/ / Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
04.03.2021 [08:51]
“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı əsasən Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümü günündə keçirilməsi xüsusi qeyd edilməlidir. Prezident erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını bəyan etdi”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov qeyd edib ki, mətbuat konfransında dünyanın 35-dən artıq media orqanının 50-yə yaxın sualını cavablandıran dövlətimizin başçısı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi. YAP İdarə Heyətinin üzvü bildirib ki, Prezident İlham Əliyevin hər zaman ilklərə imza atan dövlət başçısı kimi tanınması hamıya məlumdur. Bu mətbuat konfransı da belə oldu, Azərbaycan Prezidenti daha bir ilkə imza atdı. Bu, Prezidentin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Mətbuat konfransı artıq dövlətimizin başçısının hər fikrini maraqla dinləyən geniş bir auditoriyanın olduğunu və Onun çox önəmli mesajlar verdiyini göstərdi. Bütün dünya Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik siyasi xadim olduğunu bir daha gördü.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı 30-dan artıq xarici KİV-ə verdiyi hər bir müsahibə Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və bu da informasiya müharibəsində ermənilərə çox böyük zərbə oldu. Yəni əvvəllər üzləşdiyimiz haqsız vəziyyətlər artıq aradan qalxıb, indi situasiya tam fərqlidir. Bu gün dövlətimizin başçısı qalib Azərbaycanın qalib Lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır.
“Cənab Prezidentə ünvanlanan suallar göstərdi ki, beynəlxalq aləmə işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası, Azərbaycanın regionda yeri və rolu ilə yanaşı, dövlətimizin başçısının dünyada gedən proseslər haqqında rəyi də maraqlıdır. Suallar həm də göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən xarici auditoriyanın sıraları genişlənib. Bu da onunla əlaqədardır ki, Azərbaycan artıq regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısı dünya mediasının diqqətini bu reallığa yönəltdi. Artıq dünya ictimaiyyəti yaxşı bilir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü hesabına işğala son qoyub, öz ərazi bütövlüyünü bərpa edib. Mətbuat konfransı zamanı dövlətimizin başçısı Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi. Əlbəttə, razılaşmaların pozulması Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Ermənistan üçün intihar olardı. Yeri gəlmişkən, bu günlərdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da qeyd edib ki, rəsmi Moskva Yerevan hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir. O, 10 noyabr Bəyanatına zidd olacaq hər hansı bir hərəkətin böyük bir faciəyə səbəb ola biləcəyini söyləyib”, - deyən E.İbrahimovun fikrincə, mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan böyük önəm kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

