Sabir Hacıyev: Fransa Senatının bu addımı erməni təəssübkeşliyinin növbəti nümunəsidir
28.11.2020 [01:14]
“Sözsüz ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi qələbə erməni lobbisinə xidmət edən dairələri ciddi narahat edib. Vətən müharibəsi başlayandan bütün vasitələrlə Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə yürütdüyü siyasətə qarşı fəaliyyət göstərənlərin kimliyi ortada idi. İşğalçı Ermənistanın biabırçı məğlubiyyəti ilə müharibənin başa çatmasından sonra da bu istiqamətdə təzyiq və hücumların olacağı şəksiz idi. Fransa Senatının Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsini tövsiyə etməsi barədə qətnaməsini də bu qəbildən hesab etmək olar”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev dilə gətirib.
Partiya sədri deyib ki, Fransa Senatında bu məsələyə baxılması ərəfəsində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da bəyanat yayaraq vasitəçilik missiyasını üzərinə götürən bir dövlətin qanunverici orqanının ölkəmizin ərazi bütövlüyünə qarşı cəhdini pisləyiblər. Deputatın sözlərinə görə, Fransa Senatının qərəzli qətnamə qəbul etməsindən sonra bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması, Fransa ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılması məsələləri gündəmə gəlir: “Siyasi partiyaların birgə bəyanatında və Milli Məclisin qəbul etdiyi bəyanatda da qeyd edildiyi kimi, Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir. Hesab edirəm ki, Fransa Senatının bu addımı həmin ölkədə tarixən mövcud olan erməni təəssübkeşliyinin növbəti nümunəsidir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

