/ / Elşən Musayev: Prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdış xüsusi önəm kəsb edir
Elşən Musayev: Prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdış xüsusi önəm kəsb edir
16.02.2021 [09:10]
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Vətən müharibəsindən sonrakı dövrdə yaranmış yeni şərtlərə uyğun Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini özündə ehtiva edir”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev deyib ki, Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb: “Azərbaycanın əldə etdiyi qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar formalaşdırıb. Təbii ki, yaranmış yeni situasiya həm də qarşıya yeni vəzifələr qoyur. Hesab edirəm ki, təsdiq olunmuş sənəd bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq”.
Partiya sədri bildirib ki, müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var: “Çünki 30 ilə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək. Ən əsası, bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir”.
E.Musayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəaların uğurla icra ediləcəyinə əmin olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.
NARDAR
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

