/ / Əhməd Oruc: Siyasi münasibətlərin dialoq mühitində inkişaf etməsi olduqca pozitiv və ürəkaçandır
Əhməd Oruc: Siyasi münasibətlərin dialoq mühitində inkişaf etməsi olduqca pozitiv və ürəkaçandır
09.12.2020 [09:27]
“Əldə olunan qələbə bütün xalqımızın, cəmiyyətimizin qələbəsidir. Biz müxalifət olaraq hər zaman bildirirdik ki, ümummilli məsələlərdə, cəmiyyətimiz üçün taleyüklü məsələlərdə öz siyasi baxışlarımızı bir kənara qoyaraq birmənalı şəkildə ölkə rəhbərini, ordumuzu dəstəkləyirik. Sentyabrın 27-dən başlayaraq bunu real əməldə də göstərdik. Vətən müharibəsi zamanı heç bir siyasi partiya hakimiyyətin fəaliyyətinə mane ola biləcək hər hansı bir addım atmadı. Bu cəmiyyət olaraq bizim uğurumuzdur”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, ölkəmizdə siyasi münasibətlərin dialoq mühitində inkişaf etməsi olduqca pozitiv və ürəkaçandır. Ə.Oruc qeyd edib ki, ölkəmizdə siyasi qüvvələr arasında münasibətlərin dialoq mühitində inkişaf etdirilməsində, yeni siyasi mühitin formalaşmasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti xüsusilə qeyd edilməlidir. “Məhz ölkə Prezidentinin siyasi iradəsinin uğurla həyata keçirilməsi yeni bir siyasi mühit, siyasi konfiqurasiyanın yaranmasına yol açdı. Döyüşlərin getdiyi dövrdə milli birliyin daha da güclənməsi, siyasi həmrəyliyin əldə olunması düşmən Ermənistana açıq mesaj oldu ki, Azərbaycan cəmiyyəti yekdildir. Biz dünyaya nümayiş etdirdik ki, siyasi baxışlarımızdan asılı olmayaraq milli məsələlərdə bir yumruq kimi birləşə bilirik. Bu birlik, həmrəylik həm də Azərbaycan cəmiyyətinə bir mesaj oldu ki, ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq Dağlıq Qarabağın və işğal altındakı digər torpaqlarımızın azad edilməsi ilə bağlı hər hansı bir fikir ayrılığı yoxdur, ölkə Prezidentinin bütün addımları cəmiyyət və siyasi qüvvələr tərəfindən dəstəklənir. Bu tamamilə doğru bir yanaşmadır və ümidvaram ki, ölkəmizin gələcək inkişafında da müstəsna rol oynayacaq”, - deyə Ə.Oruc əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

