Əsli Kazımova: Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir
22.01.2021 [09:20]
“Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının imzaladıqları üçtərəfli Bəyanat ölkəmizin Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, Cənubi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Bu yeni reallıqlar bölgədə sülhün və təhlükəsizliyin təmin ediləcəyi təqdirdə iqtisadi inkişaf üçün əsaslı zəmin formalaşdırır. Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında baş tutan üçtərəfli görüş məhz bu yeni situasiyanın müzakirəsi, müharibədən sonrakı mərhələdə regionun iqtisadi potensialından səmərəli istifadə edilməsi və ən əsası təhlükəsizliyin təmin olunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Ə.Kazımovanın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının Moskva görüşü və görüşün nəticəsi kimi meydana çıxan üçtərəfli bəyanat haqqında danışarkən bir sıra mühüm məqamlara diqqət çəkə bilərik. İlk növbədə, onu qeyd edək ki, Moskva səfəri Azərbaycan Prezidentinin növbəti diplomatik qələbəsidir. Moskvada keçirilən görüş çərçivəsində imzalanan bəyanat bir daha təsdiq edir ki, regionun gələcək inkişaf perspektivi iqtisadi əməkdaşlığın həyata keçirilməsindən asılıdır. “Bu sənədi bölgənin gələcək inkişaf konsepsiyası da adlandıra bilərik. Bəyanatda Azərbaycan-Naxçıvan-Türkiyə quru yolunun açılması ilə bağlı müddəa öz əksini tapıb. Bəhs olunan yol həm Azərbaycan, həm də region dövlətləri üçün olduqca mühüm əhəmiyyət daşıyan bir nəqliyyat-kommunikasiya xəttidir. Əminliklə bildirirəm ki, bu kommunikasiya xətti gələcək illərdə dünyada yüksək potensiala malik yükdaşıma dəhlizlərindən birinə çevrilə bilər”, - deyən Ə.Kazımova onu da əlavə edib ki, Moskva görüşü 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla yaranan yeni reallığı bir daha təsdiqlədi. Onun fikrincə, Prezident İlham Əliyev qətiyyətli və qalib sərkərdə, dövlət başçısı kimi regionun gələcək inkişafı istiqamətində möhkəm iradə nümayiş etdirir. Bu isə, bölgədə yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu mənada, Moskvada qəbul edilən bəyanat regionda gələcək iqtisadi inkişafın təməli kimi dəyərləndirilməlidir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

