Milli Məclisin növbəti iclası keçirilib
23.12.2020 [09:19]
İclasda 5 qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub
Dekabrın 22-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan parlamentin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib.
Deputatlar 5 məsələdən ibarət gündəliyi təsdiqlədikdən sonra cari məsələlərlə bağlı çıxışlar ediblər. Millət vəkilləri Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Əziz Ələkbərov, Siyavuş Novruzov, Sahib Alıyev və Əli Məsimli günün aktual məsələlərinə münasibət bildiriblər. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bundan sonra da milli birliyin qorunmasının vacibliyi vurğulanıb, Qələbədən sonra aparılacaq bərpa-quruculuq işlərinə dair təkliflər səslənib, hərbi vəziyyət zamanı gedən informasiya müharibəsində ölkə KİV-lərinin fəal iştirakı müsbət qiymətləndirilib. Həmçinin sovet dövründə indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından deportasiya olunan soydaşlarımızın aqibətindən söz açılıb və onların hüquqlarının tələb olunmasının vacibliyinə toxunulub, koronavirusla bağlı dinləmələrin təşkilinə və digər məsələlərə diqqət yönəldilib.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O, bildirib ki, qanun layihəsində ediləcək dəyişiklik kommersiya təşkilatlarında, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotu aparılmasının təkmilləşdirilməsini nəzərdə tutur. Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsini üçüncü oxunuşda qəbul ediblər.
Gündəlikdəki növbəti iki məsələ bir-biri ilə əlaqədar olduğu üçün həmin qanun layihələrini birlikdə təqdim edən komitə sədri Tahir Mirkişili əvvəlcə “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası qanununun ləğv edilməsi zərurətindən danışıb. Qeyd edib ki, 2001-ci il yanvarın 1-dək Azərbaycanda dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının, digər ödənişlərin hesablanmasında aylıq əməkhaqqının minimum məbləğindən istifadə olunub. 2000-ci ilin 26 dekabrında “Şərti maliyyə vahidi haqqında” Qanun qəbul edilib.
Deputatların nəzərinə çatdırılıb ki, 2008-ci ildən etibarən ölkəmizdə maliyyə sabitliyi olduğundan şərti maliyyə vahidi məbləği mütləq rəqəmlərlə əvəz edilib və Azərbaycan Respublikasının müvafiq məcəllələrində, qanunlarında, digər qanunvericilik aktlarında mütəmadi olaraq dəyişikliklər edilərək şərti maliyyə vahidi anlayışının istifadəsinin dayandırılması istiqamətində tədbirlər görülüb. Hazırda “Şərti maliyyə vahidi haqqında” Qanuna ehtiyac qalmadığı üçün bu qanun ləğv edilir.
Həmçinin şərti maliyyə vahidi anlayışına istinad edilən beş qanundan - “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlardan və Mülki Məcəllədən həmin ifadələr çıxarılır.
Parlamentdə qanun layihələrinin şərhi dinlənildikdən sonra məsələlər ayrı-ayrılıqda səsə qoyulub və qəbul edilib.
Plenar iclasda “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə” Qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, birinci oxunuş zamanı ortaya çıxan suallar cavablandırılıb, deputatlar tərəfindən bu layihə ilə bağlı əlavə təklif irəli sürülməyib. Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və müsbət dəyərləndirilib.
İclasın yekununda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələyə baxılıb.
Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirilib ki, müharibə şəraiti dövründə, dağıntıların aradan qaldırılmasında, o cümlədən Gəncə şəhərində, Tərtər, Bərdə və digər yerlərdə dağıntıların aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fədakarlıq nümayiş etdiriblər. FHN-nin yaradılmasının 15 illiyinə həsr olunan bu medalda milli atributlar da nəzərə alınıb. Bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni töhfə olacaq.
Müzakirələrdə deputat Razi Nurullayev də yeni yubiley medalının təsis edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Sonra deputatlar qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər.
Plenar iclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, dekabrın 21-də 2021-ci ilin dövlət büdcəsinə dair qanun layihələri, büdcə zərfi parlamentə daxil olub və deputatlara təqdim edilib. Onun sözlərinə görə, dekabrın 23-də parlamentin komitələrində 2021-ci ilin büdcə zərfi müzakirə olunacaq.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

