24]

“Siyasi partiyalar çoxpartiyalı sistemin, hüquqi və dünyəvi dövlətçiliyin təməlini təşkil edir və onların birləşməsi müsbət bir haldır”. Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, çoxpartiyalı sistemin inkişafı və siyasi fəaliyyətin real məzmun alması üçün ideoloji baxışları üst-üstə düşən siyasi partiyaların bir araya gəlməsi, birləşməsi, strukturlaşması və institutlaşması əsas amillərdən biri kimi dəyərləndirilməlidir: “Ümumiyyətlə, ölkəmizdə gedən islahatlar birmənalı şəkildə həm də siyasi palitraya təsir edir. İnanıram ki, bu gün ölkəmizdə formalaşmış milli birlik, siyasi həmrəylik partiyaların gələcək fəaliyyətində də əsas məqamlardan biri kimi xarakterizə olunacaq. YAP-ın VII qurultayındakı çıxışında Prezident İlham Əliyev də dialoqun davam etdirilməsinin vacibliyini vurğuladı. Fikrimcə, siyasi dialoqun davamlı inkişaf etdirilməsi siyasi münasibətlərin inkişafı və inteqrasiyası baxımından faydalı presedentləri davam etdirə bilər”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31