Mark Şnayer: Azərbaycan etnik müxtəlifliyə və multikultural mühitinə görə nümunəvi ölkədir
05.02.2021 [09:40]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 4-də ölkəmizdə səfərdə olan ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayerlə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri bu gün dinlər və sivilizasiyalar arasında dialoqun baş tutması üçün əsas şərtə çevrilən, mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan, eyni zamanda, çoxları üçün örnək göstərilən xarakterik xüsusiyyəti olduğunu deyib. Bu dəyərlərin, eləcə də Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında yəhudi icmalarının özünəməxsus yeri olduğunu qeyd edən komitə sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində yəhudi vətəndaşlarımız da iştirak edərək, digər dinlərin nümayəndələri ilə birgə həmrəylik göstəriblər.
Öz növbəsində, ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmalarına xüsusi diqqət və qayğının göstərildiyini söyləyən M.Şnayer etnik müxtəlifliyə, multikultural mühitə görə Azərbaycanın onlar üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin dünya miqyasında yüz illər ərzində tolerantlıq və dözümlülüyün hökm sürdüyü nümunəvi ölkədir. “Dövlətinizin yürütdüyü siyasətin nəticəsidir ki, burada yaşayan yəhudi icması və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında iştirak edirlər.
ABŞ-ın NBC kanalında hər həftə ravvin kimi çıxışlar etdiyini deyən Mark Şnayer bugünkü çıxışında Azərbaycana səfərindən, buradakı görüşlərindən, ölkəmizdə hökm sürən tolerantlıq və birgəyaşayış mühitindən danışacağını da diqqətə çatdırıb.
Sonda qonağa DQİDK-nın nəşr etdirdiyi, Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələrinə dair kitablar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

